Bazar günü, 2024-12-22, 6:36 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2012 » Mart » 29 » Sirler ADASI-BERMUD
12:18 PM
Sirler ADASI-BERMUD
Söhbətimiz, planetin ən dəhşətli və qorxunc zonası sayılan bir yer barəsində olacaq.


"…Burada, çoxlu sayda gəmilər və təyyarələr izsiz olaraq itmişlər. Bunların əksəriyyəti 45-ci ildən sonra baş vermişdir. 26 il ərzində mindən çöx insan burada ölmüşdür. Amma, axtarışlar nəticəsində heç bir meyid və qalıq tapılmamışdır…" - deyə amerikalı yazıçı Ç. Berlitsin Bermud üçbucağı barədə yazdığı məqalə bu sözlərlə başlayır.



Dəhşətli hadisələrin başlanğıcı 2-ci dünya müharibəsinə təsadüf edir. O dövrlərdəki amerikan xalqının psixoloæi durum fenomeni hələ də öz araşdırıcılarını gözləyir. 1945-ci ildən 49-a qədər atom silahına malik olan ABŞ ən güclü orduya malik idi. Elə bil ki, amerikanlılar özlərini dünyanın hökmdarı kimi hiss edirdilər. Amma bu arada belə bir fikir səsləndi: "Amerikanın yüksələn qüruru müqabilinə Allah müdhiş qorxu göndərdi".

Dörd il ərzində ABŞ, bir-birinin ardınca bir neçə şokedici zərbələr yaşadı. Amerikalılar, daha böyük bir qüvvə qarşısında özlərini aciz gördülər. Bu qüvvə onlara, marslılar, başqa aləmdən gələnlər və qarabasmalar kimi göründü. 1947-ci ildə ardıcıl olaraq UNO-in müşahidə edilməsi nəticəsində bu sahədə ufologiya kimi elm sahələri yarandı. Amma hər şey iki il əvvəl "hər şeyi məhv edən okean" qorxusundan sonra başlandı.

5 dekabr 1945-ci il, Floridada yerləşən Amerika HHQ (hərbi hava qüvvələri) bazası üçün adi bir gün idi. Həmin zamanda böyük hərbi təcrübəyə malik çoxsaylı pilotların xidmətdə olması səbəbindən hava hadisələri çox nadir bir hala çevrilmişdi. 2500 saatdan çox uçuş keçirmiş təcrübəli leytenant Çarlz K.Teylor uçuşa rəhbərlik edirdi. Uçuşun digər pilotları da ondan geri qalmırdı, hətta bəziləri rütbəcə Teylordan böyük idi. Həmişəki kimi bu dəfə də onar çox sadə bir tapşırıq almışdılar: Birbaşa Birmin adalarının şimalında yerləşən Çiken Şoala kurs almaq. Adi məşq təlimindən qabaq pilotlar zarafatlaşır və şənlənirdilər. Amma onlardan yalnız biri qəlbinlə nə isə hiss edərək üçüşa çıxmadı. Bu, onun həyatını xilas etdi…



Hava çox gözəl idi. Beş ədəd üçyerli bombardmançı - torpedodaşayan "Evencer" (Intiqam alanlar) havaya qalxıb şərqə istiqamətləndilər. Bu zaman onların 5.5 saatlıq yanacaqları var idi. Bundan sonra onları heç kim görmədi. Aqibətlərini yalnız Allah bilir.



Bu barədə kifayət qədər fikirlər irəli sürülmüşdür. Onlardan heç biri yalnız bir səbəbə görə tamamlanmamışdır - itmiş təyyarələr tapılmayıb. Amma bu yaxınlarda… Tələsmək lazım deyil. Gəlin hadisənin təfərrüatı ilə tanış olaq.



