Bazar günü, 2024-12-22, 6:17 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2012 » Mart » 29 » TUTUNUN 3000 ILLIK TARIXI
12:23 PM
TUTUNUN 3000 ILLIK TARIXI
1683-cü il. – Siqar çəkmənin qaydalarının yaradılmasının ilk cəhdləri. Massaçusets koloniyasında (gələcək ABŞ-ın ştatlarından biri) küçədə siqar çəkmək qadağan idi. Bu qadağanın pozulmasına görə alınan cərimələrin pulu yanğın əleyhinə vasitələrin alınmasına sərf olunurdu. (Qeyd etmək lazımdır ki, burada qadağanın əsas məqsədi insanların səhhətinə görə narahatlıq yox, yanğınların yaranması riski idi). Müasir dövrümüzdə isə dünyanın bir çox ölkələrində tütündən və siqaret çəkənlərdən yığılan vergilər səhiyyə proqramlarının maliyyələşdirilməsinə sərf olunur.

1730-cu il. – ABŞ-ın Virciniya ştatında dünyada ilk dəfə olaraq, tütünün standartlaşdırılması qaydalarını müəyyən edən qanun qəbul edilir. Bu addım, Virciniya plantatorlarının və ticarətçilərinin reputasiyasına mənfi təsir edən «zibil tütünün» gizli idxalına qarşı mübarizə aparmaq niyyətilə atılmışdı.

1761-ci il. – Tütünün insana mənfi təsir etdiyinə dair məlumatların toplandığı ilk elmi iş işıq üzü görür. İngilis həkimi Con Hill (John Hill) yəqin ki, bu mövzuda ilk olan klinik tədqiqatlar keçirdi. Doktor sübut edirdi ki, burunotunun nəzarətsiz və çox miqdarda istifadə olunması burun xərçənginin yaranmasına şərait yaradır.

1790-cı il. – Dünyada ilk irimiqyaslı tütün reklamı kampaniyası. Bu kampaniyanı Amerikanın «Lorillard» şirkəti keçirdi. Şirkət bunun üçün ABŞ-ın bütün poçt şöbələrini öz plakatları ilə bəzədi. Tütün şirkətlərinin reklam aksiyaları bir norma kimi isə 1910-cu illərdən başladı.

1795-ci il. – Siqaret çəkmə ilə xərçəng xəstəliyinin əlaqəsi barədə olan ilk elmi işin meydana çıxması. Alman həkimi, ixtiraçısı, antropoloqu və peleontoloqu Samyuel Tomas fon Zommerinq tütün borusünün çəkilməsinin dodaqların xərçənginə səbəb ola bilməsinə şərait yaratmasına sübutlar təqdim etdi.

1776-cı il. – Tarixdə birinci dəfə olaraq, tütün problemləri inqilabın səbəblərindən biri oldu. Belə ki, Amerika inqilabının səbəblərindən biri – amerikalı tütün istehsalçılarının Britaniya ticarətçilərindən asılı vəziyyətə düşmələrindən narazı qalmaları oldu. Beləliklə, tütünün satışından əldə edilmiş gəlir Britaniya İmperiyası ilə müharibəni maliyyələşdirməyə imkan verdi.

1789-cu ildə baş vermiş Fransız İnqilabının da kökündə «tütün tərkibi» var idi. Belə ki, Fransa əhalisi kral ailəsinin tütünə olan inhisarından hiddətlənirdilər. Çünki bu inhisarçılıq tütünü həddən ziyadə baha edirdi. İnqilab nəticəsində monarxiya devriləndən sonra bu inhisarçılıq ləğv edildi. (Baxmayaraq ki, tütün inhisarı imperator Napoleon Bonapart tərəfindən bərpa edildi).

1848-ci ildə İtaliyada baş vermiş anti-Avstriya inqilabı da həmçinin tütünün üstündə başlandı. Belə ki, İtaliyanın Milan şəhərinin sakinləri İtaliyanın böyük bir hissəsinin də tərkibinə daxil olduğu Avstriya-Macarıstanı varlandırmamaq üçün kütləvi şəkildə və nümayişkaranə tərzdə siqaret çəkməkdən imtina etməyə başladılar. (Belə ki, Avstriya-Macarıstanda da tütünə dövlət inhisarı mövcud idi). Milan şəhərində narazılıq dalğası şəhər küçələrində siqar çəkən Avstriya əsgərlərinin peyda olmasından sonra başladı. Və cəmi dörd gündan sonra üsyana qalxmış milanlılar Avstriya qoşunlarını şəhərdən qovub çıxardılar. Milanın ardınca İtaliyanın digər şəhərləri də üsyana qalxdılar. Avstriyalılar isə yalnız iki ildən sonra üsyanı yatırmağa müvəffəq oldular.

