Bazar günü, 2024-12-22, 4:41 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Oktyabr » 13 » Fəqr
5:08 PM
Fəqr
Fəqr
Allah-taala fəqr barədə buyurur: "Acizlərə, xəstələrə və sərf etməyə bir şey tapa bilməyənlərə heç bir günah yoxdur”(Tövbə-91
"Fəqir” o kəsə deyirlər ki, ya heç malı, pulu yoxdur ya da olsa da, onun xərclərini ödəyəcək həddə deyil. Amma burada fəqir dedikdə biz o kəsi nəzərdə tuturuq ki, mal-dövlətə, dünyəvi işlərə rəğbəti olmasın və əgər əlinə mal-dövlət də keçmiş olsa, onu toplamağa səy etməsin. [Əlbəttə dediyimiz bu fəqirlik] nə nadanlıq üzündən, nə maneə və qəflət üzündən və ya nə şəhvətə, şöhrətə, məşhurlaşmağa görə, özünə yaxşı ad qazanmaq tamahı ilə və ya cəhənnəm əzabının qorxusu, ya axirət savabının şövqü ilə olmamalıdır. [Bu yerdə] fəqirlik dünyaya e`tinasızlıq deməkdir; belə ki, fəqirlik həqiqət yolunun yolçuları üçün lazımlı şərtlərdən olub Allahın haqqına riayət etməyə və gözləməyə məşğul olmaqdır ki, Allahdan qeyri heç bir şey onlar üçün hicaba çevrilməsin. Bu "fəqr”, həqiqətdə "zöhd”ün bir şö`bəsidir.
Peyğəmbəri-əkrəm (s) buyurur: "Sizə cənnət əhlinin hökmdarlarından xəbər verimmi? Dedilər: "Bəli.” Buyurdu:”Saçları qarışmış, üzlərinə qubar oturmuş, camaatın e`tina etmədiyi bütün zəiflərdir (onlar!) əgər Allaha and versələr, Allah dualarını qəbul edər.”[(Bihar c.77, səh.93, rəvayət:2)
O Həzrətə (s) deyəndə ki: "Bətha və Məkkə torpaqları qızıl ilə doludur, əgər istəyirsənsə sənə verək.” Cavabında buyurdu: "Xeyr! [Bəlkə belə yaxşıdır ki,] bir gün ac oluram, ehtiyac əlimi Sənə uzadıram və bir gün tox oluram Sənə şükür edirəm.”(Bihar, c.72, səh.64)

   Müəllif: Xacə Nəsirəddin Tusi 
Category: Diger me'lumatlar | Baxış: 819 | Added by: Ənfal | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]