Bazar günü, 2024-12-22, 10:06 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Dekabr » 28 » Bu yolda ilahi ayələrin əlini buraxmayasan!
7:15 AM
Bu yolda ilahi ayələrin əlini buraxmayasan!
Bu yolda ilahi ayələrin əlini buraxmayasan!

İlkin İslam dövründə təqvalı bir gənc vardı. Namazının vaxtını ötürməz, günaha yol verməzdi. Bu gənc məsciddən evə dönəndə bir qadının qapısı qarşısından keçirdi. Qadın hər dəfə gəncin yoluna çıxaraq çirkin təkliflər edər, onu yoldan çıxarmağa çalışardı. Amma gənc hər dəfə şeytana lənət oxuyar, yoluna davam edərdi. Bir gün şam namazından sonra evə qayıdarkən qadın təkrar qarşısına çıxdı. Bu dəfə bütün məharətini işə salıb gənci həyətə sala bildi. Qadının ardınca otağa daxil olan gənc birdən Allah-taalanın müqəddəs kitabdakı ayələrindən birini xatırladı. Ayəni dilinin altında oxumağa başladı:
 إِنَّ الَّذِينَ اتَّقَواْ إِذَا مَسَّهُمْ طَائِفٌ مِّنَ الشَّيْطَانِ تَذَكَّرُواْ فَإِذَا هُم مُّبْصِرُونَ 
"Həqiqətən, (Allahdan) qorxan kəslərə şeytandan vəsvəsə gələndə (Allahı) yada salarlar və (gözləri açılar) görən olarlar.” ("Əraf”, 201) Bunun ardınca huşunu itirib yıxıldı. Qadının xidmətçiləri onu evə apardılar. Atasına xəbər verdilər. Atası çölə çıxıb oğlunu huşsuz vəziyyətdə gördü. Oğlan özünə gəlib əhvalatı danışdı. Atası hansı ayəni oxuduğunu soruşdu. Oğlan göz yaşları içində ayəni oxuyub ruhunu təslim etdi…

haqyolu.com

Category: Diger me'lumatlar | Baxış: 749 | Added by: Ənfal | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]