Bazar günü, 2024-12-22, 10:27 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Dekabr » 25 » Aclıq - aclar və toxlar üçün imtahan!
1:20 PM
Aclıq - aclar və toxlar üçün imtahan!
Həzrət Əli (ə) buyurur: Rəsulullahı (s) gördüm və üzündən ac olduğunu anladım. Gedib bir qadın üçün on vedrə su çəkdim. O qadın on ədəd xurma və bir dəstə göyərti verdi. Onları ətəyimə yığıb Peyğəmbər (s) üçün gətirdim. Həzrəti ona qonaq etdim. Allah- taala aclıqla Peyəmbəri (s) cəzalndırırdımı? Dünyada yaranmışların ən xeyrlsinə aclığımı rəva görmüşdü? Peyğəmbərlər də imtahana çəkilirmi? Onlar peyğəmbərlik məsuliyyəti daşıdığı üçün digərlərindən fərqlənməməlidirmi? Maddi cəhətdən çoxları imtahana çəkilir. Peyğəmbər də onlardan biri idi. Peyğəmbərlər hər hadisəni ilahi imtahan sayır, Allahın onları imataha çəkməsindən zövq alırdılar. İnsanın imtahana çəkilməsi buğdanın torpaq və daş altında qalmasına bənzəyir. Torpaq altına düşən buğda bir müddətdən sonra daşların ağırlığında əzilır. Qar və yağışın altında qalan buğda dənəsi baharda çoxlu sünbülə çevrilir. Torpaq alta qalamayan, əzilməyən buğdadan sünbül çıxarmı?! İnsan da belədir. Çətinlikliklərin ağırlığı altında əzilməyincə onun xeyirli çöhrəsi üsə çıxmır. İmtahanı uğurla verən ən yüksək qiyməti alır. Peyğəmbər (s) bilir ki, çətinliklər və imtahan bir gün sona yetir. Həmişə əmin-amanlıq tələb edən, (s) sərvətə qərq olan, heç bir çətinliyə düşməyən şəxs hər hansı bir mənəvi məqama çata bilməz. Ona görə də o, gileylənmədi. Rəvayətdə deyilir ki, həzrət Əli (ə) Mədinədən Hacərə arasında olan yollardan biri ilə gedəndə, Peyğəmbərlə (s) rastlaşdı. Həzrət Əli (ə) ondan soruşdu: "Günün bu saatında çölə çıxmağınızın səbəbi nədir?” Peyğəmbər (s) cavab verdi: "Aclıq. Yemək üçün bir şey tapa bilmədim.” Diqqət olunası nöqtə budur ki, Peyğəmbər (s) düşdüyü vəziyyətdən gileylənmir. Həzrət Əli (ə) onun aclığından narahat olub yemək tapmaq üçün getdi. Həzrət Əli (ə) buyurur: "Gedib bir qadın üçün (quyudan) on vedrə su çəkdim. O qadın on ədəd xurma və bir dəstə göyərti (səbzi-tərəvəz) verdi. Onları ətəyimə töküb Peyğəmbər (s) üçün gətirdim. Həzrəti ona qonaq etdim.” Peyğəmbərin (s) bəlaya, çətinliyə, məşəqqətə, zəhmətə baxışı belə idi. Yaxşı olardı ki, hamı çətinlik və bəlanı imtahan sayıb onu belə qarşılasın. Bir şəxs beş min metr və hər kv metri milyon manat dəyərində saray tipli evə sahibdirsə, gündəlik qazancı neçə milyona çoxalırsa, onun Allah və Onun ibadətinə ehtiyac duyduğunu gözləmək əbəsdir. Beləsinin mehrab, dua, raz-niyaz və minacatla nə işi var.?! Onun düşüncəsi belə ola bilər: "Nəyimiz əskikdir ki, Allaha əl açaq!” Əlbəttə, onun sahib oluğu var-dövlət, mütləq ən azı öldüyü zaman əlindən çıxacaq. Belə bir həyat tərzi ilə heç bir mənəvi məqama çatmaq olmaz. Var-dövlət heç bir şeydir. Əslində o, bir küləkdir.

haqyolu.com

Category: Diger me'lumatlar | Baxış: 765 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]