Şənbə günü, 2024-12-21, 7:00 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Diger me'lumatlar
QİYAMƏTDƏ HESAB
Quran ayələri və hədislərdən məlum olur ki, qiyamətdə bəndələrin hesab-kitabı dəqiq şəkildə aparılacaqdır. Onların bütün əməlləri – istər kiçik, istərsə böyük olsun, mühasibəyə çəkiləcək, ən kiçik əməl belə nəzərdən yayınmayacaqdır.
Quranda buyurulur: "Qiyamətdə ədalət tərəzilərini bərqərar edərik. Heç kəsə zülm olunmaz. Əgər bir xardal dənəsi ağırlığında əməli olsa da onu hesaba çəkərik. Bizim özümüz hesab çəkmək üçün kifayətik.”("Ənbiya” surəsi, ayə:47)
Yenə buyurulur: "Əgər nəfsinizdə olanları zahir etsəniz, yaxud gizlətsəniz Allah sizdən ona görə hesab çəkəcəkdir.”("Bəqərə” surəsi, ayə:284)
"Əməllərin miqdarının öçülməsi qiyamətdə haqq əsasında olacaqdır. Hər kəsin əməl tərəzsisi ağır olsa nicat tapar. Hər kəsin də əməl tərəzisi yüngül olsa onlar öz nəfslərinə ziyan vermiş olacaqlar. Çünki Bizim ayələrimizə zülm etdilər.”("Ə”raf” surəsi, ayə:8)
Kateqoriya: Diger me'lumatlar | 689 | Elave etdi: Ənfal | Tarix: 2011-11-11 | Sherhler (0)

Qurbanlığın zahiri və batini fəlsəfəsi

Bizə qurbanlığı ismaillərdən deyil, qoçdan vacib edən Rəbbimizə həmd, səna olsun!


De: "Mənim namazım da, ibadətim (qurbanım) də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! (Ənam surəsi, ayə 162)

Qurbanlıq, qurban olmaq-mütəmadi Allahın hüzurunda olmaq deməkdir.
Qurbanlıq, insana sadəcə Allah qarşısındakı həddini deyil, digər canlılar müqabilindəki dəyərini də öyrətməkdədir.
Qurban sözü "yaxınlaşmaq, yaxın olmaq” mənasına gəlir. Yaxınlaşmanın son nöqtəsi şüurlu şəkildə "hüzurda” olmaqdır.
İnfaq etmək, sədəqə vermək - sərvətin qurban edilməsi, vəqf - malın və daşınmazların qurban edilməsi, şəhadət - canın qurban edilməsi, əhd bağlamaq isə sözün qurban edilməsidir.
Kateqoriya: Diger me'lumatlar | 844 | Elave etdi: Ənfal | Tarix: 2011-11-06 | Sherhler (0)

Qurban Bayramınız mübarək!
Bu gün Azərbaycanda İslam aləmində ən möhtəşəm bayramlardan biri olan müqəddəs Qurban bayramı qeyd edilir

Qurban-İslam aləmində ən möhtəşəm bayramlardan biridir. Bütün müsəlman aləmində hər il Orucluq ayı bitəndən 70 gün sonra qeyd olunur və adətən üç gün davam edir. Mərasimlərdə qoyun, qoç, inək, dana və ya dəvə kəsilir. Qurban kəsilib kasıblara paylanılır. Hamıya bərabər pay verilir, qurban kəsən özü də bərabər pay götürə bilər. Ənənəyə görə dilənçi və kasıblar bayram günü ac qalmasınlar deyə bu gün mərasimlərə dəvət olunurlar.
Kateqoriya: Diger me'lumatlar | 1068 | Elave etdi: Ənfal | Tarix: 2011-11-06 | Sherhler (0)

Yalnız səhv edəndə üzr istənilir?

Hər bir insan səhv edə bilər. Ancaq əsas məsələ səhvini başa düşmək və üzr istəməyi bacarmaqdır.
"Üzr istəyə bilmərəm” demək isə zəiflik əlamətidir. Üzr istəmək bir mənada da eqoizmdən xilas olmaqdır. İnsanın eqoizmə məğlub olması, ilk növbədə, onun "inkişafdan qalması” deməkdir. Bu baxımdan üzr istəmək zəiflik yox, iradə əlamətidir. Əgər ortada bir səhv varsa, üzr istəmək və bu səhvi düzəltmək lazımdır.

