Bazar günü, 2024-12-22, 8:55 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Dekabr » 29 » Axirəzzaman - Zamanın sonu
6:04 AM
Axirəzzaman - Zamanın sonu
Hər kəs dünya savabını (mükafatını) istərsə, (bilməlidir ki) dünyanın da, axirətin də mükafatları Allahın yanındadır. Allah eşidəndir, görəndir! ("Nisa" 134)
   Həzrət Muhəmməd (s) axırəzzamanın əlamətlərini belə açıqlayır:

   Sələmçilik 
   Elə bir zaman gələr ki, faizlə - alış-veriş, rüşvətə - hədiyyə deyərlər, sələm çoxalar. Halal və haram unudular, "təki pul olsun, haradan gəlir, gəlsin!" - deyərlər İnsanların bir çoxu dünya malının müqabilində dinlərini fəda edər.
   Qazanc müəyyən çəxslərin ixtiyarında olar, bir çoxları sıxıntıya düşər.
   Qəbirlər bəzədilər, Quran qazanc kitabına çevrilər.
   Fitnə hər evə girər, təcrübəsiz cavanların sayı baş alın gedər.
   Qurandan bir görüntü, İslamdan bir ad və müsəlmançılıqdan quru bir cism qalar.

  Dəvət
   İnsanlar bir-birini pisliklərdən çəkindirməz, yaxşılıqlara da dəvət etməz.
   Minarələr çoxalar, məscidlər bəzəldilər, oradan kilsələrdə olduğu kimi, uca səslər eşidilər.
   Xainlərə əmin, əminlərə xain deyərlər və "burada əmin olunası bir insan var!" deyən insanların sayı azalar.
   Qadınlar saçlarını dəvə hörgüsü kimi bayıra çıxarıb küçələrdə dolanar.

   
   
    Dəyər
   Üç şeyin dəyəri az olduğundan artar: halal pul, səmimi dost və əməl olunan sünnət.
   Əcnəbilər çoxalıb müsəlmanlara hakim olarlar. Sonradan gələn nəsillər əvvəlkiləri soyub talayar.
   Əzab-əziyyət, bəla və müsibətlər artar, insanların rahatlığı pozular.
   Müsəlman qoyundan daha aciz olar, xar və zəlil görünər.
   İmanı qəlbdə saxlamaq alovu əldə saxlamaq qədər çətin olar.

 

   Hiylə
   Elm azalar, cəhalət çoxalar, cinayət və özübaşnalıq baş alıb gedər, adam öldürmək kiçik günah hesab olunar.
   Hiyləsiz heç bir iş görülməz, tacir və yazarlar artar, deyilən sözlər mənasızlaşar.
   İnsan paltarını qoruduğu qədər dinini qorumaz. Yoxsullara dəyər verilməyib onlarla namaz qılınmaz.
   Qohumluq əlaqələri zəifləyib yalnız tanınan şəxslərə salam verilər.
   Varlılar ticarət, dindarlar riyakarlıq üçün həcci ziyarət edər.

   Əxlaq
   Böyüklər rəhmsiz, kiçiklər hörmətsiz olar.
   İnsanlara qorxu üzündən hörmət olunar. Zahirdə dost kimi görünən, lakin əslində düşmən olanların sayı artar. Deyilən sözlər yalan və bir-birinin əksinə olar.
   Allahın qəza və qədərinə əhəmiyyət verilməyin falçılara inanarlar.
   Allah açıq-aşkar inkar olunar.
   Alicənablıq, comərdlik hörmət və ehtiram kimi insani küyfiyyətlər məhv olar, xalqlar pul müqabilində satın alınar.
   Hər yerdə müğənni qadınlar ortaya çıxar.
   Qadınlar söz sahibi olar, zina çoxalıb adiləşər.
   Kişilər kişilərlə, qadınlar qadınlarla əlaqə qurarlar.
   Ümmətin kişiləri kökəlib qadın xasiyyətinə yiyələnər.

  İman
   İnsanların imanı zəifləyər, ibadətləri təqlid üzündən yerinə yetirilər, Quran hafizləri çoxalar, həqiqi alimlər tapmaq çətin olar.
   Varlılara etibar olunar, xəsislik artar, zəkar ağır borc kimi qəbul olunar.
   Alimlər elmi pul və dünya malı müqabilində ayrədər, axirət əməli ilə dünya tələb olunar.
   Kişilər özlərini qadınlara, qadınlar kişilərə bənzədilər.
   Hündür binalar tikilər və bunun nəticəsində küçələr daralar.
   Yırtıcı heyvanların dəriləri aşınaraq paltarlar hazırlanar.
   Haram işlər görməyi asanlaşdıran imkanlar çoxalar, gənclər pislik və günah etməyə çox meyl edərlər.
   İnsanlar axşamı mömin olaraq yatıb səhəri kafir olaraq oyanar və ya bunun tam əksi baş verəcək.
   Dünya işlərinə meyl artıb axirət unudular, Allahın kitabı ilə hökm vermək eyib sayılar.
   İnsanların qarşısına çeşid-çeşid yeməklər qoyular, Kəbənin divarı qara pərdə ilə örtüldüyü kimi, evlərin divarları xalçalarla örtülər.
   Qeybət və dedi - qodu çoxalıb adiləşər.
   Hər kəs qazanıb və dolana bilməkdən şikayətlənər.
   Yalançı şahidlərin, boşanmaların və ani ölümlərin sayı artar.
   Mal çoxalıb sel kimi artar, mal sahibi malına tapınar, tacirlər hiyləgər olarlar.
   Kişilər həyat yoldaşlarına itaət edib analarına qarşı üsyan edərlər. Dostlarını yaxın bilib atalarından üz çevirərlər.
   Könüllər bir-birini sevməz, din və dünyəvi məsələlərdə müxtəlif fikirlər və millətlər arasında ixtilafa səbəb olacaq məhzəb və təriqətlər meydana gələr.
   Viran olunan evlər yenidən tikilər, tikənlər viran olunarlar.
   Fasiqlər iş başına keçər, danışa bilməyənlər söz sahibi olarlar.
   Susuz ərəb çölləri yaşıllığa çevrilər.
   Zaman qısalar, bir il - bir ay kimi, bir ay - bir gün kimi görünər. Bir günün keçməsi bir yarpağın yanması qədər qısalar. Heç şeydə bərəkət qalmaz!


Category: Diger me'lumatlar | Baxış: 982 | Added by: Ənfal | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]