Bazar günü, 2024-12-22, 10:19 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Sentyabr » 28 » ZAMAN VƏ MƏKAN
9:52 AM
ZAMAN VƏ MƏKAN

İnsana Allahı xatırladacaq ünsürlər arasında "zaman” və "məkan” xüsusi əhəmiyyətə malikdir. Həm zaman, həm də məkan Allah tərəfindən yaradılsa da bəzən hər hansı müəyyən bir zaman və ya müəyyən bir məkan fəzilət və şərafət baxımından üstünlük təşkil edir. Bütün yer üzünü Allah yaratsa da Kəbənin şərafəti daha çoxdur. "Maidə” surəsinin 97-ci ayəsində oxuyuruq: "Allah Kəbənin ziyarətini insanların dirçəlişi üçün vasitə qərar vermişdir.”Bütün zamanlar Allaha məxsus olsa da, müəyyən olunmuş bə’zi zamanlar daha fəzilətli və daha şərafətlidir. "İbrahim” surəsinin 5-ci ayəsində oxuyuruq: "Allahın günlərini onlara xatırlat.” Bəs hansı günlər Allah yanında "Allah günləri” hesab olunur? Bu suala "Qədr” surəsinin 3-cü ayəsi cavab verir: "Qədr gecəsi min aydan xeyirlidir.” Amma qədr kecəsindən başqa da şərafətli vaxtlar var. Məsələn, "Qədir-xum” günü Quranda qeyd olunmuş əhəmiyyətli günlərdəndir: "Bu gün sizin dininizi kamil edib, Öz nemətimi sizə tamamladım.” ("Maidə” surəsi, ayə: 3.)Demək, günəş, ay, ulduzlar kimi xüsusi zaman və məkanlar da insana Allahı xatırlada bilər. O cümlədən məscid, məscidin minarələrinin insana Allahı xatırlatması salması mümkündür. Hər hansı bir ziyarətgahı, onun günbəzini uzaqdan seyr etməklə Allahı xatırlamaq olar. Beləcə, bütün dini nişanələr Allahdan danışır. "Həcc” surəsinin 32-ci ayəsində buyurulur: "Allahın nişanələrini bir şəxs uca tutursa, həqiqətən, bu, qəlbin paklığından irəli gəlir.”Məhərrəm ayında dini mərasimlər insanların zehnində Allah və Onun övliyalarının xatirəsini canlandırır. Qurani-kərimdə həcc ziyarətində yerinə yetirilən dini ayinlər də Allahın nişanələri kimi təqdim olunur. Hacıların Səfa və Mərvə arasındakı səyləri (gedişi) də bu nişanələrdəndir. "Bəqərə” surəsinin 158-ci ayəsində oxuyuruq: "Həqiqətən, Səfa və Mərvə ilahi nişanələrdəndir.” Cəmiyyətdə ilahi nişanələrin genişlənib uca tutulmasına çalışanlar əslində insanlara Allahı xatırlatmağa çalışırlar.
Category: Diger me'lumatlar | Baxış: 834 | Added by: Ənfal | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]