Cümə axşamı, 2024-11-21, 9:38 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Noyabr » 5 » Yalnız səhv edəndə üzr istənilir?
8:09 AM
Yalnız səhv edəndə üzr istənilir?


Hər bir insan səhv edə bilər. Ancaq əsas məsələ səhvini başa düşmək və üzr istəməyi bacarmaqdır.
"Üzr istəyə bilmərəm” demək isə zəiflik əlamətidir. Üzr istəmək bir mənada da eqoizmdən xilas olmaqdır. İnsanın eqoizmə məğlub olması, ilk növbədə, onun "inkişafdan qalması” deməkdir. Bu baxımdan üzr istəmək zəiflik yox, iradə əlamətidir. Əgər ortada bir səhv varsa, üzr istəmək və bu səhvi düzəltmək lazımdır. Ailə həyatına gəlincə, ailədə bu məsələ daha həssasdır. Hər bir insan ailədə problemlərlə üzləşə bilər. Buna görə də istər qadın, istərsə də kişi yuxarıda qeyd etdiyimiz prinsipləri mənimsəməli və üzr istəməkdən çəkinməməlidirlər. Üzr istəməyi bacarmaq ailə daxilindəki münasibətlərin möhkəmliyi üçün də vacibdir. Əgər ailədə hər hansı bir problem varsa, bundan hər iki tərəfin ziyan görməsi təbiidir. Bu prizmadan baxdıqda, üzr istəməyi bacaran adam əslində öz "əmin-amanlığını” da qorumuş olur. Digər tərəfdən, üzr istəyərkən qarşı tərəfin üzrünüzü qəbul edib-etməyəcəyini də düşünməməlisiniz. Çünki əsas məsələ bu işdə təmənnasız davranmaqdır. Digər tərəfdən, üzr istəmək yalvarmaq da deyil. Buna görə də bütün səhvlər qarşısında üzr istəmək şərtdir. Ancaq qarşı tərəfin bundan sui-istifadə etməsinə də yol verilməməlidir. Beləliklə, həm evinizdəki problemlərin böyüməsinin qarşısını alar, həm də ailə həyatınızın möhkəmlənməsinə xidmət etmiş olarsınız.

Mid.az

Category: Diger me'lumatlar | Baxış: 768 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]