Bazar günü, 2024-12-22, 12:09 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2012 » Aprel » 7 » Başqalarına əl açmasan...
5:40 AM
Başqalarına əl açmasan...
Başqalarına əl açmasan...

İman əhlinin mühüm xüsusiyyətlərindən biri öz ehtiyaclarını Allahdan istəməkdir. Gözü əllərdə olan, daim pul, vəzifə, rifah barədə düşünən, Allahın qapısını yaddan çıxarıb bəndələrin qapısında ömür keçirən insanların möminlik iddiası puçdur...
Bir gün hakim Yəqub Leys xəstələndi və onun müalicəsi üçüm dəvət edilən həkimlər heç bir çarə edə bilmədilər. Saray əyanları məsləhət gördülər ki, iş müalicədən keçdiyi üçün Şeyx Səhl Abdullah Tustərini (Şüştəri) dəvət edib ondan hakim üçün dua istəsinlər. Şeyx xəstə üçün belə dua etdi: "Pərvərdigara, onun günahlarının əvəzini verdin. İndi mənim ibadətlərimin əvəzini ona ver ki, şəfa tapsın.” Duadan dərhal sonra hakimin vəziyyəti yaxşılaşdı. Yəqub Leys min dinar qızıl gətizdirib Şeyxin qarşısına qoydu. Şeyx ah çəkib dedi: "Biz tamah yox, qənaət, başqalarına əl açmamaq səbəbindən bu məqama çatmışıq.” 
Şeyx ayağa qalxıb Yəqub Leysin saraydan çıxdı. Saray xidmətçisi Şeyxə dedi: "Ya Şeyx, həmin pulu alıb yoxsullara paylasaydınız daha məsləhətli olmazdımı?” Şeyx buyurdu: "Bəndələrin ruzisini Allah özü verir...”

haqyolu..com

Category: Diger me'lumatlar | Baxış: 803 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]