Kateqoriya: Diger me'lumatlar | 770 | Elave etdi: Ənfal | Tarix: 2011-11-05 | Sherhler (0)

İblis səcdə etmədi!

Əksər rəvayətlərdə şəhadət ən üstün ölüm sayılsa da bəzi hədislərdə səcdə halında ölümə önəm verilir. Səcdə insanın yaranış məqsədi olan ibadətin zirvəsidir. 
Əbu Bəsir deyir:
İmam Cəfər Sadiqin (ə) şəhadətinə görə başsağlığı vermək üçün Ümmü-Həmidənin hüzuruna gəldim. O möhtərəm xanım ağlamağa başladı, mən də ona qoşuldum. Xanım buyurdu
Kateqoriya: Diger me'lumatlar | 800 | Elave etdi: Ənfal | Tarix: 2011-11-05 | Sherhler (0)

Dünya

 Dünya nədir?

İlk olaraq dünyanı tanıyıb onunla necə rəftar etməyin yollarını Alahın kitabı və məsumların sonsuz hikmət dolu hədislərindən istifadə edəcəyik. Dünya günəş, ay, ulduz, qallaktika, heyvanat, bitkilər və s. şeylərdən ibarətdir? Yoxsa dünya bunlardan tamam fərqli bir şeydir. Dünya yeyib-içmək, işləmək, mal toplayıb məqam sahibi olmaq üçün hədəfmi sayılır? Bəs dünya nədir və onu necə tanıyıb həyatımızı necə qurmalıyıq?

Kateqoriya: Diger me'lumatlar | 896 | Elave etdi: Ənfal | Tarix: 2011-11-02 | Sherhler (0)

KӘBӘNIN PӘRDӘSI
"Bәqәrә” surәsindә Hаcәr vә İsmаilin dаstаnınа vә оnlаrın Mәkkә mәntәqәsinә gәlmәlәrinә işаrә еdәn аyәlәri tәfsir еdәn rәvаyәtlәrdә qеyd оlunub ki, Kәbәnin binаsını tikib qurtаrdıqdаn Hаcәr öz әbаsını Kәbә еvinin qаpısındаn аsmışdır.
Аmmа Kәbәnin özünün pәrdәsi hаqqındа dеyirlәr ki, ilk dәfә Kәbәyә pәrdә örtәn Tәbә` Әbubәkr Әs`әddir. Gümüş nахışlа zinәtlәnmiş pаrçаnı оrа büküb. Оndаn sоnrа оnun cаnişinlәri bu işi yеrinә yеtiriblәr. Sоnrа cаmааt оnu müхtәlif pаrçаlаrlа bükürdülәr. Bәzәn bir hissә köhnәlәndә оnun üstünә tәzәsini аsırdılаr.
Kateqoriya: Diger me'lumatlar | 920 | Elave etdi: Ənfal | Tarix: 2011-10-31 | Sherhler (0)

Görəsən Axirət haradadır?
Uzun müddət idi ki, ağlımda bu sualı gəzdirirdim, bu sualla yatıb, onunla nəfəs alırdım. Məsələnin çətinliyi belə idi: Allaha və axirətə inandığım halda, nə üçün dinə xidmət və axirətə hazırlıq vəzifəmi layiqincə yerinəyetirməyib, bəzən özümü boşluqda hiss edirəm?Bu bir həqiqətdir ki, mənim və başqa varlıqların yaradılışnda olan gözəllik və ideallıq mənim həyatıma bu dünyadan kənar mənalar gətirmişdir. Həmçinin bu da bir həqiqətdir ki, öz-özümdən səmimi şəkildəsoruşduğum zaman hisslərim sonsuzluqdan başqasını qəbul etmir.
Kateqoriya: Diger me'lumatlar | 839 | Elave etdi: Ənfal | Tarix: 2011-10-29 | Sherhler (0)

