Bazar günü, 2024-12-22, 10:31 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Dekabr » 31 » Ömrümüzdən bir il də itirdik
7:27 AM
Ömrümüzdən bir il də itirdik
Ömrümüzdən bir il də itirdik

Bir nəfər səhrada dayanıb ətrafa baxırdı. Birdən bir şirin onun üstünə şığıdığını görür. O qaçmağa başlayır. Gəlib bir su quyusuna çatır. Özünü şirin təhlükəsindən qorumaq üçün quyuya atır. Quyunun divarından uzanan bir sarmaşıqdan yapışıb aşağı düşməyə başlayır. Birdən quyunun dibində bir timsahın ağzını açıb onu gözlədiyini görüb dayanır. Başını yuxarı qaldırıb şirə baxmaq istəyəndə görür ki, bir az yuxarıda iki siçan – aq və qara rəngdə olan siçanlar onun tutduğu sarmaşığı növbə ilə yeyirlər. Bu zaman gözü quyunun divarındakı bal pətəyinə sataşır, o, bir əli ilə sarmaşıqdan yapışıb digər əli ilə pətəkdəki baldan yeməyə başlayır, arıların onun əlini, üzünü sancmasına baxmayaraq, insan yenə də o baldan əl çəkmir.
     Əziz oxucu, bu bir alimin bizim yaşadığımız dünyanı vəsf etməsidir. İnsanın dalınca qaçan şir onun əcəlidir, aşağıda gözləyən timsah onun qəbridir, əcəl gec-tez insanı qəbrə göndərəcək, divardakı sarmaşıq insanın uzanan ömrü, aq va qara siçanlar isə ömrümüzü növbə ilə yeyən gecə və gündüzdür. Bal pətəyi və arıların sancmağı isə dünyanın şirinliyi ilə acılığıdır. Bütün çətinliklərə və problemlərə baxmayaraq insan dünyadan əl çəkmir. Ömrümüzün bir ilini də yola salırıq, bir il də ölümə yaxınlaşdıq, qolumuzdakı, otağımızdakı, mobil telefonumuzdakı və ya kompüterimizdəki saatların hər dəyişən saniyəsi bizi anbaan ölümə yaxınlaşdırır, görəsən bu həqiqəti bilə-bilə niyə biz günah etməyimizdə davam edirik? Axirətimiz üçün azuqə yığmalı olduğumuz halda, bu dünyanın şirinliyinə başımız qarışır və bu dünyaya niyə gəldiyimizin əsl səbəbini unuduruq. Bu həqiqəti bilə-bilə nədən insan dünyadan dörd əlli yapışır? Görəsən dünya onu ən çox sevənlərin hansını diri saxlayıb?
     
Materialdan istifadə edərkən WWW.KOVSER.AZ saytına istinad zəruridir!

Category: Diger me'lumatlar | Baxış: 771 | Added by: Ənfal | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]