Bazar günü, 2024-12-22, 10:31 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Sentyabr » 20 » Halal heyvanda haram ?
5:45 PM
Halal heyvanda haram ?


Ətindən gündəlik həyatımızda istifadə etdiyimiz heyvanların ( inək, qoyun, toyuq, balıq və s.) bəzi üzvləri vardır ki, onların yeyilməsi Allah tərəfindən haram edilmişdir. Bunların beşi şəri hökmlər tərəfindən haramdır. Bunlar aşağıdakılardır:
1. Dalaq 2. Erkək heyvanın cinsiyyət üzvü 3. Erkək heyvanın toxumluqu (ağət) 4. Qan 5. Tullantı və peyin
Insanların nəzərində iyrənc hesab edilən orqanlar da haram hesab edilir. Buna görə ehtiyati vacibə əsasən onların yeyilməsindən çəkinmək lazımdır. Bunlar aşağıdakılardır:
1. Sidik kisəsi 
2. Öd kisəsi
3. Uşaqlıq
4. Dişi heyvanın cinsiyyət üzvü
5. Vəzi. Buna duşvil də deyirlər ki, daha çox heyvanın budunun daxilində və piy çox olan hissələrdə ət rənginə oxşar pərk maddə- piydir. 
6. Onurğa beyni ( fəqərə və boyun sütununun daxilində yerləşən haram beyin) 
7. Beyin noxudu. Bu beyində noxud şəkilindədir.
8. Dırnaqın arasında yerləşən cisim- çıxıntı. Bunu heyvanın ayaqların bişirən zaman dırnaqdan ayırmaq lazımdır.
9. Gözün hədəqəsi. Buraya gözün ağ maddəsi daxil deyil. Bu başın bişirilməsi zamanı əmələ gələn qara pərk cisimdir ki, bunu yemək haramdır. Gözün ağı halaldır.
10. Fəqərə sütununun iki tərəfində yerləşən piy. Bu boyundan quyruq hissəyə qədər uzanan tünd sarı rəngdə olub, çox möhkəmdir və bişmir. Çeynəmək də mümkün olmur.

P.Piriyev

haqyolu.com


Category: Diger me'lumatlar | Baxış: 964 | Added by: Ənfal | Rating: 5.0/1
Total comments: 3
+1  
3 __Nermin__   (2011-10-03 9:29 PM) [Daxil et]
Çoox sağolun mende bezilerini bimirdim.Allah razı olsun.

+1  
2 satrap   (2011-09-23 3:00 PM) [Daxil et]
ALLAH razi olsun bezilerin bilmirdim

+1  
1 incigirl   (2011-09-22 9:02 AM) [Daxil et]
Yaziya gore cox sag olun,bezilerini bilirdim ,ekseriyyetini ise yox,indi oyrendim.Allah razi olsun.

Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]