Bazar günü, 2024-12-22, 4:23 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » 2011 » Sentyabr » 28
İLAHİ NİŞANƏLƏRƏ MÜNASİBƏT
Diri qəlbli insanın mə’nəviyyatı dini nişanələrlə rastlaşdığı vaxt güclənir, Allaha diqqəti daha da artır. Bu nişanələrlə rastlaşarkən qəlbində biganəlik, mənfi münasibət hiss edən insan anlamalıdır ki, tənəz-zülə doğru gedir. Dini ayətlərin müşahidəsindən duyulan sevinc hissi isə insanın təkamül yolunda olmasının əlamətidir və bu sevincə görə insan Allaha şükr etməlidir.

Kateqoriya: Diger me'lumatlar | 785 | Elave etdi: Ənfal | Tarix: 2011-09-28 | Sherhler (0)

ZAMAN VƏ MƏKAN
İnsana Allahı xatırladacaq ünsürlər arasında "zaman” və "məkan” xüsusi əhəmiyyətə malikdir. Həm zaman, həm də məkan Allah tərəfindən yaradılsa da bəzən hər hansı müəyyən bir zaman və ya müəyyən bir məkan fəzilət və şərafət baxımından üstünlük təşkil edir. Bütün yer üzünü Allah yaratsa da Kəbənin şərafəti daha çoxdur. "Maidə” surəsinin 97-ci ayəsində oxuyuruq: "Allah Kəbənin ziyarətini insanların dirçəlişi üçün vasitə qərar vermişdir.”Bütün zamanlar Allaha məxsus olsa da, müəyyən olunmuş bə’zi zamanlar daha fəzilətli və daha şərafətlidir. "İbrahim” surəsinin 5-ci ayəsində oxuyuruq: "Allahın günlərini onlara xatırlat.”
Kateqoriya: Diger me'lumatlar | 833 | Elave etdi: Ənfal | Tarix: 2011-09-28 | Sherhler (0)