Bazar günü, 2024-12-22, 2:19 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2012 » Mart » 22 » Hər an yüksəliş fürsəti
9:00 PM
Hər an yüksəliş fürsəti
Hər an yüksəliş fürsəti


İnsan kamillik pilləsində nə qədər yüksəlsə, yenə də bu səfərin mənzilləri tükənmir. Səfərin başlanğıcı isə tövbədir.

Həzrət Peyğəmbər (s) buyurur:

لِكُلِّ دَاءٍ دَوَاءٌ وَ دَوَاءُ الذُّنُوبِ الِاسْتِغْفَارُ

"Hər dərdin dərmanı var və günahın dərmanı tövbə və istiğfardır”.

O həzrət başqa bir hədisdə buyurur:

سَيِّدُ الْقَوْلِ لَا إِلَهَ إِلَّا اللَّهُ وَ خَيْرُ الْعِبَادَةِ الِاسْتِغْفَارُ‌

"Sözlərin ağası "La ilahə illəllah” və ibadətlərin xeyirlisi istiğfar və tövbədir”.

Və başqa bir hədisdə buyurur:

خَيْرُ الدُّعَاءِ الِاسْتِغْفَارُ

"Duaların ən yaxşısı İstiğfradır”.

İmam Baqir (ə) buyurur:

إِنَّ اللَّهَ إِذَا أَرَادَ أَنْ يُعَذِّبَ أَهْلَ الْأَرْضِ بِعَذَابٍ قَالَ لَوْ لَا الَّذِينَ يَتَحَابُّونَ فِي حَلَالِي وَ يَعْمُرُونَ مَسَاجِدِي وَ يَسْتَغْفِرُونَ بِالْأَسْحَارِ لَأَنْزَلْتُ عَذَابِي‌

"Allah-taala yer əhlini cəzalandırmaq istədiyi zaman buyurur: Əgər mənim halal etdiyimi qazanmağı sevənlər, məscidlərimi təmir edənlər və səhərlər tövbə və istiğfar edənlər olmasaydı, həqiqətən yer üzünə əzabımı nazil edərdim!”.

Cabir bin Əbdullah Ənsari deyir: Peyğəmbər (s) buyurdu:

تَعَلَّمُوا سَيِّدَ الِاسْتِغْفَارِ اللَّهُمَّ أَنْتَ رَبِّي لَا إِلَهَ إِلَّا أَنْتَ خَلَقْتَنِي وَ أَنَا عَبْدُكَ وَ أَنَا عَلَى عَهْدِكَ وَ أَبُوءُ بِنِعْمَتِكَ عَلَيَّ وَ أَبُوءُ لَكَ بِذَنْبِي فَاغْفِرْ لِي إِنَّهُ لَا يَغْفِرُ الذُّنُوبَ إِلَّا أَنْتَ‌

"Tövbə və istiğfar etməyin ən alisini öyrənin (və o belədir): Əllahummə əntə rəbbi, la ilahə illa əntə, xələqtəni və ənə əbdukə və ənə əla əhdikə və əbuu bini`mətikə ələyyə və əbuu ləkə bizənbi, fəğfirli, innəhu la yəğfiruz-zunubə illa əntə”.

("Ey Allahım! Sən mənim Rəbbim və sahibimsən! Səndən başqa yaradan (və ibadətə layiq olan) yoxdur! Sən məni yaratmısan və mən sənin qulun və bəndənəm! Və səninlə bağladığım əhd və peymana (layiqli bəndə olacam və əmrlərindən kənara çıxmayacam) sadiqəm! Etiram edirəm ki, Sən mənə nemət vermisən (amma mən Sənin hüzurunda günah etmişəm)! Etdyimin günahların şərrindən Sənə sığınıram! Bağışla məni ey Rəbbim ki, həqiqətən Səndən başqa bağışlayan yoxdur!")

haqyolu.com
Category: Diger me'lumatlar | Baxış: 846 | Added by: Ənfal | Rating: 5.0/2
Total comments: 2
0  
2 Mursəlat   (2012-03-24 2:14 PM) [Daxil et]
SETRUS, aleykum salam. Merac hadisəsinin isbatında ağıl acizdir. Bu vaxtadək kimsə belə bir iddiada olmamışdır. Merac məsələsi nəqli yolla sübuta yetir. Yəni Quran ayələri və rəvayətlər həzrət Peyğəmbərin (s) meracını qəti şəkildə bəyan edir.Merac səfərinin haqqında iki baxış var: kimi bu səfərləri ruhani, kimi isə həm ruhani, həm də cismani hesab edir. Bir sözlə, insan öz ruhunu maddi bağlılıqlardan, dünya həvəslərindən xilas edə bilsə Allaha doğru hərəkət edə bilər.
Merac hədisində əhkamla bağılı bir şey yoxdur. Namaz qılmaq da Peyğəmbər (s.ə.s) meraca getməzdən əvvəl də bizə artıq var idi. İndi hamı hədis tapıb özündən çıxarır. Bilmirsən haradan.
http://gunahkar-bende.ucoz.org/news/subh_l_r_cavab/2011-02-10-2263
http://gunahkar-bende.ucoz.org/news....31-1413
Bu linklərdə onların öz mənbələrində sübutlar var.

0  
1 SETRUS   (2012-03-24 12:40 PM) [Daxil et]
SALAM ALEYKUM..MIRAC NEDIR? DUZDURMU MIRAC GECESI PEYGENBER (S) SEMAYA QALXIR? semanin 7 ci qatina qalxir SONRA MIRAC GECESInde peygenberimize hediye olarak 3 shey verilmishdi ..bunlar 1) 5 vaxt namaz 2) beqere suresinin son ayeleri ve shirk qoshmamaq sherti ile LA ILAHE ILLALLAH DIYEN HER MUSLUMANIN CENNETE MUJDESI..BUNU MEN EHLI SUNNE SAYTINDAN OXUDUM..BILMEK ISTEYERDIM 5 VAXT NAMAZ BIZE BUNANMI QALIB????????

Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]