Bazar günü, 2024-12-22, 7:25 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2012 » Mart » 24 » Təqdimat kitabı
2:47 PM
Təqdimat kitabı
Quranda müxtəlif Peyğəmbərlər, qövmlər, həmçinin məhv olmuş xalqlar haqqında əhvalatlardan söz açılmasında məqsəd  və bəşəriyyətə tarixi məlumatlar vermək, nə onlarda müəyyən maraq oyatmaq, nə də şirin xatırələrdən söz açmaqdır.
   Quran tarix kitabı deyil. Elə bu səbəbdən də Quran ayələrində xronoloji ardıcıllığa riayət olunmamışdır. Amma bu sırada "Yusuf" surəsini istisna hesab etmək olar. (Belə ki, "Yusuf" surəsi böyük surələr arasında eyni mövzuda bir dəfəyə nazil olan yeganə surədir).

 Musa Peyğəmbərin (ə) hekayəsi.

    Quranda adı çox çəkilən Musa (ə) peyğəmbərin əhvalatının ardıcıllığına nəzər salaq. Onun uşaqlıq, cavanlıq illəri, həmçinin qiptilərlə müşahidə etməsi haqqında məlumat verilmədən "Bəqərə" surəsinin müxtəlif ayələrində onun İsrail övladları arasında olmasından xəbər verilir. Uşaqlıq dövrü haqqında isə yalnız "Tövbə" surəsində söz açılır. "Ta-Ha" surəsindən 5 surə sonra bir daha Musa (ə) peyğəmbərin uşaqlığına işarə olunur (Burada Quran surələrinin nazilolma ardıcıllığı nəzərdə tutulur. Belə ki, "Əraf" surəsi müasir ardıcıllıq baxımından Quranın 7-ci surəsi olsa da, nazilolma ardıcıllığı baxımından "Ta-Ha" surəsindən sonra qərar tutur). Bəs bütün bunlarda məqsəd nədir? İbadətdən başqa bir şey ola bilərmi? "Ey bəsirət sahibləri! İbrət alın!" ("Həşr" 2)

Adəm və İblis

Quranın yeddi ayəsində Adəm və İblis haqqında əhvalatlardan söz açılır. Hər dəfə müxtəlif üslub və vurğulardan istifadə olunur. Adəm (ə)  itaətsizlik etdiyinə görə Cənnətdən, İblis də təkəbbürlüyü üzündən Allaha qarşı üsyan etdiyinə görə Allahın ərşindən birdəfəlik qovulur. Məqsəd? Yəni: Ey insan oğlu! Adəmi ADAM edən  və İblisin İBLİSLİKDƏ qalmasına səbəb olan Adəmin itaətlisliyinə görə İxlasla Allaha tövbə etməsi, İblisin isə günahından israrlı olması və təkəbbürlükdən əl çəkməsi oldu.

Gəmiçi peyğəmbər

    30 müxtəlif Nuh (ə) peyğəmbər haqqında əhvalatlar  söz açılır. Adəm (ə) peyğəmbərlərdə olduğu kimi, burada da bütün hallarda müxtəlif vurğu və bəyanetmə tərzindən istifadə olunur.
   Bəzən xitab olunan şəxs Allah peyğəmbərinin özü olur, bəzən Məkkə müşriklərinə Nuh (ə) qövmü misal çəkilir, bəzən Nuh (ə) peyğəmbərin qövmünün gəmiyə minib nicat tapmalarından xəbər veriri, peyğəmbər oğlunun itaətsizliyindən və ona belə güzəşt olunmadığına işarə olunur, bəzən Nuh (ə) Peyğəmbərin üsyankar qövmünə etdiyi bəd duadan söz açılır. Bir sözlə, bütün ayələrin həm bəyan tərzi, həm də ibrətamiz olduğu dərhal nəzərə çarpır.

   Quran ibrət ala bilənlər üçün həyat kitabıdır. O, nəql etdiyi hekayələrlə bizə necə yanaşmalı olduğumuzu öyrədir. Həyatını onunla kökləmək istəyənlərə işıq saçır.

(Ya Rəsulum!) Biz bu Quranı sənə vəhy etməklə sənin üçün ən gözəl hekayəti (qissəni) danışırıq. ("Yusuf" 3)

Bütün bu deyilənlərdə axirət əzabından qorxan şəxs üçün həqiqi bir ibrət dərsi vardır. ("Hud" 103)

 Tuğyan olan yerdə tufan olar. İnsan olan yerdə tuöyan olar. Ey insan oğlu! Bil ki, sənin tufanın sona çatmayacaq.  Sən durduqca elə hey tufanlar qopacaq. Bunu da bil ki, hər tufanın öz Nuhu olur.  Tufan - iman gətirənlər üçün bir imkan, həqiqəti inkar edənlər üçün isə fəlakətdir Tufan - günahla kirlənən yer üzünün qüsul və dəstəmazıdır.
   Ey insan! Bir bax gör tufan qopduğu zaman sən tikdiyin iman gəmindənsən, yoxsa günahları qərq edən ucsuz-bucaqsız dəryalarında.

 Əvvəli ötən sayımızda....


Category: Diger me'lumatlar | Baxış: 789 | Added by: Mursəlat | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]