Bazar günü, 2024-12-22, 10:21 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Sentyabr » 17 » Süqut üçbucağı: Göz!
10:17 AM
Süqut üçbucağı: Göz!

Süqut üçbucağı: Göz!

Əxlaq alimləri insana mənəvi səfərdə əngəl olacaq minlərlə maneə haqqında danışıb. Amma əksəriyyət Allaha doğru seyr yolunda üçbucaq şəkilli bir quyuya yumbalanır. Təpə nöqtələri, ya tərəfləri Göz, Qulaq, Dildən ibarət olan bu üçbacağı süqut üçbucağı da adlandırmaq olar.
Gözü necə qorumaq, dünyanın çirkabını qəlbə süzən bu bacaya necə nəzarət edək? 
Qurani-Kərimin Nur surəsinin 30-su ayəsində oxuyuruq: "(Ya Rəsul!) Mömin kişilərə de ki, gözlərini haram edilmiş şeylərdən çevirsinlər...” Bu bir göstərişdir və ona əməl etmədən Allaha yaxınlaşmaq istəyi mənasızdır. Naməhrəmə baxmaq "gözün zinası” adlandırılmışkən zinakar gözlə yol tapmaqmı olar?! Bəs necə qurtulaq bu bəladan? Nücə qoruyaq gözlərimizi?
Əxlaq ustadları gözün çikaba batmasına müəyyən səbəblər göstərirlər. Ehtimal olunur ki, bu səbəblər aradan qalxsa, insanın gözləri pakalanar:
1. Təqvasızlıq, Allahdan qorxmamaq;
2. Göz günahına aludə insanlarla dostluq;
3. Yanlış ailə tərbiyəsi;
4. Göz günahına aparan şərait: əxlaqsız filmlər, açıq-sacıq cəmiyyət.
Amma əxlaq dərslərində bu günahdan qurtuluş üçün yollar da göstərilir:
1. Gözün günahdan hifzi üçün dua;
2. Təqva;
3. İzdivac və oruc;
4. Gözü qorumağın mükafatları ilə tanışlıq;
5. Tövbə...

Sami Cavid
Davamını izlə
 

Category: Diger me'lumatlar | Baxış: 816 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]