Zilqədə ayının 25-i (bu il üçün 23 oktyabr) "Dəhvul-ərz" günüdür


Deyerler.org: "Dəhvul-ərz" günü ilin orucunun ən çox savabı olan 4 gündən biridir. Bir rəvayətə görə bu günün orucu 70 ilin orucuna bərabərdir. Başqa rəvayətə görə, 70 ilin kəffarəsidir. Hər kəs gündüzünü oruc tutsa, gecəsini ibadətlə başa vursa onun üçün yüz ilin ibadəti yazılır.
Kateqoriya: Diger me'lumatlar | 877 | Elave etdi: Ənfal | Tarix: 2011-10-23 | Sherhler (0)

Arının və Nəmrudun atəşinin əhvalatı

 Arı sürətlə hərəkət edirdi və Cəbrayıl (ə) ondan soruşur: "Hara gedirsən?” Dedi: "Allah bütün dünyaya xəbər etmişdir ki, bir aşiqim var (İbrahim (ə)) istəyirlər ki, onu yandırsınlar. Biz də bilirik ki, alovu su ilə söndürmək olar, ona görə də ağzımı su ilə doldurmuşam ki, bu alovu söndürəm”. Cəbrayıl (ə) dedi: "Nə deyirsən? Sən bu kiçik canınla ağzına nə qədər su ala bilərsən ki?”. Arı dedi: "Mən vəzifələndirilmişəm ki, bu işi görəm, gərək kömək edəm. Əgər etməsən, Qiyamət günü məsuliyyət daşıyaram. İstəyirəm ki, məni də alovu söndürənlərin siyahısına salsınlar.”
Kateqoriya: Diger me'lumatlar | 785 | Elave etdi: Ənfal | Tarix: 2011-10-20 | Sherhler (0)

Olan olub, keçən keçib!

Ənsarın Allahın rəsulu ilə əhdi pozmuş ilk şəxs olmalarına və Peyğəmbərə (s) canişin təyin etməyə çalışmalarına baxmayaraq həzrət Zəhra (sə) onlara belə buyurdu: "Siz o şəxslərsiniz ki, İslama kömək etdiniz və sizin qılıncınızla haqq din qalib gəldi.” Bu sözlərdən sonra belə buyurur: "Bəs nə oldu ki, indi geri çəkildiniz?
Kateqoriya: Diger me'lumatlar | 863 | Elave etdi: Ənfal | Tarix: 2011-10-20 | Sherhler (1)

Quran qiraətinin şərt və qaydası
Həzrət Muhəmməd (s.ə.s) buyurur: "Evlərinizi Quran oxumaqla nurlandırın"
Quran hökmünə əsasən, Şeytanın şərindən Allaha pənah aparmaq lazımdır. (Ya Rəsulum!) Quran oxumaq istədiyin zaman məlun Şeytandan Allaha sığın! ("Əuzu billahi minəş-şeytanır-rəcim” sözlərini de!) ("Nəhl" 98)
Kateqoriya: Diger me'lumatlar | 791 | Elave etdi: Ənfal | Tarix: 2011-10-17 | Sherhler (0)

ŞEYTAN
Zehnlərdə belə bir təsəvvür yarana bilər ki, əgər zərdüştlikdə «əhrimən-yəzdan» ikiliyi fikri varsa, islamda da bir-birinə zidd qütblər olan «Allah və şeytan» əqidəsi vardır. Belə olan surətdə, zərdüşt dininin əhriməni ilə islamın şeytanı arasında nə fərq var?
Zərdüşt dinində olan əhrimən düşüncəsi ilə islamdakı şeytan düşüncəsi arasında müqayisə olunmaz dərəcədə fərq var. Bu məsələnin bir qədər izaha ehtiyacı var.
Kateqoriya: Diger me'lumatlar | 805 | Elave etdi: Ənfal | Tarix: 2011-10-16 | Sherhler (0)

Fəqr
Allah-taala fəqr barədə buyurur: "Acizlərə, xəstələrə və sərf etməyə bir şey tapa bilməyənlərə heç bir günah yoxdur”(Tövbə-91
"Fəqir” o kəsə deyirlər ki, ya heç malı, pulu yoxdur ya da olsa da, onun xərclərini ödəyəcək həddə deyil. Amma burada fəqir dedikdə biz o kəsi nəzərdə tuturuq ki, mal-dövlətə, dünyəvi işlərə rəğbəti olmasın və əgər əlinə mal-dövlət də keçmiş olsa, onu toplamağa səy etməsin. [Əlbəttə dediyimiz bu fəqirlik] nə nadanlıq üzündən, nə maneə və qəflət üzündən və ya nə şəhvətə, şöhrətə, məşhurlaşmağa görə, özünə yaxşı ad qazanmaq tamahı ilə və ya cəhənnəm əzabının qorxusu, ya axirət savabının şövqü ilə olmamalıdır.
Kateqoriya: Diger me'lumatlar | 818 | Elave etdi: Ənfal | Tarix: 2011-10-13 | Sherhler (0)

Hansı söhbətlərə qatılmaq olar?

