Bazar günü, 2024-12-22, 4:51 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Oktyabr » 17 » Quran qiraətinin şərt və qaydası
8:31 AM
Quran qiraətinin şərt və qaydası
   1. Quran hökmünə əsasən, Şeytanın şərindən Allaha pənah aparmaq lazımdır. (Ya Rəsulum!) Quran oxumaq istədiyin zaman məlun Şeytandan Allaha sığın! ("Əuzu billahi minəş-şeytanır-rəcim” sözlərini de!) ("Nəhl" 98)

   2. Quran həm də həzin səslə oxunmalıdır. Peyğəmbər (s.ə.s) bu haqda buyurur:" Quran hüznlə nazil oldu. Bunun üçün də onu oxuduğunuz zaman  ağlayın, Ağlaya bilmədikdə hüznlü olun".

   3.  Yaxşı olar ki, Quran opxunmazdan əvvəl ağız yaxalansın, dişlər fırçalansın və gözəl ətrlədən istifadə olunsun.

   4. Başqa bir ayəyə əasən, Quran oxunan zaman Allah qarşısında təvazökar və ürəyiyumşaq olmaq gərəkdir. İman gətirənlərin qəlblərinin Allahın zikri və haqdan nazil olan (Quran) üçün yumşalması vaxtı gəlib çatmadımı?!  ("Hədid" 16)

   5. Mənəvi təmizliklə yanaşı, cismani təmizliyədə diqqət yetirib qüsl və ya dəstəmaz almaq daha yaxşı olar.

   6.  Quran ayələrdən istinadən yaxşı olar ki, Quran aramla, yəni tələsmədən, ağır-ağır oxunsun. Daha dəqiq desək, Quran  oxuyan şəxs onun mənalarına diqqət yetirməklə yanaşı, mənalarından əldə olunan hikmətamiz hökm və nəsihətlərdən ibrət almalıdır.

"Həm də (Gecə ibadət etdiyin) aramla (ağır-ağır) Quran oxu!" ("Muzzəmmil", 4). İmam Əli (ə) bu barədə buyurur:" Allahdan qorxan təqva sahibləri gecənin bir aləmində ibadət edərkən can-dilıdən  Quranı həzin səslə, aramla oxuyar və dərdlərinin şəfasını ondan diləyərlər. Ümüdverici ayələrdən birinə çatdıqda şövq ilə onlara üz tutar, ruhən onlara bağlanarlar. Qorxu və əzab ayələri çatdıqda isə bütün varlıqları ilə onları dinləyər, Cəhənnəm atəşinin şiddətindən qorxaraq fəryad qopararlar".


Category: Diger me'lumatlar | Baxış: 792 | Added by: Ənfal | Rating: 4.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]