Cümə günü, 2024-03-29, 1:24 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2012 » Mart » 1 » Səqəleyn hədisi şiəliyin haqq olmasını təsdiq edən sənəddir
6:27 AM
Səqəleyn hədisi şiəliyin haqq olmasını təsdiq edən sənəddir
Səqəleyn hədisi şiəliyin haqq olmasını təsdiq edən sənəddir

Böyük mərcei-təqlid Ayətullah Şeyx Vəhid Xorasani bu gün öz xaric dərsində Qurani-Kərimin Yasin surəsinin təfsiri zamanı Yasin surəsinin 5-ci ayəsinin(Qüdrətli və Rəhimli tərəfindən nazil edilmişdir) varid olan qiraətlərindən danışaraq buyurmuşdur ki, İslam tarixinin məşhur qariləri və müfəssirləri bu ayəni üç cür qiraət etmişlər. Və hər biri öz qairaətinin düzgünlüyü üçün müxtəlif dəlillər gətirmişlər.

Həmin dəlilləri və nəzərləri qeyd edən Ayətullah Şeyx Vəhid Xorasani daha sonra bildirib ki, qiraətlərin müxtəlifliyi ayənin təfsirinə də sirayət etmişdir. Belə ki, bəziləri nazil edilmişdən məqsədin Quran digərləri isə Hz.Rəsuləllah(s) olduğunu bildirmişlər. Bu da öz növbəsində ayələrin mövzusunu dəyişməkdədir.

Qiraətin müxtəlifliyinin səbəblərinə toxunan mərcei-təqlid səbəb kimi xilafətin qəsb olunması olduğunu bildirərək demişdir ki, Hz.Rəsuləllahın(s) rehlətindən sonra Hz.Əmirəl-mömininin(ə) haqqının qəsb olunması müsəlmanların ictimai, siyasi və dini həyatlarında da öz təsirini qoymuşdur.

Quran müfəssiri daha sonra bildirib ki, İslam ümmətinin məsum imamlardan(ə) ayrı düşməsi bu kimi hadisələr ərsəyə gətirmişdir ki, qiraətin müxtəlifliyi də bunlardan biridir.

Əhli-Beyt(ə) Qurani-Kərimin şərikidir deyən mərcei-təqlid bildirib ki, Hz.Rəsuləllahın(s) buyurduğu "Səqəleyn"* hədisi şiəliyin və Əhli-Beyt(ə) ardıcıllarının haqq olmasını təsdiq edən sənəddir. Çünki bütün İslam məzhəblərinin qəbul etdiyi həmin hədisdə Hz.Rəsuli-Əkrəm(s) Quran və Əhli-Beyti(ə) əbədi olaraq bir-birindən ayrı olmadığını bəyan etmişdir.

Ayətullahul-Üzma Şeyx Vəhid Xorasani sözlərinə əlavə edərək buyurmuşdur ki, həmçinin əhli-sünnət məzhəbinə aid bir çox hədis alimlərinin bu hədisə əsasən Quran və Əhli-Beyti(ə) dinin etibarının tələblərindən olduğunu bildiriblər. Yəni onlar bildirirlər ki, dinin əsas bazası Hz.Rəsuli-Əkrəmin(s) buyurduğuna əsasən Quran və Əhli-Beytdir(ə). Deməli, dinin kamalı Quran və Əhli-Beytin(ə) qoşa olmasındadır. Və bu elə bir həqiqətdir ki, heç kəs buna irad edib, şübhə edə bilməz.

*Hz.Rəsuləllah buyurmuşdur: "Mən sizin aranızda iki ağır əmanəti qoyub gedirəm. Onlardan biri Allahın kitabı, digəri isə Əhli-Beytimdir. Əgər onlara sarılsanız, heç vaxt zəlalətə düşüb yolunuzu azmayacaqsınız. Həqiqətən, bu iki şey əmanət olaraq Kovsər hovuzunda mənim yanıma gələnə qədər bir-birindən ayrılmayacaqlar. Allahın kitabı göydən yerə endirilən ipi xatırladır və itrətim isə mənim Əhli-Beytimdir. Diqqətli olun və görün məndən sonra bu iki şeylə necə rəftar edəcəksiniz".

"Səqəleyn" hədisi

ahlibeyt.az
Category: Diger me'lumatlar | Baxış: 745 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]