Bazar günü, 2024-12-22, 9:50 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Sentyabr » 23 » Cənnət bulaqları
3:45 PM
Cənnət bulaqları

Qurani kərimdə hər bir söz öz əhəmiyyətinə və Quranın hədəflərinə uyğun olaraq işlənmişdir. Qurani kərimdə adlar xüsusi şəkildə həmin dastanın və ya hekayənin əsas qayəsinə görə işlənmişdir. Allah təala heç bir ayədə adları heç bir əsas və əhəmiyyət olmadan işlətməmişdir. Bunlara misal olaraq cənnət çeşmələrini, qəbilə və tayfa adlarını göstərə bilərik.
Allah təala Quranda cənnətdə olan nemətləri və gözəl bağ- bağatı misal çəkərək insanların nəzərini buraya cəlb etmək istəyir. Allah təala Qurani kərimdə aşağıdakı cənnət çeşmələrinin adını çəkmişdir:
1. Kövsər surəsinin 1-ci ayəsində Allah təala belə buyurur: ( Ya Peyğəmbər! ) Həqiqətən, Biz sənə Kövsər bəxş etdik! Burada Kövsər kələməsi cənnət çeşmələrindən birinin adıdır.
2. Əl- Mutəffifin surəsinin 27 və 28- ci ayələrində cənnət çeşmələrindən olan təsnimin adını çəkmişdir. " Ona təsnim qatılmışdır. O elə bir çeşmədir ki, ondan yalnız Allaha yaxın olanlar içər.
3. Əl- İnsan surəsinin 5, 17 və 18- ci ayələrində Allah təala belə buyurur: Şübhəsiz ki, yaxşı əməl və itaət sahibləri ( cənnətdə) Kafur qatılmış qədəhdən içəcəklər. Burada kafur çeşmə adıdır. Orada onlara zəncəfil qatılmış badə də içirdəcəklər. Burada zəncəfil çeşmə adıdır. Orada (cənnətdə) bir çeşmədir ki, Səlsəbil adlanır.
4. Bunlardan əlavə Hicr surəsinin 50, Ğaşiyə surəsinin 12, Əd- Duxan surəsinin 6, 52 və 53 ayələrində Allah təala cənnət çeşmələrinin adlarını belə çəkir. " eyn, eyun, eyna, eynan və s. 

P. Piriyev

haqyolu


Category: Diger me'lumatlar | Baxış: 845 | Added by: Ənfal | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]