Bazar günü, 2024-12-22, 4:57 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Oktyabr » 1 » Əsgəri çürüdən ordu...
3:22 PM
Əsgəri çürüdən ordu...

Əsgəri çürüdən ordu...

"Hava limanına çatanda əsgər Eldar Novruzov uzanmışdı. Mən müşahidə etdim ki, əsgərdə pozulma oldu, tənəffüs pozuldu, bunun bu formada Gülhanəyə aparılmasının mümkün olmadığını fikirləşidim və geri qaytarmaq istədik. Amma valideynləri tərəfindən təzyiqlər oldu”.

"MilAz” İA-nın məlumatına görə, bunu bu gün Azərbaycan Təhlükəsizlik və Müdafiə İctimai Assosiasiyasının (ATMİA) ofisində keçirilən mətbuat konfransında dünyasını dəyişmiş əsgər Eldar Novruzova sonuncu iynə vuran şəxs - Silahlı Qüvvələr Mərkəzi Hərbi Klinik Tibb Hospitalının həkimi, tibb xidməti polkovnik-leytenant Elxan Muradov bildirib.

Onun sözlərinə görə, əsgər geri qaytarılıb. Arterial təzyiqi düşən, nəfəsi pozulan əsgərə ürəyi tənzimləmək üçün mezaton, kofein, kardiamin vurub.

"Bundan sonra dedim Eldar necəsən, dedi ki elə bir şey yoxdur. Amma yolda gördum təzyiqi dushur, bir ampula da mezaton vuruldu. Amma əsgər "Əzizbəyov" metrostansiyasının yaxınlığında kəskin ürək-ağciyər çatışmazlıqından dünyasını dəyişdi”, - deyə həkim ildirib.

Mərhumun müalicə həkimi, Silahlı Qüvvələr Mərkəzi Hərbi Klinik Tibb Hospitalından tibb xidməti polkovnik-leytenantı Vasif Adıgözəlov isə bunları deyib: "Əsgər Eldar Novruzov Mərkəzi Hərbi Klinik Hospitalına iyunun 29-da daxil olub, daxil olanda bəlli oldu ki, əsgər 3 ildir xəstədi. Bu onun analizlərində belə var. Xəstə hərbi hissəyə daxil olan zaman ilkin tibb kitabında belə bir bölümü var, orda qeyd olunub ki, özü dediyinə görə, onda haymorit xəstəliyi olub”.

V.Adıgözəlovun sözlərinə görə, əsgər hərbi xidmətə çağırıldıqdan sonra keçirdiyi xəstəlik nəticəsində vəziyyəti kəskinləşmiş və müxtəlif tibb mənətələrində haymorit diaqnozu ilə müalicə olunub.
"İyunun 29-da bizə gələndə kompüter tomoqrafiya müayinəsindən sonra ona bir sıra xəstəliklərlə yanaşı, burun boşluğunun polipi diaqnozu qoyuldu. İyunun 30-da nəticələr analizə göndərdi. 4 iyulda analizin ilkin rəyi verildi. Şiş tapılmadı və xəstəlikdə iltihabi proses tapıldı, bunun nəticəsi olaraq xəstəyə müalicə təyin olundu. Məndə olan diskdə xəstənin diaqnoz nəticələri var. Bu analizin nəticələrinə görə, xəstənin üzündə əməliiyat aparılmalıdı, amma valideynləri imtina etdilər. Onlar dedilər ki, biz burun nahiyəsində əməliyyat istəyirik. Beləliklə, burun tənəffüsünün bərpasına (tənəffüs yolunu tutan polipləri çıxartmaq üçün) yönələn əməliyyat tərəfimdən iyulun 7-də aparıldı. Əməliyyat zamanı hər hansı ağırlıq olmadı.

Müalicə müsbət effek vedi. İyulun 20-də xəstə hərbi həkim komissiyasına təqdim olundu. Valideynlərə izah olundu ki bu xəstəlik yenə təkrarlana bilər. Çünki radikal əməliyyat aparılmayıb. 25 iyulda əsgərə hospitaldan 15 günlük məzuniyyət verildi. Amma xəstə avqustun 4-də müraciət edi. Təkrar müayinə etdik, rentgen kontrast müəyinələr aparıldı və xəstənin qəbul olunması üçün hissə komandirinə müraciət olundu. Avqustun 5-də təkrarən bizə qospitallaşdırıldı. Daxil olan zaman xəstənin üzərində şişkinlik müşahidə olundu, amma burun tənəffüsü sərbəst idi. Xəstənin haymor boşluğunda dinamika müşahidə olunmamışdı, şişkinliklər vardı. Xəstənin müalicəsi təyin olundu və müayinə aparıldı. Konsiliumun qərarına əsasən, xəstəyə digər müalicə müəssisələrində müalicə olunmaq üçün rəy verilir. Bizim hospitalda müasir müayinə alətlərindən ibarət avadanlıqlar var, amma müayinənin endosdopik üsullarla aparılmasına şərait yoxdur”.

