Bazar günü, 2024-12-22, 10:35 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Sentyabr » 17 » Faizlə borc bəlası
10:15 AM
Faizlə borc bəlası


Qurani-Kərimdə buyurulur: «Ey iman gətirənlər! Əgər möminsinizsə, sələmdən gələn gəliri tərk edin. Belə etməsəniz, Allaha və onun Peyğəmbərinə müharibə elan etmiş olarsınız. Əgər tövbə etsəniz, sərmayəniz (mayanız) sizindir. Beləliklə, nə siz zülm edərsiniz, nə də sizə zülm olunar.»
Allahın Peyğəmbəri (s): «Allah-taala sələm alana, sələm verənə, onu yazana (qeyd edənə) və onun şahidlərinə Lənət etmişdir.»
İmam Baqir (ə): «Ən çirkin qazanc sələmdir»
İmam Sadiq (ə): «Sələm yeyən, yalnız şeytan onu dəli etdikdən sonra dünyadan köçər.»
İmam Sadiq (ə): «Bir dirhəm sələm, Allahın yanında yetmiş dəfə öz mərhəmətləri ilə Allahın hörmətli evi Kəbədə zina etməkdən daha ağır günahdır.»
İmam Sadiq (ə) (Hişam ibn Həkəmin sələmin haram edilməsinin səbəbi barədə sualına cavabından): «Əgər sələm halal olsaydı, insanlar ticarəti və yaşayışları üçün qazanc dalınca getməyi tərk edərdilər. Beləliklə, Allah-taala sələmi haram etdi ki, insanlar haram yeməkdən əl çəkib ticarətə, alış-verişə üz tutsunlar və mallarının artığını bir-birinə borc versinlər.»


haqyolu.com

Category: Diger me'lumatlar | Baxış: 875 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]