Bazar günü, 2024-12-22, 4:24 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » 2011 » Sentyabr » 23
CƏHƏNNƏMİN YARANIŞ FƏLSƏFƏSİ
Allah-təala cəhənnəmi yaratmasaydı nə olardı? Cəhənnəmin yaradılması zəruri idimi?
Əslində, behişt və cəhənnəm bir ipin iki ucu kimidir: biri varsa, o biri də olmalıdır. İnsan azaddır və bu iki sonluğu zəruri edən də insanın azadlığıdır. Behişt doğru yolu seçmiş azad insanın mükafatı, cəhənnəm isə şər yolu seçmiş azad insanın cəzasıdır. İnsanın azad şəkildə seçim aparması üçün onun qarşısında ən azı iki yol olmalıdır. Əgər qarşıda daim yalnız bir yol varsa insanın azadlığının heç bir mənası yoxdur. Əgər qarşıdakı yollardan yalnız biri ilə getməyə imkan varsa insan yenə də azad deyil. Çünki bu iki halda insan iradəsindən asılı olmayaraq addım atır.
Kateqoriya: Diger me'lumatlar | 801 | Elave etdi: Ənfal | Tarix: 2011-09-23 | Sherhler (0)

Cənnət bulaqları

Qurani kərimdə hər bir söz öz əhəmiyyətinə və Quranın hədəflərinə uyğun olaraq işlənmişdir. Qurani kərimdə adlar xüsusi şəkildə həmin dastanın və ya hekayənin əsas qayəsinə görə işlənmişdir. Allah təala heç bir ayədə adları heç bir əsas və əhəmiyyət olmadan işlətməmişdir. Bunlara misal olaraq cənnət çeşmələrini, qəbilə və tayfa adlarını göstərə bilərik.
Ardını oxu...
Kateqoriya: Diger me'lumatlar | 844 | Elave etdi: Ənfal | Tarix: 2011-09-23 | Sherhler (0)

HEYVANLARA ZÜLMÜN AQİBƏTİ
Bu bəhsə daxil olmazdan öncə mühüm bir məsələni oxucuların nəzərinə çatdırmaq istərdik.
Bir çoxlarının fikrincə yalnız insanlara zülm etmək günah sayılır və bu məsələnin heyvanlara aidiyyəti yoxdur. Əslində bu çox yanlış bir fikirdir. Çünki hər hansı bir heyvana zülm etmək günah olub həm bu dünyada və həm də axirətdə cəzası vardır.
İnsan və heyvan arasında olan fərq bundan ibarətdir ki, əgər bir insana zülm edilmiş olsa, həmin şəxs lazımı yerlərə şikayət edib öz haqqını tələb edə bilər və yaxud kiməsə 
Kateqoriya: Exlaq | 928 | Elave etdi: Ənfal | Tarix: 2011-09-23 | Sherhler (1)