Bazar günü, 2024-12-22, 6:48 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2012 » Mart » 17 » Ayətullah Məkarim Şirazinin Novruz tövsiyələri
9:17 PM
Ayətullah Məkarim Şirazinin Novruz tövsiyələri
Ayətullah Məkarim Şirazinin Novruz tövsiyələri

Bəziləri Novruz bayramını İslami bir bayram, bəziləri isə bidət və şəriətə xilaf olan bir bayram olduğunu bildirirlər

Ayətullahul-Üzma Şeyx Nasir Məkarim Şirazi bu gün dərsi-xaricində(ali fiqh mühazirəsi) Novruz bayramına işarə edərək bəzi mətləbləri açıqlayıb.

O Novruz bayramının yaxınlaşması münasibətilə danışaraq deyib ki, Novruz bayramına münasibətdə ifrat və təfritə yol verilməkdədir. Bəziləri Novruz bayramını İslami bir bayram, bəziləri isə bidət və şəriətə xilaf olan bir bayram olduğunu bildirirlər. Əslində isə Novruz bayramı yaxşılıqları və bəzi problemləri olan bir milli bayramdır.

Biz Qurandan ilham alırıq və meyarımız Qurandır deyən mərcei-təqlid deyib ki, biz gərək onun bizə öyrətdiyi kimi yaxşı işləri və yaxşı sözləri pislərdən ayırmaq prinsipinə əməl edək. Şeyx Məkarim Şirazi buyurub ki, aqil o şəxsdir ki, Qızıl gülü dərsin amma əllərinə tikan batmasın. Amma o şəxslər ki, gül dərən zaman əlləri xəsarət alır aqil deyillər. Bayramın güllərini də dərəndə gərək elə dərəsən ki, tikanları sənə zərər yetirməsin.

Ayətullah Məkarim Şirazi deyib ki, evin içərisinin və çölünün təmizlənməsi və gigiyenaya riayət olunması Novruz bayramının da yaxşı işlərindəndır. Amma İslam tövsiyə edir ki, bununla bərabər yəni zahiri təmizliklərlə yanaşı gərək evdən kin-küdurətin və əxlaqi rəzailin uzaqlaşdırılmasına da diqqət yetirilsin.

Novruz bayramında camaatın Allahı xatırlamalarını və məscid və ziyarətgahlara üz tutmalarını da Novruz bayramının müsbət cəhətlərindən olduğunu bildirən Şeyx Məkarim Şirazi islam dininin də bu işlərə təkid etdiyini bildirib.

Sədəqə verməyin, ürəkləri şad etməyin və kasıb qohum-əqrəbanı yad etməyin Novruzun gözəl adət-ənənəsi olduğunu, həmçinin möminləri sevindirməyin böyük bir ibadət olduğunu deyən mərcei-təqlid Novruzda qohum-əqrəbaları ziyarət etməyin kin-küdurətin və qəzəblərin aradan qaldırılmasına səbəb olduğunu bildirib.

Sadaladıqlarım elə İslamın açıq-aşkar göstərişlərindəndir deyən mərcei-təqlid bu bayramın digər müsbət özəlliyinin ruhi və fiziki yenilənmə(istirahət etmə) olduğunu bildirərək bunlara diqqət yetirilməsinin zəruri olduğunu vurğulayıb. Quran müfəssiri bildirib ki, İslam dinində də istirahət etməyə tövsiyyələr və təkidlər edilmişdir ki, bu da öz növbəsində ibadət və iş saatlarına yardımçı olur.

Novruz bayramında bəzi xoşagəlməz işlər görülür deyən mərcei-təqlid bunlara israfı və təmtəraqlı bayram keçirməyi aid edərək bildirib ki, İslam dini bunu qəbul etmir. Camaat bunlardan uzaq olmalı və bilməlidir ki, yaşayış nə qədər sadə olarsa, bir o qədər səfa və səmimiyyət o yaşayışda çox olar.

Mərcei-təqlid bayram zamanı bəzi günahlara din adına mürtəkib olmaqdan ehtiyatlı olmağı tapşıraraq deyib ki, elə olmasın ki, insanın kefini kök edən bayram bəzi şəriətə və ağıla xilaf işlər nəticəsində məşum proqrama çevrilsin.

Ayətullah Məkarim Şirazi bəzi xurafatların bu bayramda yerinə yetirilməsini səhv olduğunu vurğulayaraq deyib ki, biz cahiliyyət dövrünün ərəblərinin məntiqindən uzaq olnalıyıq. Əgər buna diqqət yetirsək bəzi narahatçılıqlar da aradan qalxmış olar. Ümidvaram Allah-təala bizə Quranın təlim etdiyi kimi yaxşılıqları pisliklərdən ayırmaqda yardımçı olar.



islamazeri.az

Category: Diger me'lumatlar | Baxış: 876 | Added by: Mursəlat | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]