Saat 14:10-da təyyarələr 14 pilotla (əslində 15 nəfər olmalı idi) havaya qalxıb hədəfə yetişdilər. Təxminən 15.30 - 15.40 radələrində geriyə doğru cənub-qərbə istiqamət aldılar. Bir neçə dəqiqə sonra, 15.45-də Fort - Loderleyl aviabazasının komanda punktuna ilk qəribə məlumat daxil olur:



- Bizdə qəza şəraiti yaranmışdır. Yəqin kursu itirmişik. Biz yeri görmürük, təkrar edirəm, biz yeri görmürük."



Dispetçer onların kordinatlarını soruşduqda, verilən cavab orada olan zabitləri çox təəccübləndirdi:



- Biz məkanı təyin edə bilmirik. Harada yerləşdiyimizi anlamırıq. Biz, deyəsən, azmışıq…"



Mikrofonda, elə bil köhnə pilot deyil, başını itirmiş, dəniz naviqasiyasından anlayışı olmayan naşı bir şəxs danışırdı. Belə bir vəziyyətdə aviabaza işçiləri yeganə düzgün qərara gəldilər:



- Kursu qərbə doğru yönəldin.

Təyyarələr, Floridanın uzun sahillərini görmədən keçib gedə bilməzdilər. Amma…

- Biz, qərbin hansı tərəfdə olduğunu bilmirik. Heç nə anlaya bilmirik… Qəribədir… Biz, istiqaməti təyin edə bilmirik. Hətta okean da həmişəki kimi görünmür…



Yerdən onlara istiqamət verilsə də yüksəlmiş atmosfer maneələri bu məsləhətlərin eşidilməsini yəqin ki, əngəlləyirdi. Dispetçerlərin özləri də çox çətinliklə pilotların radiodanışıqlarını qırıq-qırıq tuta bilirdilər:



-Biz, harada yerləşdiyimizi bilmirik. Bəlkə də bazadan şimal-şərqə doğru 225 mil uzaqdayıq… deyəsən biz…



Saat 16.45-də Teylordan qəribə məlumat gəlir:



-Biz Meksika körfəzinin üzərindəyik.



Dispetçer Don Pul bunu eşidərək pilotların ya kontuziya keçirdiyini, ya da dəli olduqlarını fikirləşir. Qeyd olunan yer üfüqün tam əks istiqamətində yerləşirdi. Saat 17.00-da belə məlum oldu ki, pilotlar əsəb gərginliyinin son həddinə çatmışlar. Onlardan biri efirdə qışqırırdı:



- Lənət şeytana, əgər qərbə doğru uçsaydıq evə çatardıq…



Sonra Teylorun səsi:



-Evimiz şimal-şərqdədir…

Tezliklə ilkin qorxu bir qədər səngidi, təyyarələrdən hansısa adaları görmüşdü:

- Aşağıda yeri görürəm. Əminəm, bu Kis…



Beləliklə ümid yarandı ki, Teylor orientasiyanı bərpa edəcək. Amma hər şey puça çıxdı. Qaranlıq düşdü. Axtarış üçün havaya qalxmış təyyarələr əliboş qayıtdılar (axtarış zamanı daha bir təyyarə itdi).



Teylorun son sözləri barədə uzun müddət mübahisələr davam etdi. Radiosevərlər: "Deyəsən biz, elə bil… Biz, "ağ sulara" enirik… Biz tamamilə azmışıq…" ifadələrini eşidə bilmişdilər.

Müxbir və yazıçı A. Fordun dediklərinə görə, 29 il sonra, 1974-cü ildə bir radiosevər belə bir informasiyanı onunla bölüşdürmüşdür: "Komandirin son sözləri belə olmuşdur:

-Mənim ardımca gəlməyin… onlar Kainatdan gələnlərə oxşayırlar…



Məqalə sahibinin fikrincə axırıncı ifadə sonradan uydurulmuşdur. Çünki, 1948-ci ilə qədər camaat belə hadisələrdə əsasən "Marsdan gələnlər" ifadəsini işlədirdilər. Hətta bu məsələ ilə əlaqədar komissiya iclasında belə bir ifadə işlətmişdilər:



- Onlar, Marsa uçmuş kimi geri dönməz olaraq itdilər.



Teylorun "kainat" kəlməsindən istifadə etməsi qətiyyən ağlabatan deyil.



