Bazar günü, 2024-12-22, 2:00 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Dekabr » 7 » Şeytanın təvazö “nəsihəti”
9:19 PM
Şeytanın təvazö “nəsihəti”


Şeytan abidi necə aldadır? Onun şərabamı dəvət edir, yoxsa qumara? Əlbəttə ki, bu dəvətlər də ola bilər. Amma gecə namazı qılan, müstəhəb əməllər yerinə yetirən abidi belə çirkin işlərə sövq etmək çətindir. Şeytan işini mərhələli görür. Əvvəlcə abidi müstəhəb əməllərdən ayırır. Necə? Abid sadəlövh olduqda çox asan. Qulağına pıçıldayır ki, kimin qəlbində zərrəcə təkəbbür olsa behiştə düşməz və sənin müstəhəb əməllərin qəlbində təkəbbür yaradır. At bu ibadətləri, təkəbbürdən yaxa qurtar!
Hətta tələbələr arasında belə deyənlər var: Gecə namazını tərk et, sübh namazını da günçıxana yaxın qıl ki, təkəbbür, "ücb”dən uzaq olasan!.. 
Bəli, bütün bunlar insanı Allahdan addım-addım uzaqlaşdırmağın üsuludur. Təkəbbürdən, mənəm-mənəmlikdən qurtulmağın öz yolları var və bunlardan biri etirafdır. Yəni gizlətmirsən ki, müstəhəb əməlləri yerinə yetirəndə həvəsin olmur. Gizlətmirsən ki, gecə namazını, nafilələri halsız qılırsan. Axı bütün işlər halla görülmür. Diş ağrıyır və insan daha şiddətli ağrı ilə onun çıxarılmasına razılaşır. Yəni dişin çıxarılmasında ləzzət yoxdur, həkimə müraciətdə ləzzət yoxdur. Amma insan gələcəyə xatir ağrıları qəbul edir. Müstəhəb əməllər də bu qəbildəndir. Aşiq məşuqa münasibətdə səhvə yol verəndə hər əziyyətə razılaşır ki, məşuq onu bağışlasın. Gün uzunu Allaha münasibətdə səhvlərimiz çox olur. Müstəhəb əməllərlə sübut edirik ki, Allaha eşqimiz həqiqidir və səhvlərimizə görə peşmanıq.


HaqqYolu/ghadeer.org

Category: Diger me'lumatlar | Baxış: 863 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]