Əsas səhifə » 2012 Mart 6 » Ən gözəl adlar
9:35 AM Ən gözəl adlar | |
Əsmaul-hüsna - Allahın öz bəndələrinə sifət və xüsusiyyətlərini dərk etmək üçün uzatdığı bir nərdivandır. Bəşər Allahın sifət və xüsusiyyətlərini dərk edə bilər, amma Onun mahiyyətini dərk etməkdə acız qalar. Əbu Bəkr bu həqiqəti nəzmə çəkərək deyir:(Ələczu ən dərkil idraki idrakin) - " Allahı idrak etmək - idrak etməkdən aziz olduğunu idrak etməkdir". İmam Əli (ə) bu vəzfi davam etdərək deyir:( Vəl bəhsu ən sirri zatillahi işrakun) - " Onun zatının sirrini araşdırmaq şirkdir". Peyğəmbərdən (s.ə.s) nəql olunan hədisdə təkidlə həmin mətləbə toxunularaq buyurur:" Allahın zatı barədə düşünməyin!". Görəsən, nə üçün belə bir qadağa qoyulur? Çünki insan nə qədər istəsə də, bu barədə düşünüb nəticə eldə edə bilməz. Ziya paşa bu mövzuda belə bir fikir yürüdür: " İdraki məali bu kiçik ağla gərəkməz. Zira, (çünki) bu kadar sikleti (şəkini) çəkməz." - İnsanın ağıl tərəzisi Allahın zatını dərk etmək iqtidarında deyil. Əgər çəkərsə, tab gətirməyib qırılar (küfrə yol verər). Çünki istər tərəziyə qoyulanı, istər tərəziyə qoyanı, istəsə də tərəzinin özünü yaradan məhz Odur! Sadəcə, Allahu Əkbər! (Allah böyükdür!) zikrini dilə gətirib Onun əzəməti qarşısında kiçilmək, kiçilərək qorxudan titrəmək lazımdır. Çünki insan Allahın böyüklüyünü qəbul etmək və buna yəqinliklə iman gətirməklə dərk edir. Kiçikliyimizi gördüyümüz qədər Onun böyüklüyünü görürük. Yəni Allahın böyüklüyünü dərk etməyin yeganə yolu insanın öz kiçikliyini dərk etməsindədir. Çünki sonsuz varlığı, yəni Allahı dərk etmək üçün sonsuz ağıl lazımdır ki, bəşər övladıda buna sahib deyil. Ağıl əhatə etmədiyini qavraya bilməz. Allah isə əhatə etməz, çünki O, əhatə olunası varlıq deyil. Bəs nə üçün Allah Özünü bu qədər adlarla vəsf və təqdim edir? Bəlkə bu sifətlərdə yaradılış aləminin sirri yatır? Bəlkə aləmin əşrəfi (ən üstünü) olan insanın da bu xüsusiyyətlərə yiyələnməsini istəyir? Cavabı ötən mövzumuzda http://gunahkar-bende.ucoz.org/news/l_muhit_smayi_husna/2012-02-07-3547 "Əl - Muhit (Əsmayi hüsna)" da. Ardını gözləyin.... | |
|
Total comments: 0 | |