Beləliklə, ilkin olaraq belə bir fikir irəli sürmək olar ki, pilotlar havada nə isə qeyri - adi bir şeylə qarşılaşmışlar. Bu görüşün ilk dəfə baş verməsi təkcə onlar üçün deyil, bəlkə də onların tərxis olunmuş həmkarları üçün də qeyd oluna bilər. Yalnız bununla həmin qəribə çaşqınlığı izah etmək olar. Okean çox qəribə görünüş almışdır, "ağ sular" peyda olmuş, cihazların göstəriciləri dayanmadan dəyişir - bütün bunlar əlbəttə, hər bir insanı qorxutsa da, dəfələrlə ekstremal vəziyyətlərdən çıxış yolu tapan peşəkar pilotlar üçün bu, belə olmamalı idi. Pilotlar bir saat yarım içərisində tam şüurlu olaraq və yerdən verilən məsləhətlərlə qurunu qərbdə axtardıqdan sonra, təxminən bir saat dəyişkən olaraq gah şərqdə, gah da qərbdə axtarışı davam etdirdilər. Amma onu tapmağa müvəffəq olmadılar… Bütün bir Amerika ştatının qeyb olması faktı hətta ən möhkəm iradəli insanın belə ağlını başından ala bilər.



Bir şeyi qeyd etmək lazımdır ki, onlar uçuşun sonunda torpağı görmüşlər, sadəcə olaraq nədənsə ora enmək qərarına gələ bilməmişlər. Adanın vizual görünüşündən Teylor onu Florida - Kis adalarına oxşatmışdır. Hətta ilk öncə şimal - şərqə doğru istiqamətini dəyişmiş, lakin, tezliklə yoldaşlarının təsiri nəticəsində gördüyünə inanmamış və əvvəlki istiqamətə dönmüşdür. Bəs, əsl həqiqətdə onlar harada olmuşlar?!



Ekipaæın Kis adalarını müşahidə etməsi xəbəri yerdə, çaşqınlığa düşmüş pilotların sayıqlaması kimi qəbul olunmuşdur. Pilotlar tam 180 dərəcə səhv edə bilərdilər, hansı ki, bu, onların düşdüyü vəziyytlə heç bir ziddiyyət təşkil etmirdi. Amma operatorlar həmin dəqiqələrdə təyyarələrin haradasa Atlantika üzərində olmasını güman edirdilər. Sadəcə olaraq onların ağlına belə gəlmirdi ki, itmiş təyyarələr artıq kifayət qədər qərbə uçaraq Meksima körfəzinə gedib çatmışlar.



Mayamidəki operator, ola bilsin ki, cənub - qərbdən gələn siqnalları, şimal - şərqdən gələnlərdən seçə bilməmiş. Bu səhv pilotların həyatını həll etdi. Çox güman ki, onlar əbəs yerə qurunu qərbdə axtararaq yanacağı bitirmiş və suda batmışlar.

1987-ci ildə, Meksika körfəzinin dibində 40-cı illərin istehsalı olan bir "Evencer" tapıldı. Qalan 4 təyyarənin də yaxınlıqda olması istisna olunmurdu. Bu məqamda bir sual ortaya çıxır: Necə olub ki, təyyarələr gözə görünmədən 700 km qərbə doğru hərəkət etmişlər.

Təyyarələrin çox sürətli yerdəyişmələri hallarına bir neçə dəfə rast gəlinmişdir. Bu və buna oxşar hadisələr həmişə qəribə duman və hava şəraitində baş vermişdir. Bermud üçbucağında da "ağ duman" nadir hal deyil. Bir dəfə belə dumanla rastlaşan avialayner radarlardan itmiş və təxminən 10 dəqiqə sonra peyda olarkən bütün saatlar 10 dəqiqə geri qalırdı. Həmən uçuşda sərnişinlər heç bir qəribə hal müşahidə etməmişdilər. Buna əsasən "Zaman fokusları" səbəbindən hiss olunmayan sürət artımları istisna hal hesab olunmur. Amma pilot belə bir vəziyyətin yaranmasını hər hansı bir dəyişikliyin yaranması ilə hiss etməlidir. Yaddan çıxarmayaq ki, məhz qəribə dumanı müşahidə etmələri barədə "Evencer"lərin məlumat verdiyi anda onların kompasları sıradan çıxmış və rabitə normal işləməmişdir.



