Bazar günü, 2024-12-22, 2:23 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2012 » Mart » 22 » Aşkarda günah etmək haqqında
5:53 AM
Aşkarda günah etmək haqqında
«Möminlər arasında əxlaqsızlığın yayılmasını istəyən kəsləri dünyada və axirətdə ağrılı bir əzab gözləyir». ("Nur" surəsi, 19-cu ayə).
Maraqlısı budur ki, əxlaqsızlığın yayılmasını istəyən şəxs də əzaba düçar olacaqdır. Bu isə məsələnin ciddi olmağını göstərir. Hər halda sağlam bir cəmiyyət qurmağın yollarından biri də, həmin cəmiyyətdə günahın qarşısını almaqdır. Mətləbin daha aydınlaşması üçün aşağıdakı hədislərə diqqət yetirin:
İslam Peyğəmbəri (s) buyurur: 
«Pis işlərin yaranmasına şərait yaradan şəxs o işləri görən şəxs kimidir».
Yenə o Həzrət buyurur:«Yaxşı işləri gizlində görən şəxsin savabı yetmiş bərabərdir. Aşkarda və gizlində günah edən şəxs isə (sonradan tövbə etmək şərtilə) Allah tərəfindən bağışlanır».
İmam Baqir (ə) buyurur: 
«Mömin olan bir şəxsə mömin qardaşının 70 böyük günahını gizlətməyi vacibdir».
İmam Sadiq (ə) buyurur:
«Biz Əhli-beytin haqqını tanıyan şəxslərin nicat tapmasına ümidim var. Lakin bunların arasında üç dəstənin səadətə çatmasına ümidim yoxdur. Bu üç dəstə bunlardan ibarətdir:
1- Zalım padşah. 
2- Öz nəfsinin istəklərinə qulluq edən şəxs. 
3- Aşkarda günah edən şəxs.
O həzrət başqa bir hədisdə buyurur:
«Aşkarda günah edən şəxsin heç bir hörməti yoxdur. Onun qeybətini etmək də haram deyil».
(Yəni həmin şəxsin aşkarda etdiyi günah barədə edilən qeybət haram deyil.)
İslam Peyğəmbəri (s) buyurur:
«İlahi! Hiyləgər dostdan Sənə pənah aparıram. Çünki belə dost mənim yaxşı işlərimi gizlədər, pis işlərimi isə yayar».
İmam Əli (ə) buyurur: 
«Günahkar adamlar öz günahlarına bəhanə gətirmək üçün başqalarının eyblərini faş edirlər».

("Üsuli-kafi", "Səfinətül-bihar","Fehresi-ğürər" və s.)

sibtayn.com

Category: Diger me'lumatlar | Baxış: 799 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]