Bazar günü, 2024-12-22, 4:54 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Oktyabr » 11 » Hansı söhbətlərə qatılmaq olar?
9:07 PM
Hansı söhbətlərə qatılmaq olar?

Hansı söhbətlərə qatılmaq olar?

 

Quranda mübahisə barəsində çoxlu ayələr var. Həmin ayələrdən biri də peyğəmbərlərin öz qövmləri, azğınlar və müxalifləri ilə onları hidayət etmək və doğru yola gətirmək üçün olan mübahisələridir. Həmin ayələr bu məqsədli mübahisənin düzgün olmasını göstərir.
Digər tərəfdən Quranda mübahisəni məzəmmət edən ayələr də var. Onların barəsində düşünəndə belə məlum olur ki, bu ayələr bəzilərinin öz sözlərini yeritmək istədikləri, hətta batil olmasını bildikdən sonra təəssübkeşlik göstərdikləri, bəzən də hədəfləri insanları yoldan çıxarmaq olan məqamlara aiddir.
Bu kimi hallarda mübahisə və söhbət etmək nəinki xoşagəlməzdir, hətta belələrinin çağırışına müsbət cavab vermək və onlarla söhbətdə iştirak etmək düz deyil. Buna görə də bəzi hallarda Peyğəmbərə (s) xitab edilir ki, belələri ilə mübahisə etmə. Biz indi həmin ayələrin bəzisinə işarə edəcəyik:
«Küfr edən kəslər, haqqı yox etmək üçün batil vasitəsi ilə mübahisə edirlər. Və onlar Mənim ayə və nişanələrimi, həmçinin qorxudulduqları şeyi ələ salırlar.» (Kəhf,56)
«İnsanlardan eləsi var ki, həmişə, heç bir biliyi olmadan Allah barəsində mübahisə edir və hər bir murdar və itaətsiz şeytana tabe olur.» (Həcc,3)
«İnsanlardan eləsi var ki, heç bir elmi dəlili (və əqli sübutu), heç bir hidayəti (və batini idrakı) və heç bir aydın səma kitabı olmadan həmişə Allah barəsində mübahisə edir. (Özü də bunu, başqalarını) Allah yolundan azdırmaq üçün (ilahi dəvətdən) təkəbbürlə üz döndərərək və ona arxa çevirərək (edir). Dünyada onun üçün (Məkkə müşrikləri kimi) xarlıq və rüsvayçılıq var və Qiyamət günü ona yandırıcı bir əzab daddıracağıq.» (Həcc, 8, 9)

Mesbahyazdi.org

Category: Diger me'lumatlar | Baxış: 836 | Added by: Ənfal | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]