 

Quranda mübahisə barəsində çoxlu ayələr var. Həmin ayələrdən biri də peyğəmbərlərin öz qövmləri, azğınlar və müxalifləri ilə onları hidayət etmək və doğru yola gətirmək üçün olan mübahisələridir. Həmin ayələr bu məqsədli mübahisənin düzgün olmasını göstərir.
Digər tərəfdən Quranda mübahisəni məzəmmət edən ayələr də var. Onların barəsində düşünəndə belə məlum olur ki, bu ayələr bəzilərinin öz sözlərini yeritmək istədikləri, hətta batil olmasını bildikdən sonra təəssübkeşlik göstərdikləri, bəzən də hədəfləri insanları yoldan çıxarmaq olan məqamlara aiddir.

Kateqoriya: Diger me'lumatlar | 835 | Elave etdi: Ənfal | Tarix: 2011-10-11 | Sherhler (0)

Göz yaşlarının sirri
1. Qadınlar kişilərlə müqayisədə çox ağlayırlar. Ayda təxminən 4-5 dəfə.

2. Qadınların kişilərdən çox ağlamasının səbəblərindən biri də onların adət-ənənələrə daha çox inanmalarıdır.

3. Qız və oğlanlar yetkinlik yaşına çatana qədər demək olar eyni həddə ağlayırlar. Belə ki, bu yaşa qədər göz-yaşlarına səbəb olan prolakitin hormonlar hər iki cinsdə eyni miqdarda olur.

Kateqoriya: Diger me'lumatlar | 876 | Elave etdi: Ənfal | Tarix: 2011-10-10 | Sherhler (0)

İblis harada səhv etdi?

İnsanı dünya və axirət səadətindən məhrum edən, hətta bu dünyada rəzalət girdabına yuvarlandıran səbəblərdən biri təkəbbür, lovğalıqdır. Bu xasiyyət insanı həqiqəti görməkdən məhrum edir, onu doğru yoldan azdırır. Allah-Taala Qurani-Kərimdə İblisin də məhz təkəbbür səbəbindən yolunu azıb Allah dərgahından qovulduğunu bildirir. İblis öz ibadəti ilə mələklər sırasına ucalmışdı. Amma təkəbbür onu bədbəxt etdi. 
Kateqoriya: Diger me'lumatlar | 817 | Elave etdi: Ənfal | Tarix: 2011-10-10 | Sherhler (0)

Qiyamət qopacaq
Şirin dünyəvi ləzzətlər insаnın öz gələcəyi hаqqındа düşünmə mеylini əlindən аlır. Sаnki hər bir аğlı bаşındа оlаn şəхs bu ləzzətlərin ötəri оlduğunu, əgər bu ləzzətlərə qаpılаrsаdаhа mühim, еyni zаmаndа ötməyən və əbədi ləzzətlərdən məhrum оlаcаğını dərkеtməlidir.
Аmmа insаnı düşünməyə vаdаr еtmək üçün şirin vədələr, həttа ən güclü zəmаnətlərlə və ən rеаl оlsа bеlə kifаyət еtmir. Digər tərəfdən isə tükənməz mənəvi istеdаd və imkаnlаrаmаlik insаn əgər özünə hаqsızlıq və хəyаnətеdərək bu imkаnlаrı puç şеylərə sərf еtsə, təbii оlаrаq аğır şəkildə cəzаlаndırılmаlıdır.
Kateqoriya: Diger me'lumatlar | 788 | Elave etdi: Ənfal | Tarix: 2011-10-04 | Sherhler (0)

