Bazar günü, 2024-12-22, 10:09 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Noyabr » 27 » Onlar can verdilər canan yolunda
4:15 AM
Onlar can verdilər canan yolunda




İmam Hüseyn (ə) və onun silahdaşları haqqında filosof Tomas Karlayl belə yazır: "Kərbəla hadisəsindən aldığımız ən böyük dərs budur ki, Hüseyn və onun silahdaşları Allaha necə möhkəm bir imanla bağlanmışdılar. Onlar öz əzəmətləri ilə sübut etdilər ki, haqq ilə batil qarşı-qarşıya dayandığı bir məqamda batilin sayca üstünlük təşkil etməsinin heç bir əhəmiyyəti yoxdur. Hüseynin (ə) bu azlıqla mənəvi qələbəsi məni heyrətə gətirmişdir."
Doğrudan da təəccüb doğuran bir hadisədir ki, İmam Hüseyn (ə ) 72 nəfərdən ibarət qoşunu ilə o qədər böyük qoşunun qarşısında necə durdu və ən əsası fiziki məğlublubiyyəti necə mənəvi qələbəyə çevirdi. Bu baxımdan onun silahdaşlarının həyat və şəxsiyyəti maraqlıdır. Onlardan bir neçəsi haqqında sizə məlumat vermək istəyirik:  


Bükeyr ibn Hürr ibn Yəzid Riyahi


Hürr ibn Yəzid Riyahi Ömər Sədin İmam Hüseynlə (ə) döyüşə qərarlı olduğunu anladıqda oğlu Bükeyrə dedi: "Oğlum, atanın cəhənnəm oduna dözməyə taqəti yoxdur. Əgər mənimlə eyni fikirdəsənsə, İmam Hüseynin (ə) yanına gedək”. Bükeyr atası ilə razılaşdı və uyğun fürsət düşən kimi Ömər Sədin qoşunundan ayrılıb özlərini İmamın (ə) xeyməsinə yetirdilər. İmam Hüseyn (ə) onları qəbul etdikdə Hürr oğluna dedi: "Allaha şükürlər olsun ki, bizi bu zalım qövmlə birgə olmaqdan xilas etdi. İndi bu zalım qövmə həmlə edərək Rəsullullahın (ə) övladını müdafiə et”. Atasının təklifindən sonra o, İmam Hüseyndən (ə) icazə alıb şəhadətə yetişənədək Ömər Sədin qoşunu ilə vuruşdu. Hürr oğlunun yanına gəlib dedi: "Allaha şükürlər olsun ki, İmam Hüseynin (ə) yolunda şəhid olmağı sənə nəsib etdi”.


Cövn ibn Xüvəyy

Cövn Əbuzər Qifarinin xidmətçisi idi. O, Əbuzərin vəfatından sonra Rəbəzədən Mədinəyə qayıdıb həzrət Əli (ə) üçün xidmətçilik etməyə başladı. O, döyüş sursatının mahir bilicisi idi. Əlinin (ə) şəhadətindən sonra isə İmam Həsənın (ə) qulluqçusu oldu. İmam Hüseynin (ə) Məkkəyə doğru hərəkəti qarşiya çıxdıqda, İmamla (ə) birgə bir an belə ondan ayrılmadan Mədinədən Məkkəyə, oradan da Kərbəlaya gəldi. Aşura günü İmamın (ə) hüzuruna gəlib döyüş ücün izn istədi. İmam (ə) ona: "Ey Cövn, sən həmişə bizim yanımızda olmusan, ancaq indi bu təhlükədən qurtulmaq üçün gedə bilərsən”, - dedi. Cövn: "Ey Rəsullulahın oğlu, mən dinc şəraitdə, gözəl günlərdə sizin yanınızda olmuşam. İndi bu acınacaqlı vəziyyətdə sizi tək qoyub getmək mənə yaraşarmı?”- deyə cavab verdi. Beləcə də şəhadət meydanına doğru yola düşərək, mərdcəsinə canını Allah yolunda fəda etdi.

 
Abdullah ibn Müslim ibn Əqil

  
Aşura günü İmam Hüseynin (ə) bütün səhabələri şəhid olduqdan sonra Bəni-Haşim gəncləri düşmənlə döyüşə hazırlaşdılar. İlk olaraq Abdullah bin Müslim İmamın (ə) yanına gəldi. Vuruşmaq üçün icəzə istədikdə, İmam buyurdu: "Atan Müslimin şəhadətindən hələ çox keçməyib. Sən döyüşə getsən anan çox narahat olar. Ən yaxşısı ananın əlindən tut və buradan get”. Abdullah cavabında: "Ata-anam sənə fəda olsun, mən heç vaxt fani və dəyərsiz dünyanı əbədi dünya ilə dəyişmərəm. Xahiş edirəm canımı Allah yolunda qurban etməyimə razılıq verəsən", - dedi. Nəhayət, İmamdan (ə) icazə aldıqdan sonra meydana getdi, igidcəsinə vuruşaraq Allah yolunda canını qurban verdi.
 
 
Müslim ibn Ösəcə Əsədi

Müslim ibn Övsəcə dövrünün insanları arasında özünəməxsus şücəti ilə tanınırdı. Müslim ibn Əqil İmam Hüseynin (ə) göstərişi ilə Kufəyə gəldikdə, Muslim ibn Övsəcə camaatdan beyət almaq və maddi yardımların toplamaqda Muslim ibn Əqilə kömək edirdi. Rəvayətə görə, Aşura axşamı İmam Hüseyn (ə): "Mən sizdən beyətmi götürdüm, gedə bilərsiniz”, – dedikdə o, cavab verir: "Ey Peyğəmbər övladı, səndən ayrilib gedək?! Xeyr, Allaha and olsun ki, mən səndən ayrılmaram. Əgər sənə kömək edərkən öldürülsəm, yenidən dirildib ikinci dəfə öldürsələr, bədənimi alova atsalar, yenə də səndən dönmərəm.
Düşmənlə döyüş zamanı yerə yıxıldı. Həbib ibn Məzahir ona yaxınlaşaraq dedi: "Səndən sonra diri qalsaydım, vəsiyyət etməni və onu həyata keçirməmi istərdim. Ancaq bilirəm ki, az sonra mən də sənə qovuşacam”. Müslim ibn Övsəcə: "Sənə bircə vəsiyyətim var. Ruhun bədənində olduğu müddədtcə Hüseyni (ə) köməksiz qoyma”, - deyib canını tapşırdı.


                                                        Emil Kələyev

islammektebi.org


Category: Diger me'lumatlar | Baxış: 729 | Added by: Ənfal | Rating: 5.0/2
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]