Bazar günü, 2024-12-22, 9:14 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Dekabr » 21 » Küsəyənlik insanı bir çox uğurlardan məhrum edir!
7:41 PM
Küsəyənlik insanı bir çox uğurlardan məhrum edir!

İnsana təkamül yolunda mane olan xasiyyətlərdən biri də küsəyənlikdir. Küsəyən insan küsmək üçün bəhanə tapmaqda çətinlik çəkmir. Fərqli görünən baxış, müraciət, münasibət küsəyən üçün bəhanə olur. İnsan bu xasiyyətdən uzaqlaşmadan özünü tərbiyə edə, iman mərhələlərini adlaya bilməz. Bu xüsusiyyət adətən gənc yaşlarda özünü göstərir və mübarizə aparılmadıqda xarakterə hopur. Bu səbəbdən də gənc yaşlarda küsəyənliklə mübarizəyə başlamaq lazımdır. Küsəyənliyin əsas səbəblərindən biri xarakter zəifliyidir. Xaraktercə güclü insanlar adətən küsəyən olmur. Bu səbəbdən də xarakteri gücləndirmək lazımdır. Andisheqom.com saytı küsəyənliklə mübarizə yolları təklif edir: 1. Başqalarından diqqət, qayğı, kömək, ümumiyyətlə nəsə gözləməmək - mömin başqalarının olanlarına göz dikməməlidir; 2.Başqalarına münasibətdə bədbin olmamaq, insanlarda eyb axtarmamaq; 3. İnciməyin mənfi nəticələrini yadda saxlamaq: küsəyən insan dostlarını, hətta bir çox hallarda öz haqqını itirir; 4. İnsan özündə küsəyənlik xasiyyətini görməsə heç vaxt onu aradan qaldıra bilməz. Özünüzdə küsəyənliyi gördükdən sonra bu hissi oyadacaq şəraitlərdən qaçmağa çalışın.
haqyolu.com
Category: Diger me'lumatlar | Baxış: 806 | Added by: Ənfal | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]