V.Adıgözəlov xəstənin burnunda aparılmış cərrahyyə əməliyyatından sonra xəstənin infeksiya yoluxması barədə məlumatlara münasibətini açıqlayıb: "Deyilən fərziyyə ilə razı deyiləm. Rəhbərlik tərəfindən cənab nazirə müraciət olundu və nazir tərəfindən onun təxliyyə olması barədə göstəriş veridi. Gülhanə ilə əlaqə saxladım dedim ki, belə xəstə sizə gələcək. Onlar hazır idilər bu əsgəri qəbul etməyə. Bu əslində müalicə olunmaz xəstəlik idi”.

Hospitalın immunologiya şöbəsinin rəisi tibb xidməti polkovnik-leytenantı Fuad Zeynalov əsgərin tutulduğu xəstəliyin sistem xəstəliyi olduğunu bildirib: "Bu xəstəlik bütün orqanları zədələyir. Novruzovun nümunəsində onu deyə bilərəm ki, bu xəstəlik çürüyə-çürüyə gedir, bütün orqanları zədələyir. Bu xəstəliyin qarşısnı almaq çətindir. Bu xəstəlik onda tədricən yaranıb, immun sisteminin çatışmazlığı nəticəsində”.
Onun sözlərinə görə, belə xəstəliyin yaranmasına 1992-1993-cü illər səbəb olub: "O dövrdə doğulan uşaqlarda immun çatışmazlığı müşahidə olunur. Çünki o dövrdə ölkə qida çatışmazlığı olub”.

"Əsgər Novruzovun ölümü ilə əlaqədar mətbuatda indiyə qədər heç bir dəqiq məlumat yayılmayıb. Media elə qələmə verir ki, guya həkimlər düşməndir”.
Bunu isə Müdafiə Nazirliyi Hərbi Tibb İdarəsinin rəisi, tibb xidməti polkovniki Məcid Məsimov bildirib.

"Əsgərin müalicəsi və müayinəsi ilə bağlı hər hansı məsuliyyətsizliyindən və səhlənkarlığından söhbət gedə bilməz” deyən M.Məsimovun sözlərinə görə, orduda hər bir ölüm ən böyük itkidir.

"Şəxsən nazirin tapşırığı ilə bu mətbuat kondransına gəlmişik. Mənim fikrim ondan ibarət oldu ki bu əsgərin ölüm səbəblərini aydınlaşdıraq. İlk növbədə ən böyük ağrı çəkənlər, ən böyük əzab çəkənlər mərhum əsgərin valideynlərifir. Allah onlara səbr versin. İnanın ki, onlardan artıq həmin əzabı, həmin itkini hiss edirik. Əsas məqsədimiz belə bədbəxt hadisələrin baş verməməsidir. Vətəndaşlarımız ordumuza ürəklə getməlidirlər, ordumuz möhkəmlənməli, lazım gələn zaman düşmənə cavab verməlidir”.

M.Məsimov tədbirin təşkil olunmasına görə, təşkilatçılara minnətdarlı edib: "Cəmiyyətdə obyektiv məlumat yoxdu. Razıyam ki, əsgərin ölümündə günahkar şəxs dar ağacından asılsın, əgər günahı varsa. Məlumat üçün bildirim ki, əsgəri Gülhanə xəstəxanasının uzmanı, məzunu Vaslif Adıgözəlov müalicə edib".

"Müdafiə naziri şəxsən mənə göstəriş verib ki, get məlumatları açıqla. Birincisi, mətbuat yazır ki, müdafiə naziri Səfər Əbiyev özünü sığortalamaq üçün sonuncu gün belə qərar verib. Bu yalan söhbətdi, yalan fikirdi, gəlin yoxlayın, müdafiə naziri hər gün bizdən ağır xəstələr barədə məlumat alır, təhlilini, izahını təlb edir, müalicəsi ilə maraqlanır. İnanın mənim özüm, hospitalda hissə rəisi olan zaman böyrəyimdəki daşların müalicəsi üçün 9 ay 27 gün növbəmi gözlədim Bu gün elə olur ki, general rütbəsində şəxs oraya düşə bilmir. Reallıq bundan ibarətdir. Azərbaycan və Türkiyə arasında dövlətlərarası müqaviləyə görə hər il Azərbaycandan 50 nəfər hərbi qulluqçu müalicə üçün Türkiyəyə göndərilə bilər. Bundan artıq mümkün deyil. Hər bir əsgər valideyni istəyər ki, övladını müalicə üçün oraya göndərsin, 50 nəfər yerinə 5 min nəfərin göndərilməsini istəyə bilərlər”, - deyə o bildirib.

Səhhətindəki problemlərlə Türkiyənin Gülhanə Tibb Akademiyasına yola salınan zaman Heydər Əliyev Beynəlxalq Hava Limanında vəfat etmiş əsgər Eldar Novruzovun ölüm faktı ilə bağlı cinayət işi başlanıb. Bakı şəhər hərbi prokurorluğunda Cinayət Məcəlləsinin qulluğa səhlənkar yanaşma (342.2-ci) maddəsi ilə cinayət işi başlanıb.

Modern.az
 

Category: Diger me'lumatlar | Baxış: 902 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]