Bazar günü, 2024-12-22, 10:00 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Noyabr » 5 » İblis səcdə etmədi!
8:01 AM
İblis səcdə etmədi!

Əksər rəvayətlərdə şəhadət ən üstün ölüm sayılsa da bəzi hədislərdə səcdə halında ölümə önəm verilir. Səcdə insanın yaranış məqsədi olan ibadətin zirvəsidir. 

Əbu Bəsir deyir:
İmam Cəfər Sadiqin (ə) şəhadətinə görə başsağlığı vermək üçün Ümmü-Həmidənin hüzuruna gəldim. O möhtərəm xanım ağlamağa başladı, mən də ona qoşuldum. Xanım buyurdu: "Əgər İmam Sadiqi (ə) şəhid olan zaman görsəydin, qəribə bir səhnəyə şahid olardın. O, ömrünün son anlarında gözlərini açıb,buyurdu ki, bütün qohumları və yaxınları çağıraq. Biz qohum-əqrabanı dəvət etdik.İmam (ə) onlara baxıb,buyurdu: "Namazı yüngül sayanlar bizim şəfaətimizdən məhrumdur.»
Namazın fəzilət və əhəmiyyəti barəsində Rəsuli-Əkrəmdən nəql olunmuş (s) hədis maraqlıdır: «Allah öz izzət və cəlalına and içir ki, namaz qılanlara və səcdə edənlərə əzab verməyəcək!"


haqyolu.com


Category: Diger me'lumatlar | Baxış: 801 | Added by: Ənfal | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]