MƏSX OLMUŞ İNSAN
Məsx olma çox mühüm məsələlərdəndir. Məsx nə deməkdir? Yəqin ki, keçmiş ümmətlər içərisində çoxlu günahlar etdikləri üçün zəmanə peyğəmbərlərinin nifrinlərinə düçar olaraq məsx olmuş insanlar barəsindəki hekayətləri eşitmisiniz. Belə ki, onlar meymun, canavar, ayı və digər heyvanlara çevriliblər. Buna məsx deyirlər. Bu məsx necə olur? Doğrudan da insanlar məsx olaraq heyvana çevriliblərmi? Məsələnin izahı belədir ki, əgər insanın cismi baxımdan məsx olmasını bəziləri yalnız fərziyyə olaraq qəbul etsələr də belə, onun mənəvi və ruhi cəhətdən heyvana çevrilməsi qəti və inkar edilməz bir məsələdir. Hətta insan elə bir heyvana çevrilə bilər ki, dünyada pislik və çirkinlik baxımından misli olmasın. Quran bu qism insanlar barəsində belə buyurub:

Kateqoriya: Diger me'lumatlar | 875 | Elave etdi: Ənfal | Tarix: 2011-10-03 | Sherhler (0)

BU DÜNYA İLƏ AXİRƏT DÜNYASININ OXŞAR VƏ FƏRQLİ XÜSUSİYYƏTLƏRİ
Bu iki aləmin oxşar xüsusiyyətləri bunlardan ibarətdir: Hər ikisi həqiqi və cismanidir. Onların hər birində qəm-qüssə və şadlıq-sevinc vardır. Bu dünyada olduğu kimi, insan hər şeyi dərk edəcək və cismani həyat tərzi keçirəcək. Hər birində ləzzət və bədbəxtçiliklər vardır. Və nəhayət hər iki aləmdə fəza və bir çox cismani varlıqlar mövcuddur.
Fərqləri isə bunlardan ibarətdir: Bu dünyada doğum, cavanlıq, qocalıq və sonra ölüm 
Kateqoriya: Diger me'lumatlar | 869 | Elave etdi: Ənfal | Tarix: 2011-10-03 | Sherhler (0)

BƏRZƏX ALƏMİ
İki şeyin arasındakı maneə və ya fasiləyə bərzəx deyilir. Qurani-kərim bu dünya ilə qiyamət gününədək olan fasiləni bərzəx adlandırmışdır. «Muminun» surəsinin 100-cü ayəsində deyilir:
«Bəlkə [indiyə qədər] zay etdiyiniz ömrün müqabilində yaxşı bir iş görüm! [Yaxud bu günə qədər tərk etdiyim imanı qayıdıb saleh bir əməl edim!] Xeyr, bu, onun dediyi boş, faydasız bir sözdür. Onların önündə dirilib [haqq-hesab üçün Allah hüzurunda] duracaqları günə [qiyamət gününə] qədər maneə [öldükdən sonra qiyamətədək qalacaqları bərzəx aləmi] vardır.»

Kateqoriya: Diger me'lumatlar | 1026 | Elave etdi: Ənfal | Tarix: 2011-10-03 | Sherhler (0)

Əsgəri çürüdən ordu...

"Hava limanına çatanda əsgər Eldar Novruzov uzanmışdı. Mən müşahidə etdim ki, əsgərdə pozulma oldu, tənəffüs pozuldu, bunun bu formada Gülhanəyə aparılmasının mümkün olmadığını fikirləşidim və geri qaytarmaq istədik. Amma valideynləri tərəfindən təzyiqlər oldu”.
"MilAz” İA-nın məlumatına görə, bunu bu gün Azərbaycan Təhlükəsizlik və Müdafiə İctimai Assosiasiyasının (ATMİA) ofisində keçirilən mətbuat konfransında dünyasını dəyişmiş əsgər Eldar 
Kateqoriya: Diger me'lumatlar | 901 | Elave etdi: Ənfal | Tarix: 2011-10-01 | Sherhler (0)

İLAHİ NİŞANƏLƏRƏ MÜNASİBƏT
Diri qəlbli insanın mə’nəviyyatı dini nişanələrlə rastlaşdığı vaxt güclənir, Allaha diqqəti daha da artır. Bu nişanələrlə rastlaşarkən qəlbində biganəlik, mənfi münasibət hiss edən insan anlamalıdır ki, tənəz-zülə doğru gedir. Dini ayətlərin müşahidəsindən duyulan sevinc hissi isə insanın təkamül yolunda olmasının əlamətidir və bu sevincə görə insan Allaha şükr etməlidir.

