Bazar günü, 2024-12-22, 9:38 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Noyabr » 14 » Kəbənin övladı Əli (ə)
8:37 AM
Kəbənin övladı Əli (ə)
Kainatın fəxri Həzrət Muhəmmədin (s.ə.s) haqq canişini Əli ibn Ənu Talib (ə) Allahın evində dünyaya gələn və Allahın evində şəhadət şərbətini içən yeganə şəxsiyyət olub.

Qədir - Xum
(Zülhiccə 18, Cümə axşamı)
Hicrətin 10-cu ilində Həzrət Muhəmməd (s.ə.s)  həcc ziyarətini qurtardıqdan sonra Mədinəyə yola düşür. Cövhə məntəqəsində Qədir-xum adlı yerdə Mədinə, Misir və İraqdan gəlmiş zəvvarların yolu ayrılır.  Məhz bu məntəqədəd Peyğəmbər (s.ə.s) dayanır. Cəbrail Həzrət Muhəmmədə (s.ə.s) nazil olaraq ona bu ayəni gətirir: 

Ya Peyğəmbər! Rəbbin tərəfindən sənə nazil ediləni (Quranı) təbliğ et. Əgər (bunu) etməsən, (Allahın) risalətini (sənə həvalə edilən elçilik, peyğəmbərlik vəzifəsini) yerinə yetirmiş olmazsan. (Maidə" 67)
 Peyğəmbər (s.ə.s) karvandan aralananların geri qayıtmasını, arxada olanların özlərini  çatdırmalarını əmr edir. Zöhr azanı verilir, Peyğəmbər (s.ə.s) zəvvarlarla birlikdə camaat namazını qılır. Dəvələrin yerindən hündür bir yerdə düzəltdiyib  özünün son tarixi çıxışını edir.  Çıxışının sonunda İmam Əlini (ə) yanına çağırıb buyurur:
"Mən kimim mövlasıyamsa, Əlidə onun mövlasıdır."  Beləcə ona ilk iman gətirən şəxsi öz yerinə dini, ictimai  və siyasi rəhbər təyin edir. Bu əhvalatdan dərhal sonra Cəbrail bir daha nazil olaraq "Maidə" surəsinin 3-cü ayəsini gətirir:
"Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və bir din olaraq sizin üçün İslamı bəyənib seçdim."
Bundan sonra əshab tək-tək, dəstələrlə İmam Əlinin (ə) yanına gələrək onun rəhbərliyini təbrik edir.


Category: Diger me'lumatlar | Baxış: 853 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]