Əsas səhifə » 2012 Mart 28 » Dəfnə yarpağı
5:58 AM Dəfnə yarpağı | |
![]() Apollon ismət və iffətini qoruyacağına söz verən pəri Dəfnəni (qədim Yunan mifoloğiyasında: təbiətin müxtəlif qüvvələrindən birini təmsil edən ilahə) təqib edir. Dəfnə kömək üçün yalvar-yaxar edir, tanrılar da onu Apollonun əbəs yerə qucaqladığı dəfnə yarpağınıa çevirirlər. O gündən etibarən dəfnə yarpağı Apollonun müqəddəs bitkisinə çevrilir. Sonralar bu səbəbdən qədim Yunanıstanda Apollonun himayədarlıq etdiyi musiqiçi, rəqqas, bəstəkar və şairləri dəfnə çələngi ilə mükafatlandırmaq ənənəyə çevrilir. İdmançılar isə zeytun və ya kərəviz yarpaqları ilə mükafatlandırılırdı. ![]() Ellinizm dövründə dəfnə yarpağı və ondan hazırlanan çələng şərəf simvolu olaraq qəbul olunurdu. Orta əsrlərdə artıq ondan istifadə olunmazdı. Lakin 1789-cu ildə fransız inqilabından sonra dəfnə yarpağı Fransanın ən məşhur emblemi hesab olunur, hətta Fransa Respublikasının gerbində təsvir olunur. Hazırda dəfnə yarpağının təsviri Əlcəzair, Braziliya, Yunanıstan, İsrail, Kuba, Meksika və digər ölkələrin gerblərində görmək olar. Klassik incəsənətdə dəfnə yarpağı şərəf nişanəsi hesab edilir. Alimlər, musiqiçilər, şairlər, yazıçılar, bəstəkarlar və digər incəsənət xadimləri üçün nəzərdə tutulan mükafatların hazırlanmasında da dəfnə yarpağının təsvirindən geniş istifadə olunur. | |
|
Total comments: 0 | |