Bazar günü, 2024-12-22, 2:08 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Sentyabr » 12 » Bağışlanmayan günah...
2:16 PM
Bağışlanmayan günah...


İmam Sadiq (ə) nəql edir ki, Əmirəlmöminin (ə) buyurub:
"Bütün günahlara görə tövbə var, bütün tövbələr üçün qəbul var. Yalnız bir istisna mövcuddur: pis əxlaq! Pis əxlaqlı insan tövbə etsə də daha pis günaha yol verər...”
Bəziləri elə düşünür ki, yalnız qeybət, böhtan, qətl günahdır. Amma bütün bu günahlardan təhlükəlisi pis əxlaqdır. Pis əxlaqlı insan tez qəzəblənir və qəzəb onu min bir cinayətə aparır. İmam Sadiq (ə) buyurur: ”Sirkə balı xarab etdiyi kimi pis əxlaq savab əməlləri məhv edir.” Həzrət Peyğəmbər (s) buyurur: " Pis əxlaqlı adamın tövbəsinə Allahın ikrahı var.” Həzrət Peyğəmbər (s) başqa bir məqamda buyurur: "Gözəl əxlaqa yiyələnin - beləsinin yeri behiştdir. Pis əxlaqdan çəkinin – beləsinin yeri cəhənnəmdir.”

Tebyan 

Category: Diger me'lumatlar | Baxış: 917 | Added by: Ənfal | Rating: 5.0/2
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]