Kateqoriya: Diger me'lumatlar | 785 | Elave etdi: Ənfal | Tarix: 2011-09-28 | Sherhler (0)

ZAMAN VƏ MƏKAN
İnsana Allahı xatırladacaq ünsürlər arasında "zaman” və "məkan” xüsusi əhəmiyyətə malikdir. Həm zaman, həm də məkan Allah tərəfindən yaradılsa da bəzən hər hansı müəyyən bir zaman və ya müəyyən bir məkan fəzilət və şərafət baxımından üstünlük təşkil edir. Bütün yer üzünü Allah yaratsa da Kəbənin şərafəti daha çoxdur. "Maidə” surəsinin 97-ci ayəsində oxuyuruq: "Allah Kəbənin ziyarətini insanların dirçəlişi üçün vasitə qərar vermişdir.”Bütün zamanlar Allaha məxsus olsa da, müəyyən olunmuş bə’zi zamanlar daha fəzilətli və daha şərafətlidir. "İbrahim” surəsinin 5-ci ayəsində oxuyuruq: "Allahın günlərini onlara xatırlat.”
Kateqoriya: Diger me'lumatlar | 833 | Elave etdi: Ənfal | Tarix: 2011-09-28 | Sherhler (0)

ALLAH! ADI - Dəva zikri - Şəfa
   Hollandiyanın qeyri-müsəlman alimlərindən biri apardığı araşdırmalardan sonra belə qənaətə gəlir ki, "Allah" sözünün təkrarlanması və eşidilməsi insanda ruhi rahatlığa, həmçinin nigaranlığın və stresin aradan qaldırılmasına səbəb olur.
   Alim özü bu barədə deyir:" Üç il müddədində apardığım araşdırmalardan  sonra belə qənaətə gəldim ki, "Allah" sözünü Quranda oxuyan və ya adi qaydada zikr edən şəxslər nəzərəçarpacaq dərəcədə həm ruhi rahatlıq tapır, həm də stresdən yaxa qurtarmış olurlar. Müşahidə apardığım müsəlmanlardan bəziləri ruhi sarsıntıdan əziyyət çəkirdilər.
Kateqoriya: Diger me'lumatlar | 869 | Elave etdi: Ənfal | Tarix: 2011-09-26 | Sherhler (0)

Aclığa əsir düşmüş bir İslam ölkəsi
    Aclıq, səfalət, son həddə yoxsulluq. Bu anlayışları eşidəndə çoxumuz orta əsrlərin qaranlıq çağlarını xatırlayırıq. Gündəlik yeməklərini bir qayda olaraq yağsız bişirməyə məhkum olan insanlar. Qida və vitamin çatışmazlığından orta yaş həddi 36-45 olan bütöv bir ölkə. Aclıqdan gözləri hədəqədən çıxmış, qarınları şişmiş uşaqların çətinliklə aldıqları nəfəslər... Bütün bu danışdıqlarım Somalinin yaxşı günləri barədə idi. 
Kateqoriya: Diger me'lumatlar | 757 | Elave etdi: Ənfal | Tarix: 2011-09-25 | Sherhler (0)

HƏR ŞEY İLAHİ ZİKR ÜÇÜN ƏSASDIR
Qeyd etdik ki, təkamül ağıl və iradə ilə gerçəkləşə bilər. Düşüncə, iradə, agahlıqla əlaqəsi olmayan yüksəliş insani kamillik deyil. Kamillik agahlıqdan asılı olduğu üçün bu yolda ən böyük maneə qəflətdir. Ona görə də təkamül yolunda hərəkətə başlamaq üçün qəflətdən çıxmaq lazımdır. Qəflətdən çıxmaq üçün bir neçə şeyə diqqət etmək zəruridir: Hər şeyin əvvəli olan Allaha, qiyamətə və yaşanılan ömrə diqqət. Deyildi ki, bu üç əsas arasında mehvər Allaha diqqətdir. Qeyd olundu ki, Allahı xatırlamağın, zikrin mərtəbələri var və ən birinci mərtəbə dil zikridir. Dil zikrini təsirli edən amil onun mənalarına edilən diqqətdir.