1823-cü il. – Amerikalı ədəbiyyatçı və alim Klement Mur (Clement Moore) Santa-Klaus barədə olan «Müqəddəs Nikolayın gəlməsi» («A Visit From St. Nicholas») adlı poema çap etdi. Qeyd etmək lazımdır ki, bu – ədəbiyyat tarixində bu mövzuda olan ilk ədəbi əsərlərdən biri idi. Poemanın qəhrəmanı olan Santa-Klaus qəlyan çəkirdi.

1828-ci il. – Almaniyalı kimyaçılar Lüdviq Reyman və Vilhelm Posselt ilk dəfə olaraq tütündən nikotin maddəsini aldılar. Onlar bu alkaloidi «təhlükəli zəhər» adlandıraraq, onun haqqında dissertasiya yazdılar.

1830-cu illər. – Tarixdə ilk anti-tütün kampaniyası. Bu kampaniya alkoholizmlə mübarizə bayrağı altında ABŞ-da başladı. Kampaniya təşkilatçıları sübut edirdilər ki, saqqız çeynəmə və tənbəki çəkilməsi elə bir susuzluq yaradır ki, «bu susuzluğu çox tünd alkoholdan başqa heç bir şeylə yatızdırmaq olmur».

1854-cü il. – İngiltərədə «təhlükəsiz» siqaret üçün ilk patent verildi. Bu siqaret özü-özünə sönür və yanğın yaratmaq iqtidarında deyildi.

1860-cı il. – Siqaretin sənaye istehsalı başlandı. İlk dəfə bu biznesi Amerikanın «Blackwell Tobacco Company» şirkəti başladı. Şirkətin sənaye istehsalına başladığı siqaretin adı «Bull Durham» idi. 1880-ci illərə qədər siqaretlər əl vasitəsi ilə istehsal olunurdular. Siqaret istehsalı üçün ilk maşını 1876-cı ildə amerikalı Albert Huk (Albert Hook) kəşf etdi. Lakin onun maşını praktikada tətbiq olunmadı. Onun həmvətəni Cems Bonsakın (James Bonsack) ixtirasının taleyi isə daha uğurlu oldu. C.Bonsakın ixtira etdiyi maşın ilk dəfə 1881-ci ildə təqdim edildi. Bu maşın 48 nəfər işçinin əməyini əvəz etmək iqtidarında idi. Bu kəşflərin nəticəsində siqaretlərin qiyməti kəskin şəkildə aşağı düşdü və buna tərş mütənasib olaraq isə siqaret çəkənlərin sayı artdı (buna həm də «İsveç kibritlərinin» kəşf edilməsi də qeyri-müstəqim şəkildə yardımçı oldu).

Siqaretlərin kütləvi şəkildə istehsalına başlayana qədər ağciyər xərçəngi xəstəliyinə çox nadir hallarda rast gəlinirdi. Hətta bu o qədər nadir olan bir xəstəlik idi ki, bir çox təbabət kitablarında onun haqqında bir kəlmə belə deyilmirdi. Lakin, artıq XX əsrin əvvəllərində ağciyər xərçəngi kifayət qədər yayılmış xəstəliyə çevrildi. Hal-hazırda isə yalnız ağciyər xərçəngi xəstəliyi ümumplanet miqyasında ildə 1,2 milyon nəfərin həyatına son qoyur ki, bu da döş vəzisinin xərcəngi, prostat vəzisinin xərçəngi və düz bağırsağın xərçənginin hamısının bir yerdə gətirdiyi ölüm halından çoxdur. Belə hesab olunur ki, ağciyər xərçəngi xəstəliyi 90% hallarda «stajlı» siqaret çəkənlərdə rast gəlinir.

1868-ci il. – Nəqliyyatta ilk anti-tütün qanunu meydana gəlir. Böyük Britaniya parlamenti siqaret çəkməyən insanlar üçün xüsusi vaqonlar yaratmaq barədə şərar qəbul edir.

1881-ci il. – İlk dəfə olaraq tütün şirkətinin – Böyük Britaniyaya məxsus «Philip Morris» şirkətinin – aksiyaları birjada dəyərə malik olmağa (rusca – kotirovatğsə) başladı.

1883-cü il. – Amerikalı ixtiraçı və teatr impressariosu Oskar Hammersteyn (Oscar Hammerstien) siqar düzəltmək üçün maşın yaratdı. Maraqlıdır ki, Hammersteyn eyni zamanda çox müvəffəqiyyətlə həm tütün biznesi ilə və həm də ki, teatr biznesi ilə məşğul ola bilirdi. Bu zaman o, öz operalarının qoyuluşunu tütün məmulatlarının satışından əldə etdiyi gəlirlə maliyyələşdirirdi.

1886-cı il. – İlk dəfə olaraq qadınlar üçün nəzərdə tutulmuş siqaret markası yaradıldı. Belə ki, Amerikanın «JB Duke» şirkəti bu məqsədlə «Cameo» siqaretlərini buraxmağa başladı. Maraqlıdır ki, «Philip Morris» şirkətinin ilk dəfə 1924-cü ildə bazara çıxartdığı «Marlboro» siqaretləri də əvvəlcə «qadın» siqaretləri sayılırdı və «May kimi incə» şüarı altında satılırdı. Hazırki tanınmış və məşhur ««Marlboro» kovboyları» isə yalnız 1954-cü ildə peyda oldu. «Marlboro» adı isə Londonda bu şirkətin ilk fabrikinin yerləşdiyi küçənin adından götürülmüşdü.

