Bazar günü, 2024-12-22, 7:31 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2012 » Mart » 15 » Nə üçün etməyəcəyinizi deyirsiz?
6:41 AM
Nə üçün etməyəcəyinizi deyirsiz?
     2. Ey iman gətirənlər, etməyəcəyiniz bir şeyi niyə deyirsiniz? (Niyə əməl etməyəcəyinizi bilə-bilə vəd verirsiniz?)
     3. Etməyəcəyiniz bir şeyi deməyiniz Allahın yanında çox mənfurdur. ("Səff" 2-3)

Ayədə məqsəd nədir? Yəni nə üçün yerinə yetirmək istəmədiyiniz şeyləri dilinizə gətirirsiz?
 İnsanın arzıladığı, amma yerinə yetirməkdə aciz olduğu iş onun arzulamadığı, həmçinin yerinə yetirməyə səy göstərmədiyi işdən fərlidir.
    Ayədə göstərilən "yerinə yetirmə" işin yerinə yetirilməsi deyil, yetirilməməsidir. Daha doğrusu, yerinə yetirmək üçün səy göstərməməkdir.
   Ayə bir iş görmək üçün özü səy göstərməyən, amma bunu başqalarına tövsiyə edən şəxsləri qınayır. Yəni insan müəyyən yaxşı işi yerinə yetirməkdə aciz ola bilər. Amma bu o demək deyil ki, əgər yerinə yetirə bilmirsə, bunu başqalarında da təbliğ etməməlidir. İslama görə, əgər insan hər hansı bir vacib əməli yerinə yetirib, həmin və ya başqa bir əməli təbliğ etmirsə,bunu yerinə yetirdiyi vacib əməlin nə savabını azaldır, nə də ona xələl gətirir. Məsələn, əgər insan gündəlik vacib namazlarını qılır, amma namazın vacibliyini başqalarına təbliğ etmirsə, bu onun qəldığı namazlara xələl gətirmir. O, namazı təbliğ etmədiyi, daha dəqiq desək, dinin əsaslarından biri - "yaxşı əməllərə dəvət, pis işlərdən çəkindirmək" prinsipinə əməl etmədiyi üçün Allah qarşısında cavab verməli olacaq. Lakin insan siqaret çəkmək kimi pis vərdişə aludə olursa, bunu tərgidə bilməsə də, başqalarına "sən etmə" deməli və ya gecə namazı kimi savabı çox olan əməli yerinə yetirə bilmirsə, bunu başqalarına tövsiyə etməlidir.
    Dediyimiz sözləri cəsədə, onların təsirini isə ruha bənzətmək olar. Cəsədi biz ortaya qoyaq, ruhu isə Allah üfürər. Lakin Allahın ona ruh üfürməsi üçün ixlasla onunan niyyət lazımdır.

Category: Diger me'lumatlar | Baxış: 778 | Added by: Mursəlat | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]