Bazar günü, 2024-12-22, 2:36 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Dekabr » 7 » Məhərrəm ayının 10-cu günü
6:51 AM
Məhərrəm ayının 10-cu günü

1-İmam Hüseynin (ə) aşurası

□ İmam Hüseynin (ə) münacatı
Şəhidlər ağası, sübh vaxtı, sübh namazını öz vəfalı əshabı ilə qıldı.Sonra mübarək əllərini göyə tərəf qaldırıb belə münacat etdi: "Ey Allah! Çətiliklərdə həmişə mənim sığnacağım və ümüdimsən. Mənə nazil olanlarda, pənah və köməkçimsən. Ey Allah!  Ürəyi sındıran, çarəsiz,  dostu rahatsız  edən, düşmənin tənəsinə səbəb olan ağrılı yaralardan sənə şikayət edirəm. Sənə ümid etmək, insanı başqasına ürək bağlamaqdan ehtiyacız edir. Bağlı qapıları aç, ümid rövzənələrin göstər!  Bütün nemətlər və yaxşılıqlar Sənindir! Sən arzuların təkcə (son) məqsədisən (Əl-irşad,  c. 2, səh. 96.)
□ İmam Hüseynin (ə) öz qoşununu nizama salması
Şəhidlər ağası Həzrət Hüseyn (ə), sübh namazından sonra xeymələrin önünə gedib 32 süvari, 40 piyadadan ibarət qoşununu yerbə-yer etdi. Onları üç dəstəyə böldü. Zühəyr bin Qeyni sağ tərəfdə, Həbib inb Məzahiri sol  tərəfdə duran dəstənin başçısı təyin etdi. Üçüncü dəstəni onların arasında qurmasını qərəra alıb, özüdə orta dəstə sırasında durdu. Bayrağı, qardaşı həzrət Əbalfəzl Əbbasa (ə) tapşırıdı. (Əl-irşad,  c. 2, səh. 95.)
□ İmam Hüseynin (ə) xütbəsi
İmam Hüseyn (ə) çox çox çalışırdı ki, döyüşün və qan tökülməsinin qarşını alsın. Daş qəlbləri bəlkə yumşalsın və yatmış vicdanları oyansın deyə dəfələrlə düşmən ordusuna nəsihət edib, öyüd verdi:
"Ey  camaat! Mənim sözümü eşidin və müharibəyə tələsməyin ki, qoy mənə vacib olanı və üzərimdə olan haqqınıza görə sizə moizə edim  və məsələnin həqiqətni sizə deyim. İnsafa gəlsəniz səadətə çatacaqsız. Əks təqdirdə ədalət və insaf yolundan çıxmış olacaqsız. O zaman qərara gəldiynizi yerinə yetirin, bizimlə döyüşün. Böyük Allah mənim ixitiyar Sahibimdir. O Allah ki, Quranı nazil edib, xeyir əməl sahiblərinin ixtiyarı Onun əlindədir.
Mənim əsil-nəsəbi xatırlayın, görün ki, mən kiməm?! Özünüzə gəlin və özünüzü qınayın! Baxın, məni öldürmək və hörmətimi sındırmaq rəvadırmı?!  Mən, Peyğəmbərinizin (s) qızının oğlu, onun canişini və əmisi oğlunun övladı deyiləmmi? O kəs ki, hamıdan öncə iman gətirib, Allahın Rəsulunun (s) Onun tərəfindən gətirdiyni təsiqlədi?! Şəhidlər ağası Həmzə mənim əmim deyilmi?! Cənnətə daxil olması üçün Allahın iki qanad verdiyi Cəfər Təyyar mənim əmim deyil?! Allahın Rəsulunun (s) mənim və qardaşım haqqında "bu iki nəfər, cənnət cavanlarının ağasıdır” deyə
buyurduğunu bilmirsiniz?!
Sözümü qəbul etməyib, sözümün düzlüyündə şübhə edirsinizsə, and olsun Allaha ki, Onun yalandanıçanlrı düşmən saymasını bildiyimdən bəri yalan danışmamışam. Sizin aranızda düzlükdə məşhur olnalar var ki, mənim sözlərimi təsidləyir. Cabir inb Əbdullah Ənsari, Əbu Səid Xidri, Səhl ibn Səd Ənsari, Səhl ibn Səd Saidi, Zeyd ibn Ərqəm və Ənəs ibn Malikdən soruşun ki, Allahın Rəsulundan (s) eşitdiklərini danışsınlar və mənim sözümün  düzlüyü sizin üçün sübut olsun. Bu şahidlik mənim qanımı tökməınizin qarşısını almaz?! (Biharül-ənvar, c.45, səh. 6)
□ Döyüşün başalanması
Ömər ibn Səd, imam Hüseynin (ə) qoşununa yaxınlaşdı. Oxu  kamana qoyub o həzrətin qoşununa tərəf atdı və dedi: "Hamınız Übeydullah ibn Ziyadın yanında şahidlik edərsiniz ki, ilk olaraq mən, onlara tərəf  ox atdım.”
