Əsas səhifə » 2011 Oktyabr 10 » Göz yaşlarının sirri
5:06 PM Göz yaşlarının sirri | |
1. Qadınlar kişilərlə müqayisədə çox ağlayırlar. Ayda təxminən 4-5 dəfə. 2. Qadınların kişilərdən çox ağlamasının səbəblərindən biri də onların adət-ənənələrə daha çox inanmalarıdır. 3. Qız və oğlanlar yetkinlik yaşına çatana qədər demək olar eyni həddə ağlayırlar. Belə ki, bu yaşa qədər göz-yaşlarına səbəb olan prolakitin hormonlar hər iki cinsdə eyni miqdarda olur. 4. Kişilərdə göz yaşı vəzisinin qruluşu qadınlarla müqayisədə fərqli və kiçik olur. Bəlkə də elə bu səbəbdəndir ki, qadınlar kişilərdən çox ağlayırlar. 5. Yektinlik yaşından sonra qızlarda prolaktin hormonları 60% çoxaldığından onlar oğlanlarla müqayisədə daha çox gözyaşı tökürlər. 6. Kişilər əksər hallarda uğur qazandıqda, yaxud hisslərinə hakim ola bilmədikdə ağlayırlar. Qadınlar isə başqaları ilə müqayisə etdikdən sonra ağlayırlar. 7. Kişilər səssiz ağlayır və ağlayarkən qadınlardan daha az göz yaşı axıdırlar. Belə ki, kişilərin gözləri dolsa da, onların göz yaşları qadınlardan fərqli olaraq yanaqlarında daha az tökülür. Qeyd olunanlarla yanaşı, ağlamağa səbəb olan bir səra başqa amillərdə mövcuddur. Fərəh, günahın etirafı, məğlubiyyət və s. hallarda axıdılan göz yaşlarının səbəbləri hələ də elmə məlum deyil. | |
|
Total comments: 0 | |