Çərşənbə axşamı, 2024-04-23, 1:51 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Dekabr » 12 » Yıxılanı vurmaq, zəifləmiş düşməndən intiqam almaq bizim xasiyyətimiz deyil!
8:24 AM
Yıxılanı vurmaq, zəifləmiş düşməndən intiqam almaq bizim xasiyyətimiz deyil!


Hişam ibn İsmail Mədinənin hakimi olduğu vaxtlarda İmam Səccad (ə) və onun ardıcıllarına çox zülm etmişdi. İşdən kənarlaşdırıldıqdan sonra onu yeni hakimin göstərişi ilə Mərvan ibn Həkəmin evinin qarşısında saxladılar ki, əhali onun zülmlərinin əvəzini çıxsın. Şəhid Mütəhhəri yazır: "Hişamı hamıdan çox min bir işgəncə verdiyi İmam Səccad (ə) və şiələr düşündürürdü. Onlara qarşı zülmləri müqabilində öldürüləcəyini güman edirdi. Buna görə də İmamın ona yaxınlaşdığını görəndə rəngi qaçdı, əsməyə başladı. İmam isə ona uca səslə salam verib, əl görüşdü və buyurdu: "Əgər sənə köməyim dəyə bilərsə, buna hazıram.” Bəli, İmam ələviləri bu ruhda tərbiyə edib buyururdu: "Yıxılanı vurmaq, zəifləmiş düşməndən intiqam almaq bizim xasiyyətimiz deyil. Əksinə, bizim əxlaqımız belələrinə yardım əli uzatmaqdır.” /Tebyan/
haqyolu
Category: Diger me'lumatlar | Baxış: 677 | Added by: Mursəlat | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]