Beləliklə rəsmi şəkildə döyüş başladı. İmamın (ə) əshabından hər biri  bərabər omayan döyüşdə düşmən qüvvəsindən onlarla şəxslə və ya təkbətək döyüşə qoşuldu. Onlarda heç bir qorxu və şübhə görünmürdü. Onların belə bir  etiqadla döyüşkənlik ruhiyyəsinə malik olması, düşmənin belini sıdırırdı.  Elə düşünürüdülər ki, imam Hüseynnin (ə) qoşunu, elə döyüşühün  ilk əvvəlində məğlub olacaq. Lakin döyüş başladıqdan sonra anladılar ki, iman və əqidə ilə möhkəmlənmiş qala ilə üzləşiblər və onları məğlub etmək asan iş deyil.
İmam Hüseynin (ə) köməkçiləri aşura gününün sübhündən əsrədək döyüşə davam etdilər. Axrıncı damla qanlarındək imam Hüseyni (ə) müdafiəsi üçün canfəşanıq edirdilər. Onlardan Həbib inb Məzahir, Müslim ibn Ösəcə, Hürr ibn Yəzid Riyahi, Zöhəyr ibn Qeyn, Hafe ibn Həlal, Bürəyr ibn Xəzir, Əbbas ibn Əbi Şəbib və onlarla qəhrəmanlıq və mərdilik nümunəsini saymaq olar.
□ Aşura gününün zöhr namazı
Zöhr namazının vaxtı gəlib çatdıqda Əbu Səmamə Soydavi imam Hüseynə (ə) ərz etdi: " Ey Əba Əbdillah, qurbanın olum, bu dəstə bizə yaxınlaşıb. And olsun Allaha ki, mən sizdən tez şəhid olmalıyam. İstəyirəm ki, sizinlə namaz qıldıqdan sonra Alllahla görüşüm!”
O həzrət başanı səmaya qaldırıb, buyurdu: Namazı xatırlatdın, Allah səni namaz qılanlardan qərar versin.”  O zaman, Zühəyr ibn Qeys və Səid ibn Əbdullaha göstəriş verdi ki, onların namaz qılması üçün o həzrətin önündə dursunlar. İmam (ə), köməkçilərinin yarıısı ilə  birlikdə "xövf” namazı qıldı. ("Yənabiül-məvəddə”, c.3, səh. 70, - "Biharül-ənvar”, c.45, səh. 21).
□ Bəni Haşimin şəhadəti
İmam Hüseynin (ə) köməkçiləri, bir-bir, misilsiz və qəhrəmanasına mübarizə edib şəhadət dərəcəsinə nail olduqduqan  sonra, imamət məqamını müdafiəsi uğrunda fədakarlıq göstərməyə başladılar.
□ Kərbəla səhrasının Səqqası - həzrət Əbülfəzl Əbbas (ə)
Həzrət Əbbas (ə) Ümmül-Bəninin (ə.s) böyük övladı, Əmirəlmömininin (ə) dördüncü oğludur. Künyəsi Əbulqasim, ləqəbi Səqqa, imam Hüseyn qoşununun (ə) Ələmdarıdır. Gözəl görünüşlü oldğu üçün ona, "Qəməri-Bəni-Haşimin” (Bəni-Haşimin Ayı) deyirdilər. Qədd-qaməti o qədər uca idi ki , ata səvar olanda mübarək ayağı yerə çatırdı. (Məqatilul talibin, səh. 90- Biharül-ənvar, c. 45, səh. 39). O həzrətin bərəkəti ömrü 34 idi. Məsumlardan beş şəxsin müasiri idi. İmam Sadiq (ə) buyurub: Əmim Əbbasın (ə) nüfuzlu bəsirəti və  möhkəm imanı var idi. İmam Hüseynin (ə) kənarındna yaxşı mübarizə edib şəhadətə çatdı. (Məqatilul-talibin, səh. 90- Biharül-ənvar, c. 45, səh. 39).
Rəvayətdə var ki, həzrət Əbbas(ə) imam Hüseynin (ə) məzlumluğunu görüb, onun hüzununa özünü yetirib ərz etdi: "Meyadan getməyə mənə icazə verirsənmi?!”
