Bazar günü, 2024-12-22, 9:40 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Sentyabr » 17 » Quranda qövmlər
10:20 AM
Quranda qövmlər

Quranda qövmlər

Oxucuların Quranda qövmlərlə bağlı suallarını Əl-Müstəfa Beynəlxalq Universitetinin tələbəsi Pərviz Piriyev cavablandırır:
Qurani-Kərimdə insanlara ibrət olub onları günahlardan çəkindirmək və onlara istər yaxşı, istərsə də pis cəhətdən ibrət üçün bəzi dastanlar bəyan edilmişdir. Bu dastanlardan bəziləri də tarix boyu gəlib keçmiş və tarix səhnələrindən silinmiş tayfa və qövmlər haqqındadır. Onlar barəsində məlumatlı olsaq gələcəkdə düzgün seçim apara bilərik.
1. Yəcuc və məcuc tayfaları barədə Qurani kərimdə iki dəfə, Kəhf surtəsinin 94-cü ayəsində və Ənbiya surəsinin 96-cı ayəsində rast gəlinir. Burada Zülqərneyn bir qrup insanlarla rastlaşır ki, onların dillərini heç kəs bilmir. Birtəhər onları Yəcuc və Məcuc tayfaları tərəfindən amanda olmadıqlarını başa salır. Ona görə ki, bu tayfa yer üzündə fəsaddan savayı bir işlə məşğul deyildilər. Onlar Zülqərneyindən Yəcuc və Məcuc tayfası ilə öz aralarında bir divar tikmək istədiklərini söyləyirlər və o onlara kömək edir. Amma bu günə kimi məlum deyil ki, həmin sədd və ya divar harada olmuşdur.
2. Səmud. Bu söz ərəb dilində deyil və 25 dəfə Qurani-Kərimdə təkrar olunmuşdur. Səmud Həzrət Salehin qövmüdür ki, Hicr ( Şamla Hicaz arasında) adlı bir yerdə yaşayırdılar. Həzrət Salehin dəvətini qəbul etməyərək, onun möcüzəsi olan dəvəni təqib etdilər və göylərin fəryadı və zəlzələ onları məhv etdi. 
3. Ad. Bunlar Ahuf adlanan yerdə yaşayırdılar. Çox mal dövlətləri var idi və çox uzun ömr sürürdülər. Onları hidayət etmək üçün Allah təala Hud peyğəmbəri göndərdi. Amma onlar Hudun dəvətini qəbul etmədilər. Fəsad və budpərəstliyə davam etdilər. Allah təala güclü küləklə onları məhv etdi.
4. Mədyən. Bu şəhər və Həzrət Şüeybin qövmünün adıdır. Bu şəhər qırmızı dənizin kənarında yerləşirdi. Onların ən pis sifətləri çəkidə aldatmaq və yol kəsmək idi. Həzrət Şüeybin hidayətlərinə qulaq asmadılar və zəlzələ ilə nabud oldular.
5. Qureyş. Bu kələmə Qurani kərimdə bir dəfə işlədilmişdir. Bu Peyğəmbərin (s) öz tayfası olmuş və Məkkədə yaşayırdılar. 
6. Rum. Bu kələmə Rum surəsində qeyd edilmişdir. Bu kələmə Rum məmləkətinin adı ilə bağlıdır.
7. Bunlardan savayı hamıya məlum olan Nuh, Lut, İbrahim qövmlərinin dastanlarını izah etmişdir. Əxdul, Fil, İkl və Əlrəs əshabı da Quranda qeyd edilmişdir.


haqyolu.com

 

Category: Diger me'lumatlar | Baxış: 828 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]