Məhərrəm ayının 10-cu günü
1-İmam Hüseynin (ə) aşurası □ İmam Hüseynin (ə) münacatı Şəhidlər ağası, sübh vaxtı, sübh namazını öz vəfalı əshabı ilə qıldı.Sonra mübarək əllərini göyə tərəf qaldırıb belə münacat etdi: "Ey Allah! Çətiliklərdə həmişə mənim sığnacağım və ümüdimsən. Mənə nazil olanlarda, pənah və köməkçimsən. Ey Allah! Ürəyi sındıran, çarəsiz, dostu rahatsız edən, düşmənin tənəsinə səbəb olan ağrılı yaralardan sənə şikayət edirəm. Sənə ümid etmək, insanı başqasına ürək bağlamaqdan ehtiyacız edir. Bağlı qapıları aç, ümid rövzənələrin göstər! Bütün nemətlər və yaxşılıqlar Sənindir! Sən arzuların təkcə (son) məqsədisən (Əl-irşad, c. 2, səh. 96.)
|