İmam, bu sözü eşitdikdən sonra bərk ağladı və buyurdu: "Ey qardaş, sən mənim bayraqdarımsan!”
Ərz etdi: Ürəyim sıxılır, dünyadan yorulmuşam, istirəm ki, bu münafiqlərlə döyüşəm.” İmam buyurdu: "İndi ki , müydana getməyi qərara almısan, öncə bu kiçiklər üçün bir az su gətir.” O zaman Bəni-Haşimin Qəməri atına süvar oldu, tuluq və nizəsini götürdü və Fərata yol aldı. Ömər ibn Sədin dörd min oxçusu, Fərat çaıyının şəttinin ətrafını sarıb qoruyurdu. Ona tərəf ox atmağa başladırlar. O şücaət nümunəsi, şir kimi düşmən ordusunun sıralarını yarıb, kafilərdən yetmiş nəfəri öldürdü.  Düşmən ordusu həzrət Əbbasın (ə) şücaəti qarşısında çarəsiz qalıb nə edəcəyini bilmirdi. Ətrafa dağılışmağa başladılar.  O, fərata çatdı, istədiki bir qədər su içsin. Sudan bir ovuc götürdü. Amma imam (ə) və onun əhli-beytini xatırlayıb suyu çaya tökdü. Tuluğu doldurub suzuz dodaqlarla Fəratdan xaric oldu.
Ömər ibn Sədin ordusu hər tərəfdən onun yolunu bağalayıb mühasiryə aldılar.  Heç zaman qorxmayan Əbbas (ə) qorxmazlıqda misilsiz idi. Sürətlə onlara hücum etdi. Öz yolununa davam edirdi ki, birdən Nofəl Əzrəq onun sol əlinin kəsib ayırdı. Tuluğu sol tərəf görürdü. Yenə də o məlun ona tərəf hücum etdi, sol əlini də kəsib aıyrdı. (başqa bir rəvayət görə Həkim ibn Tufeyl məlun, bir ağacın arxasında gizlənib Bəni-Haşim Qəmərinin (ə) qolunu kəsdi. Əbbas tuluqu sinəsinə yapışdırdı. Onun möhmək dişinə sıxdı. Birdən bir ox tuluğa dəydi və onun suyu töküdü.  Sonra onun sinəsinə və gözünə ox vurdular. Bir rəvayət əsasən bir məlun o həzrətin mübarək sinəsinə nizə vurdu və o atın üstündən yerə düşdü. O zaman idi ki, qardaşını səslədi. İmam  yubanmadan ata süvar olub özünü həzrət Əbbasa yetirdi. Onun yaralardan parça-parça olmuş bədənin yanında şiddələ ağıadı və buyurdu: "İndi belim sındı. Çarəsiz qaldım. O zaman həzrət Əbbas (ə) canını Yaradana təslim etdi, başdan-başa eşq, mərifət və fədakarlıqla dolu olan ruhu Canana tərəf qanad çaldı. (Məqtəlül-Hüseyn (ə), məqrəm: səh. 282- Təzəllümi-Zəhra (ə) səh. 120)
□ Sonuncu vida
İmam Hüseynin (ə) yaxınları və köməkçiləri şəhid olandan sonra, o, tək-tənha Ömər ibn Sədin qoşununun önündə "Həl mən nasirun yənsuruni” (mənə bir kömək edən yoxdur?) deyə fəryad etdi ki, bəlkə ürəyi oyaq bir müsəlman küfr ordununa qarşı onun köməyinə gəlsin. O qəlbi korolmuşların heç bir cavab vermədi. İmam (ə) öz əhli-beyti (ə) ilə sonuncu dəfə vidalaşmaq üçün xeymələr gəldi.  Onlar xeymələrdən çölə çıxıb həzrətin ətrafına yığıldılar. İmam onları səbrə çağırıb buyurdu: "Çətinliyə hazır olun, bilin ki, Allah taala sizi qoruyur. Tezliklə sizi düşmənlərin şərrindən qurtaracaq.  Sizin axrınız xeyirə, düşmənlərinizi isə müxtəlif bəlalara salacaq.” (Nəfsul-məhmum, səh. 355).
Qadın və qızların şivəni və ağlamaq səsi ucalmışdı və imam hər kəsə təsəlli verirdisə onu, sakit olurdu.