Kateqoriya: Diger me'lumatlar | 783 | Elave etdi: Ənfal | Tarix: 2011-09-24 | Sherhler (0)

CƏHƏNNƏMİN YARANIŞ FƏLSƏFƏSİ
Allah-təala cəhənnəmi yaratmasaydı nə olardı? Cəhənnəmin yaradılması zəruri idimi?
Əslində, behişt və cəhənnəm bir ipin iki ucu kimidir: biri varsa, o biri də olmalıdır. İnsan azaddır və bu iki sonluğu zəruri edən də insanın azadlığıdır. Behişt doğru yolu seçmiş azad insanın mükafatı, cəhənnəm isə şər yolu seçmiş azad insanın cəzasıdır. İnsanın azad şəkildə seçim aparması üçün onun qarşısında ən azı iki yol olmalıdır. Əgər qarşıda daim yalnız bir yol varsa insanın azadlığının heç bir mənası yoxdur. Əgər qarşıdakı yollardan yalnız biri ilə getməyə imkan varsa insan yenə də azad deyil. Çünki bu iki halda insan iradəsindən asılı olmayaraq addım atır.
Kateqoriya: Diger me'lumatlar | 801 | Elave etdi: Ənfal | Tarix: 2011-09-23 | Sherhler (0)

Cənnət bulaqları

Qurani kərimdə hər bir söz öz əhəmiyyətinə və Quranın hədəflərinə uyğun olaraq işlənmişdir. Qurani kərimdə adlar xüsusi şəkildə həmin dastanın və ya hekayənin əsas qayəsinə görə işlənmişdir. Allah təala heç bir ayədə adları heç bir əsas və əhəmiyyət olmadan işlətməmişdir. Bunlara misal olaraq cənnət çeşmələrini, qəbilə və tayfa adlarını göstərə bilərik.
Ardını oxu...
Kateqoriya: Diger me'lumatlar | 844 | Elave etdi: Ənfal | Tarix: 2011-09-23 | Sherhler (0)

GÜNAH İMANIN DÜŞMƏNİDİR
Saleh əməl imanı gücləndirdiyi kimi, günah da öz növbəsində imanı puça çıxarır. İnsan üzünü Allahdan döndərən kimi doğru yoldan çıxır. Hər bir günah insanı imandan bir addım uzaqlaşdırıb küfrə yaxınlaşdırır. Adət şəklini almış günah insanı cəhənnəmə sürükləyir. İnsanı belə bir zəlalətdən yalnız həqiqi tövbə xilas edə bilər. İnsan birdən–birə kafir olmur. Onun tədricən batdığı günahlar küfr üçün şərait yaradır. Tövbə surəsinin 77-ci ayəsində oxuyuruq: 
Kateqoriya: Diger me'lumatlar | 779 | Elave etdi: Ənfal | Tarix: 2011-09-22 | Sherhler (0)


Süqut üçbucağı: Qulaq!

Seyr-süluk yolunda süqut üçbucağının bir tərəfi də qulaqdır. Allah-Taala Şeytana qulaq asmamaq göstərişi verir. Demək insanı günaha aparan əsas səbəblərdən biri onun qulağına pıçıldanan vəsvəsələrdir. Bəziləri bu pıçıltıları qəlbə aid edir. Amma şeytanlar həm də insanlardan olur. 

Kateqoriya: Diger me'lumatlar | 824 | Elave etdi: Mursəlat | Tarix: 2011-09-21 | Sherhler (1)



ALLAHA YAXINLIĞIN ƏSASI İMAN VƏ SALEH ƏMƏLDİR
Kamillik və səadətə çatmaq üçün iman və saleh əməl əsas şərtlərdəndir. Qurani–kərimdə bu iki xüsusiyyət adətən paralel zikr olunur. "Bəqərə” surəsinin 25–ci ayəsində buyurulur: "İman gətirən və saleh əməllər edən kəslərə müjdə ver ki, onlar üçün altından arxlar axan bağlar var”. "Nisa” surəsinin 124–cü ayəsində oxuyuruq:
Kateqoriya: Diger me'lumatlar | 899 | Elave etdi: Mursəlat | Tarix: 2011-09-21 | Sherhler (0)