1913-cü il. – Müasir siqaretlərin yaranması. Amerikanın «RJ Reynolds» şirkəti «Camel» siqaretlərini buraxdı. Bu siqaretlər elə əvvəlcədən hər qutuda 20 ədəd siqaret olmaqla qablaşdırılmışdı. «Camel» - ümumamerika populyarlığı qazanmış ilk siqaret markası oldu. O vaxta qədər isə istehlakçılar yerli siqaret sortlarına üstünlük verirdilər. Belə ki, ABŞ-ın praktiki olaraq bütün iri şəhərlərində yerli siqaret və papiros istehsalçıları var idi.

1915-ci il. – İlk anti-tütün ifadəsinin, şüarının (rusca – sloqan) meydana gəlməsi. Bu ifadənin müəllifliyinin amerikalı bioloq Devis Starr Cordana (Davis Starr Jordan) məxsus olması güman edilir. İfadə isə belə idi: «Siqaret çəkən oğlan öz gələcəyi barədə narahat olmaya bilər – onun gələcəyi yoxdur».

1914-1918-ci illər. – Böyük Tütün Müharibəsi. Tənbəki demək olar ki, bütün dünya ordularında qulluq edən əsgərlərin rasionuna daxil edilmişdir. Və müharibə illərində siqaret çəkməyən əsgər demək olar ki, yox idi. Amerikalı general Con Perşinq (John Pershing) yazırdı: «Müharibəni udmaq üçün bizə tənbəkinin olmağı – güllənin olması qədər zəruridir». İlk dünya müharibəsi (Birinci Dünya Müharibəsi) ona gətirib çıxardı ki, cəbhələrdən siqaret çəkən nəsil geri qayıtdı. Və dinc zamanda isə bu zərərli vərdişdən əl çəkmək çox çətin bir məsələyə çevrildi. Vaşinqton Universitetinin (Washington University) 1919-cu ildə apardığı tədqiqat zamanı bəlli oldu ki, müharibə veteranları arasında ağciyər xərçəngi xəstəliyinə mübtəla olanların sayı onlarla (!) dəfə artmışdır. Belə ki, Birinci Dünya Müharibəsinə qədər ABŞ-da bu xəstəliyə çox nadir hallarda rast gəlinirdi.

1926-cı il. – Amerikalı Lloyd Hyuz (Lloyd Hughes) mentolla olan siqaretlər kəşf etdi. Kəşfin reseptini isə Hyuz «Axton-Fisher Tobacco» şirkətinə satdı. Bu şirkət isə «Spud Brand» markası altında mentollu siqaretlər isteşsal etməyə başladı.

1927-ci il. – Siqaretçəkmə ilə mübarizə aparmaq üçün ilk vasitə kəşf edildi. Bunun ilk yaradıcısı avstriyalı Eduard Xaas oldu. E.Xaas birinci dəfə olaraq «Pez» adlı şirin nabatlar hazırayıb satmağa başladı. Bu nabatlar xüsusi dispenzerə yerləşdirilmişdi. Talenin gərdişindən bu dispenzer formaca alışqana oxşayırdı. Lakin, Xaasın bu təcrübəsi müvəffəqiyyətsiz oldu. Belə ki, nəticədə «Pez» nabatları uşaqların konfetinə çevrildi.

1936-cı il. – Elmi terminlər siyahısına «passiv siqaretçəkmə» termini daxil oldu. bu termini alman alimi Fris Likint təklif etdi. Bundan əvvəl də Likint statistik göstəricilərlə sübut etmişdi ki, ağciyər xərçəngi xəstəliyindən əziyyət çəkənlər adətən siqaretçəkən insanlar olurlar.

Elə həmin ildə «B&W» tütün şirkəti ilk dəfə olaraq filtrli siqaretlər istehsal etməyə başladı. Bu siqaretlərin adı «Viceroy» idi. «Viceroy» siqaretinin istehsalçıları iddia edirdilər ki, bu filtrlər tənbəki tüstüsünün tərkibində olan zərərli maddələrin yarısını «udur» və orqanizmə keçməyə qoymur. Amma filtri siqaretlərin «dünya yürüşü» isə yalnız 1950-ci illərdən başlandı. Bu zamana qədər isə siqaret istehsalı dünya bazarının heç 1%-2%-dən də çox deyildilər. 1952-ci ildə asbest əsasında hazırlanmış filtrlər istehsal edilməsinə cəhdlər göstərildi. İlk asbest filtrli siqaret markası «Kent» oldu. Lakin, bəlli səbəblərdən asbest əsaslı filtrlərin dövrü uzun çəkmədi.

Category: Diger me'lumatlar | Baxış: 1405 | Added by: SETRUS | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]