□ Şəhidlər rəhbəri həzrət Əba Əbdillahil Hüseynin (ə) şəhadəti
Imam Hüseyn (ə) bütün Əhli-bety və əshabını itiridiyi halda Ömər ibn Sədin qoşunu qarşsında tək-tənha qalmışdı. Onalra sonunu dəfə nəsihət etdikdən sonra özünü şəhadətə hazır etdi. Öncə döyüşmək üçün onlardan mübariz tələb etdi. Allahın şirinin övladının qarşısında hər kim çıxırdısa həlak olub torpağa düşürdü. Beləliklə düşmənin çox sayda güclü pəhləvan döyüşçüləri məhv  oldu. Ondan sonra meydana gəlmək üçün heç bir kəsdə cürət  yox idi. Bəziləri yazır: İmam Hüseyn (ə) düşmən ordusudan min doqquz yüz əlli nəfəri qətlə yetirdi. Nəhayət Ömər ibn Səd fəryad çəkdi: "Vay olsun sizə! Bilirsiniz ki, kimlə döyüşürsünüz? (Haza qəttalul-ərəb). Bu, ərəbləri öldürən Əli ibn Əbu Talibin övladıdır.” Sonra göstəriş verdi ki, imamı (ə) hər  tərəfdən mühasirəyə alıb, ona hücum etsinlər. ("Müntəhayül-əmal”, beşinci bölüm, üçüncü məsələ, səh. 541). İmam qəzəbli bir şir kimi onlara hücum edir və hər hücumda onlardan bir çoxunu öldürürdü. İsti hava və çox susuz halda mübarizə etmək, taqətini azaltmışdı. İtirahət etmək üçün bir an dayanmışdı ki, bir daş mübarək alnına dəydi. Mübarək üzündən qanı təmizləmək üçün öz paltarını götürdü. O zaman bir üç başlı, dəmir  və zəhərli ox həzrətin mübarək sinəsinə batdı. İmam oxu (kürəyindən) çıxartı. Sinəsindən axan qanın altına əlini tutdu, qanı səmaya səpdi və o qandan, bir damcı da, yerə düşmədi. Yenə də mübarək əlini o qanla doldurub öz üzünə sürtdü və buyurdu: "Cəddim Rəsulullahla (s) belə görüşüm və deyim ki, məni filan və filan şəxs öldürdü.”  ("Məqtəli-xarəzmi”, c. 2, səh. 39- "Biharül-ənvar”, c.45. səh. 53). Sonra Ömər ibn Sədin ordusu hər tərəfdən imama (ə) ox və nizə atdılar. Deyirlər ki, həzrətə o qədər ox dəydi ki, onun zirehi oxla doldu. Bütün o oxlar, həzrətə öndən dəymişdi. (Mənaqibi-Ali- Əbi Talib (ə), c. 4, səh. 111). Saleh ibn Vəhəb Mozni, imamın (ə) mübarək böyrünə nizə vurdu. Onun təsiridən həzrət atdan yerə yıxıldı, üzünün sağ tərəfi üstə yerə düşdü və buyurdu: "Bismillahi və billahi və əla milləti rəsulillah” . Bəziləri yazır: İmamın pak bədəni, (nisbətən çox) bir müddət  Kərbəla torpağında idi. O həzrət öz qanına boyanıb , yerdə (çapalayırdı) dolanırdı. Lakin heç kəsin ona yaxınlaşmağa cürəti yox idi.(Kamil ibn Əsir, c.4, səh. 78).
İmam (ə), son anlarında Rəbbinə belə münacat edirdi: (Səbrən əla qəzaik, ya Rəbbi, la ilahə illah sivak, ya
Ğiyasəl-müstəğisin! Məqtəlül-Hüseyn (ə)  Bu anda, Şümür öz qoşununa fəryad edib dedi ki, "nə gözləyirsizniz, nə üçün Hüseynin işini bitirmirsiniz?!”
□ Xeymələrin qarət olunması
Ömər ibn Sədin qoşunu, imam Hüseynin (ə) şəhadətindən sonra, o həzrətin xeymələrinə soxuldular. Onlar, bu işdə bir-birləri ilə yarışır, xeymələrdə olan hər bir şeyi yağmalayırdı.  Hətta Əhli-beytin (ə) məqamına ehtiram etməyib onların zinət əşyasını, paltar və çarıdırını zorla alıdılar. Sonra xeymələrə od vurdular. O zaman, uşaqlar və qadınlar xeymələrdən çölə çıxdılar. Canlarını qorumaq üçün qızmar və tikanla dolu səhrada dörd tərəfə qaçırdılar...("Lühuf”, səh. 180, -"Biharül-ənvar”, c.45, səh. 57).
sibtayn.com/az
Category: Diger me'lumatlar | Baxış: 760 | Added by: Ənfal | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]