KAFİRİN ƏMƏLİ FAYDASIZDIR
Əvvəlki söhbətlərdə qeyd etdik ki, insan səadətinin əsas amili Allaha imandır. Yalnız iman yolu ilə Allahın geniş mərhəməti və əbədi nemətlərə çatmaq olar. Küfr isə insanı əbədi bədbəxtçiliyə aparır. İmanın mərtəbələri çoxdur və hər bir mərtəbəyə çatmaq üçün saleh əməllərə ehtiyac var. İnsanın təkamülü onun öz iman dərəcəsini artırmaqdan ibarətdir.
Ardını oxu....
Kateqoriya: Diger me'lumatlar | 821 | Elave etdi: Ənfal | Tarix: 2011-09-21 | Sherhler (0)


Halal heyvanda haram ?

Ətindən gündəlik həyatımızda istifadə etdiyimiz heyvanların ( inək, qoyun, toyuq, balıq və s.) bəzi üzvləri vardır ki, onların yeyilməsi Allah tərəfindən haram edilmişdir. Bunların beşi şəri hökmlər tərəfindən haramdır. Bunlar aşağıdakılardır:
Ardını oxu...
Kateqoriya: Diger me'lumatlar | 963 | Elave etdi: Ənfal | Tarix: 2011-09-20 | Sherhler (3)


İslamda rənglər
İslamda rənglərə münasibəti öyrənmək üçün Qurani kərim və rəvayətlərdə nəql olunanlara diqqət yetirmək lazımdır. 
Ardını oxu...
Kateqoriya: Diger me'lumatlar | 988 | Elave etdi: Ənfal | Tarix: 2011-09-19 | Sherhler (0)

Quranda qövmlər

Oxucuların Quranda qövmlərlə bağlı suallarını Əl-Müstəfa Beynəlxalq Universitetinin tələbəsi Pərviz Piriyev cavablandırır:

Ardını oxu...

Kateqoriya: Diger me'lumatlar | 827 | Elave etdi: Ənfal | Tarix: 2011-09-17 | Sherhler (0)

Süqut üçbucağı: Göz!

Əxlaq alimləri insana mənəvi səfərdə əngəl olacaq minlərlə maneə haqqında danışıb. Amma əksəriyyət Allaha doğru seyr yolunda üçbucaq şəkilli bir quyuya yumbalanır. Təpə nöqtələri, ya tərəfləri Göz, Qulaq, Dildən ibarət olan bu üçbacağı süqut üçbucağı da adlandırmaq olar.

Ardını oxu...

Kateqoriya: Diger me'lumatlar | 815 | Elave etdi: Ənfal | Tarix: 2011-09-17 | Sherhler (0)

Faizlə borc bəlası

Qurani-Kərimdə buyurulur: «Ey iman gətirənlər! Əgər möminsinizsə, sələmdən gələn gəliri tərk edin. Belə etməsəniz, Allaha və onun Peyğəmbərinə müharibə elan etmiş olarsınız. Əgər tövbə etsəniz, sərmayəniz (mayanız) sizindir. Beləliklə, nə siz zülm edərsiniz, nə də sizə zülm olunar.»
Ardını oxu...
Kateqoriya: Diger me'lumatlar | 874 | Elave etdi: Ənfal | Tarix: 2011-09-17 | Sherhler (0)



Namazda Həmddən sonra amin demək olar?


Namazda Həmd surəsindən sonra amin demək təkcə şiə ilə sünni məzhbləri arasında ixtilaflı məsələ olması ilə yanaşı sünni məzhəbinin firqələri arasında da bu məsələyə eyni cür yanaşılmır. 
Ardını oxu...
Kateqoriya: Diger me'lumatlar | 802 | Elave etdi: Ənfal | Tarix: 2011-09-12 | Sherhler (0)

Bağışlanmayan günah
İmam Sadiq (ə) nəql edir ki, Əmirəlmöminin (ə) buyurub:"Bütün günahlara görə tövbə var, bütün tövbələr üçün qəbul var. Yalnız bir istisna mövcuddur: pis əxlaq! Pis əxlaqlı insan tövbə etsə də daha pis günaha yol verər...”
Ardını oxu...
Kateqoriya: Diger me'lumatlar | 916 | Elave etdi: Ənfal | Tarix: 2011-09-12 | Sherhler (0)

« 1 2 ... 4 5 6 7 8 ... 14 15 »