Bazar günü, 2024-11-24, 8:19 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Sentyabr » 21 » Süqut üçbucağı: Qulaq!
5:57 PM
Süqut üçbucağı: Qulaq!


Seyr-süluk yolunda süqut üçbucağının bir tərəfi də qulaqdır. Allah-Taala Şeytana qulaq asmamaq göstərişi verir. Demək insanı günaha aparan əsas səbəblərdən biri onun qulağına pıçıldanan vəsvəsələrdir. Bəziləri bu pıçıltıları qəlbə aid edir. Amma şeytanlar həm də insanlardan olur. Onlar gerçəkdə, real həyatda insanın qulağına pıçıldamaqla onu yoldan çıxarır: Hələ cavansan, tövbəyə vaxt var! Namazı bir az gec də qılsan olar! Gör sənə nə dedilər, tez cavabını ver, sən də təhqir et! Ticarət çətindir, pulunu sələmə ver... Beləcə inasanın beynini doldururlar.
Qeybət dinləmək, haram musiqilərə qulaq asmaq, günaha səbəb olan söz eşitmək, dünya söhbətlərinə ifrat qulaq asmaq, mənasız sözlər dinləmək... qulağa aid günahlardandadır.
Ey din yolçusu! Gözünü qoruduğun qədər qulağını qoru. Qəlbinə vəsvəsə aparan əsas yollardan biri qulaqdır. Şeytanın, şeytansifət insanların pıçıltılarına kar ol!

Sami Cavid 

haqyolu

Category: Diger me'lumatlar | Baxış: 822 | Added by: Mursəlat | Rating: 5.0/1
Total comments: 1
0  
1 satrap   (2011-09-23 2:57 PM) [Daxil et]
allah razi olsun

Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]