Bazar günü, 2024-12-22, 9:39 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Sentyabr » 26 » ALLAH! ADI - Dəva zikri - Şəfa
4:21 PM
ALLAH! ADI - Dəva zikri - Şəfa
   Hollandiyanın qeyri-müsəlman alimlərindən biri apardığı araşdırmalardan sonra belə qənaətə gəlir ki, "Allah" sözünün təkrarlanması və eşidilməsi insanda ruhi rahatlığa, həmçinin nigaranlığın və stresin aradan qaldırılmasına səbəb olur.
   Alim özü bu barədə deyir:" Üç il müddədində apardığım araşdırmalardan  sonra belə qənaətə gəldim ki, "Allah" sözünü Quranda oxuyan və ya adi qaydada zikr edən şəxslər nəzərəçarpacaq dərəcədə həm ruhi rahatlıq tapır, həm də stresdən yaxa qurtarmış olurlar. Müşahidə apardığım müsəlmanlardan bəziləri ruhi sarsıntıdan əziyyət çəkirdilər. Təcrübələrimi qeyri-müsəlmanlar üzərində də davam etdirdim və onlardan Quran oxumağı və "Allah" sözünü təkrarlamağı xahiş etdim.  Bütün hallarda əldə etdiyim nəticələr eyni oldu - istər müsəlman , istərsə də qeyri-müsəlman  "Allah" sözünü təkrarlamaqla və ya eşitməklə ruhən rahatlıq tapdı və stresdən uzaqlaşa bildi.  Müşahidələr apardığım müddətdə başqa bir maraqlı məqamda diqqətimi cəlb etdi:
   "Allah" sözünün əvvəlində istifadə olunan "Əlif" (ə-a; Allah sözünün əvvəlində işlədilən "əlif" hərfi ə hərfindən sonra qalın, a hərfindən sonra incə tələffüs olunur) hərfi sinənin üst nahiyyəsindən xaric olur ki, bu da tənəffüsün tənzimlənməsinə səbəb olur. Tələffüz dəfələrlə təkrar olunduqda tənəffüs tənzimlənir ki, bu da,öz növbəsində, ruhun aram tapmasına və insanın özündə rahatlıq hiss etməsinə səbəb olur.
   Tibbi araşdırmalar nəticəsində bu da mənə məlum oldu ki, "Allah" sözündə istifadə olunan "lam" (L) hərfi tələffüz edildikdə dilin üst hissəsi damağa toxunur ki, bu da dəfələrlə təkrar olunduqda "əlif" hərfində olduğu kimi, tələffüsün tənzimlənməsinə səbəb olur. "Allah" sözünün sonunda istifadə olunan "ha" (h) hərfi isə ağ ciyərləri hərəkətə gətirir. Bu tənəffüs orqanlarına, o cümlədən ürəyin fəaliyyətinə müsbət təsir göstərir. Nəticədə ürək döyüntüsü normallaşır. "O kəslər ki, Allaha iman gətirmiş və qəlbləri Allahı zikr etməklə aram tapmışdır. Bilin ki, qəlbləri (möminlərin ürəkləri) yalnız Allahı zikr etməklə aram tapar!" ("Rəd", 28).

Category: Diger me'lumatlar | Baxış: 870 | Added by: Ənfal | Rating: 5.0/2
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]