Bazar günü, 2024-12-22, 10:29 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Sentyabr » 21 » KAFİRİN ƏMƏLİ FAYDASIZDIR
12:39 PM
KAFİRİN ƏMƏLİ FAYDASIZDIR

Əvvəlki söhbətlərdə qeyd etdik ki, insan səadətinin əsas amili Allaha imandır. Yalnız iman yolu ilə Allahın geniş mərhəməti və əbədi nemətlərə çatmaq olar. Küfr isə insanı əbədi bədbəxtçiliyə aparır. İmanın mərtəbələri çoxdur və hər bir mərtəbəyə çatmaq üçün saleh əməllərə ehtiyac var. İnsanın təkamülü onun öz iman dərəcəsini artırmaqdan ibarətdir. İman və saleh əməl arasında olan münasibət küfr və günah arasında da mövcuddur. Saleh əməl insanı imana, günah isə küfrə yaxınlaşdırır. Bəzən imanlı insan günahlarının səbəbindən o qədər alçalır ki, küfrün bir addımlığında dayanır. Bu məqam imanla küfrün sərhəddidir.
Məlum oldu ki, iman olmayan yerdə saleh əməlin faydası yoxdur. Küfr tufanı bütün əməlləri göyə sovurur. "İbrahim” surəsinin 18-ci ayəsində buyurulur: "Rəbblərini inkar edənlərin əməl-ləri fırtınalı bir gündə tünd yelin sovurub apardığı külə bənzər və onlar etdikləri əməldən heç bir fayda qazana bilməzlər”. İman-dan məhrum insanlar xalqın nəzərində gözəl olan xeyir işlər görsələr də bu işlərdən faydalana bilməzlər. Belə əməllərə görə dünya həyatında müəyyən faydalara sahib olsalar da əbədi axirət nemətlərindən məhrum olarlar. Ayədə bu əməllər külə oxşadılır. Əgər küldən bir dağ düzəlsə, güclü tufan bu dağı bir anda göyə sovurar. Kafirlərin xeyir əməlləri qiyamət tufanında kül tək göyə sovurular. "Nur” surəsinin 39-cu ayəsində buyurulur: "Kafirlərin əməlləri düzənlikdə ilğıma bənzər. Onu su hesab edən susuz gəlib çatdığı zaman orada bir şey tapa bilməz”. Xeyir əməllərinə və xalqın təriflərinə uyan kafirlər qiyamət səhnəsində əliboş qalacaqlar. Əlbəttə ki, onlar bir gün Allaha möhtac olacaqlarını təsəvvür etsəydilər aldanmazdılar. Qiyamət günü onları qəfil bir görüş gözləyir. Onlar gözləmədikləri bir kəslə qarşılaşar və görərlər ki, Allahdan başqa sığınacaq yoxdur.
"Furqan” surəsinin 23-cü ayəsində buyurulur: "Biz onların əməllərini dağınıq zərrələrə döndərərik”. Bəli, qiyamət tufanında göyə sovrulan zərrələrə! Sözsüz ki, Allah kimsəyə zülm etməz. Kafirlər özləri özlərinə zülm edirlər. Allah xeyir işi puça çıxarmır. Sadəcə tərif, afərin üçün görülən iş, əslində, puçdur. Qiyamət günü kafirlər öz əməllərinin puç olduğunu anlayarlar.


Category: Diger me'lumatlar | Baxış: 822 | Added by: Ənfal | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]