Belə şəraitlərin yaranmasında, Atlantik okeanının Bermud rayonundakı Qolfstrim axınının yaratdığı su burulğanlarının rolu olduğunu fikirləşməyə əsas vardır (Məhz bunlar bəzi hallarda okean üzərində ağ və parıltılı görünüş yaradır). Burulğanlar fırlanaraq Zamanın dəyişməsinə təsir göstərir və buna əsasən cazibə qüvvəsi də dəyişməlidir. Burulğanın mərkəzində cazibə yüksək, kənarında isə zəif olur. "Evencvr"lər də belə bir zaman zonasına daxil olaraq böyük bir sürətlə Meksika körfəzinə yetişmələrini və oradakı adaları düzgün olaraq tanımalarını fikirləşməyə əsas vardır.



"Çox yüksək sürətlə" ifadəsini bir az dəqiqləşdirmək lazımdır. Belə ki, uçuşdan saat yarım sonra təyyarələr qəribə dumanla rastlaşmış, elə oradaca başqa cihazlarla birgə saat da sıradan çıxmışdır. Saat 16.45-də təyyarələr yaranmış vəziyyətdən çıxaraq orientasiyanı bərpa etmişlər (Eşidilən məruzələrdən məlum olur ki, artıq kompasa etibar edirlər). Yerdəki saatlara görə artıq uçuşdan 2.5 saat keçirdi və hələ də 3 saatlıq yanacaq ehtiyatı olmalı idi. Saat 18.00-da rabitə ilə belə bir fraza eşidildi: "… hər an bata bilərik…". Deməli, bu dəqiqələrdə təyyarələrin yanacağı bitmək üzrə olmuşdur. Amma əslində saat 19.40-a kimi yanacaq kifayət etməli idi. Belə anlaşılır ki, mühərriklər 2 saat çox yanacaq istifadə etmişlər.



Sirrin çatışmayan nöqtəsi elə buradadır! Yerdə 1 saat keçərkən, ağ dumanlı şəraitdə 3 saat keçmişdir! Bu müddət ərzində təyyarələrin sürəti adi olmuş, amma kənar müşahidəçi üçün bu, 3 dəfə çox görsənmişdir. Çox güman ki, bu 3 saat daxilində təyyarələr Floridanı ötüb keçmiş və Meksika körfəzinə daxil olmuşlar.



Əlbəttə, Teylor, üzərindən dəfələrlə uçduğu adaları tanıya bilmişdi. Amma… Onların "möcüzəli" peyda olunmasına inanmamış və aviabazanın təkidinə əsasən qərbə dönmüşdür. Bir saat sonra buna inanaraq geri dönsə də dispetçerlərin keçilməz məsləhəti və "Siz artıq Floridaya çatırsınız" - deyə təkidləri onu fikrindən döndərmişdir. Son nətcədə, leytenantın özünə inamsızlığı təyyarə zəncirini məhvə apardı. O, dəfələrlə gah şimal - şərqə, gah şərqə, gah da qərbə doğru istiqamət aldı. Yanacaq qıtlığı son qərarın verilməsini tələb edirdi. Teylorun oynadığı oyunda… ölüm qalib gəldi. Bombardmançılar növbəti dəfə materikə çataçatda son dönüşü edib ondan uzaqlaşdılar…

Təxminən saat 19.00-da leytenantın təyyarəsi artıq sulara qərq olmuşdu. Rabitəçilər digər ekipaæların danışıqlarını qırıq - qırıq qeydə alırdılar. Kimsə dalğaların gurultusu içərisində Teyloru çağırırdı… Amma, cavab gəlmirdi… Sonra onların da səsi itdi…

