Cümə axşamı, 2024-11-21, 8:33 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2012 » Mart » 3 » Kamillik yolunda çətinlikləri nemət bil!
8:15 PM
Kamillik yolunda çətinlikləri nemət bil!
Kamillik yolunda çətinlikləri nemət bil!

Ayə və rəvayətlərdən məlum olur ki, cəmiyyətdə maddi və mənəvi kamilliklərə çatmaq üçün təlaş göstərib çeşidli problemləri adlamaq lazım gəlir. Həzrət Əli (ə) "Nəhcül-bəlağə"nin 88-ci xütbəsində bu mövzuya toxunur və bildirir ki, yalnız çətinliklərə dözməklə kamilləşmək mümkündür. "Nəhcül-bəlağə"də günahlar və çirkin işlər ilahi nemətlərin qarşısını alan, ümmətləri süquta uğradan səbəb kimi göstərilib. Düşüncəli insan tarix səhnəsini tərk etmiş ümmətlərin həyatından ibrət götürür. Əmirəl-möminin (ə) buyurur: "Əvvəlki ümmətlərin fəqərə sütununu qırmış, gücünü əlindən almış cərəyanlardan çəkinin!" Həzrət, Fironun müsibətləri qarşısında öz əqidəsindən əl çəkməyən insanları yada salaraq, küfrün hücumlarına sinə gərənləri Allahın yardımı ilə müjdələyir./Tebyan/

haqyolu.com

Category: Diger me'lumatlar | Baxış: 651 | Added by: Ənfal | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]