Bazar günü, 2024-12-22, 4:50 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Oktyabr » 20 » Olan olub, keçən keçib!
1:07 PM
Olan olub, keçən keçib!

Olan olub, keçən keçib!



Ənsarın Allahın rəsulu ilə əhdi pozmuş ilk şəxs olmalarına və Peyğəmbərə (s) canişin təyin etməyə çalışmalarına baxmayaraq həzrət Zəhra (sə) onlara belə buyurdu: "Siz o şəxslərsiniz ki, İslama kömək etdiniz və sizin qılıncınızla haqq din qalib gəldi.” Bu sözlərdən sonra belə buyurur: "Bəs nə oldu ki, indi geri çəkildiniz? Silahınız ola-ola və bu silahla qiyam edə biləcəyiniz halda İslamın öz yolundan xaric olmasına icazə verirsiniz?!” Yəni Həzrətin (sə) onları danlayıb, "sizin bu işiniz dünya və axirət bədbəxtliyinə, küfrə səbəb olur” deməsi onların, yəni Ənsarın həmin gözəl sifətlərini və parlaq keçmişlərini inkar etmir. Yəni nə indiki pis işləriniz keçmişdəki yaxşılıqlarınızı unutmağımıza səbəb olur, nə də ki həmin parlaq keçmişiniz indi səhv işləriniz üçün bir üzr hesab olunur. Hər kəs hər vaxt yaxşı iş görsə ondan qədirdanlıq olunur, hər vaxt səhv iş görsə bu işinə görə danlaq alır. Nə keçmiş gələcək pis işlər üçün üzr hesab olunur, nə də gələcəkdəki pis işlər yaxşı keçmişin inkar olmasına səbəb olur. Əgər bir vaxt kimsə tərif edilirsə bu o demək deyil ki, həmin şəxs sonadək Allahın dostlarından olacaq və onun heç bir eybi, nöqsanı olmayacaq. Xeyr, biz bir şəxs nə qədər ki doğru yoldadır onu tərifləməli, qədirdanlıq etməliyik. Düzgün yoldan xaric olub, İslamın və inqilabın əsas dəyərlərinin zəiflənməsinə səbəb olduqda isə onu tərk etməliyik. Elə güman etməməliyik ki, şəxslərin keçmişi onların gələcəyi üçün bir zəmanətdir. Həmçinin əgər bir şəxs hansısa bir vaxt günahkar olub, sonradan tövbə edibsə onu tərk etmək lazım deyil. Şəxslərin təriflənməsində, məzəmmətində, hansısa bir vəzifəyə təyin olunmasında, yaxud hansısa bir vəzifədən kənarlaşdırılmasında meyar onların hazırkı vəziyyətidir.
Allah bizə və sizə tövfiq versin. İnşaallah!
Mesbahyazdi.ir

Category: Diger me'lumatlar | Baxış: 864 | Added by: Ənfal | Rating: 5.0/1
Total comments: 1
0  
1 Sahidu-Zehra   (2011-10-23 0:44 AM) [Daxil et]
Allah razi olsun...

Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]