Quruda, onların xilas olacağı ümidi hələ də qorunurdu. Daha bir saat keçdi. Aerobaza hesabına əsasən yanacaq hələ indi bitməli idi. Hamı möcüzə gözləyirdi… Nəhayət saat 8 oldu. artıq gözləmək mənasız idi. Enmə xəttinin parlaq işıqları hələ bir müddət də yanılı qaldı…



Nəhayət saat 9-dan bir neçə dəqiqə keçmiş kimsə sakitcə işıq dəstəyini ayırdı… Təyyarəçilər, əlbəttə, o an hələ də sağ idilər. Çox güman ki, təyyarələr suya batdıqdan sonra onlar xilasetmə gödəkçələri ilə suyun üzərində qalmaqda idilər. Amma gecə qasırğası öz işini görmüşdü. Təcrübə göstərir ki, pilotlar soyuq dalğalara təxminən gecə yarısına qədər dözə bilərdilər…



Gecə yarısı, bu yerdən 2500 km aralı, Maunt - Vernonda (Nyu York ştatı) elə bil, birdən dəymiş zərbədən eyni anda Coan Pauers və onun 18 aylıq qızı yuxudan ayıldılar. Coan, sanki gördüyü qorxunc yuxunun səbəbini anlamış kimi bu vaxtadək etmədiyi bir şeyi etmək qərarına gəldi - aviabazaya, ərinə zəng vurmaq! Telefon bağlantısına və nömrənin təyin olunmasına 2 saat vaxt sərf olundu. Dəstəyi götürən növbətçi zabit, dili topuq vura-vura: "Narahat olmayın, kapitan Pauers indi uçuşda olduğu üçün çağıra bilmərik…". Coan, həqiqəti yalnız səhər radioxəbərlərdən eşidə bildi.



1991-ci ildə Florida yaxınlığında, bazadan cəmi bir neçə kilometr aralıda təyyarələrin tapılma xəbəri yayıldı. Axtarış gəmisi olan "Dip si", yükündə qızıl olan batmış Ispan gəmisinin axtarışı ilə məşğul ikən 250 m dərinlikdə 4 "Evencer" təyyarəsi tapılmış və bir qədər aralıda isə 5-ci, 28 nömrəli təyyarə (Teylorun nömrəsi) aşkar edilmişdir. Elə həmən gün bütün arxiv sənədləri qaldırıldı. Məlum oldu ki, o günə qədər Atlantikada "Evencer" tipli 139 təyyarə batsa da, 5 ədəd təyyarədən ibarət qrup yalnız bir dəfə - 5 dekabrda itmişdir. Çəkilən fotoşəkillər, təyyarələrin aviadaşıyıcıdan deyil, havadan suya çırpılara batdığını sübut edirdi. Kabinələrdə meyit tapılmadı. Iki təyyarənin üzərində onların Fort - loderleyl bazasına məxsusluğunu bildirən "FT" nişanı var idi. Gəmi heyəti böyük bir sirrin üstünü açdığını fikirləşsə də … Bir ay tədqiqatdan sonra təyyarələrin nömrə nişanları - FT - 241, FT - 87 və 120, 28 nömrələri aşkarlandı. Amma söhbəti gedən itmiş təyyarələrin nömrələri isə FT - 3, FT - 28 (Teylor), FT - 36, FT - 81, FT - 117 idi. Yalnız bir nömrə uyğun gəlsə də onun ilk hərfləri yox idi. Tapılmış təyyarələrin heç bir yerdə qeydiyyatı yoxdur. Yeni bir sirr meydana çıxdı. Uğursuzluqdan sonra "Dip si" gəmisinin kapitanı, Meksika körfəzində tapılmış təyyarəyə yenidən baxış keçirməkdən boyun qaçırdı.

Bu sirri açıqlayan olmadı. Bəlkə də bu, elə sirr olaraq qalmalıdır. Allah hər şeyi daha yaxşı bilir.

Category: Diger me'lumatlar | Baxış: 1013 | Added by: SETRUS | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]