Əsas səhifə » 2011 Oktyabr 20 » Arının və Nəmrudun atəşinin əhvalatı
5:09 PM Arının və Nəmrudun atəşinin əhvalatı | |
Arının və Nəmrudun atəşinin əhvalatı Arı sürətlə hərəkət edirdi və Cəbrayıl (ə) ondan soruşur: "Hara gedirsən?” Dedi: "Allah bütün dünyaya xəbər etmişdir ki, bir aşiqim var (İbrahim (ə)) istəyirlər ki, onu yandırsınlar. Biz də bilirik ki, alovu su ilə söndürmək olar, ona görə də ağzımı su ilə doldurmuşam ki, bu alovu söndürəm”. Cəbrayıl (ə) dedi: "Nə deyirsən? Sən bu kiçik canınla ağzına nə qədər su ala bilərsən ki?”. Arı dedi: "Mən vəzifələndirilmişəm ki, bu işi görəm, gərək kömək edəm. Əgər etməsən, Qiyamət günü məsuliyyət daşıyaram. İstəyirəm ki, məni də alovu söndürənlərin siyahısına salsınlar.” Biz də gərək övliyaların günahı necə söndürdüklərinə nəzər salaq və özümüz övliya olmasaq da onlar kimi olmağa çalışaq. Gecələri oyaq qalaq, düyünləri açmağa cəhd göstərək, gözəl namaz qılaq, dinə kömək edə bilən bir iş görək. Bunları edərək, Allahı özümüzdən razı sala bilərik. Bəlkə bu yolla biz də övliyaların siyahısına daxil ola bilərik. (Erfan) deyerler | |
|
Total comments: 0 | |