Bazar günü, 2024-12-22, 9:48 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Noyabr » 2 » Dünya
11:20 PM
Dünya
1. Dünya nədir?
İlk olaraq dünyanı tanıyıb onunla necə rəftar etməyin yollarını Alahın kitabı və məsumların sonsuz hikmət dolu hədislərindən istifadə edəcəyik. Dünya günəş, ay, ulduz, qallaktika, heyvanat, bitkilər və s. şeylərdən ibarətdir? Yoxsa dünya bunlardan tamam fərqli bir şeydir. Dünya yeyib-içmək, işləmək, mal toplayıb məqam sahibi olmaq üçün hədəfmi sayılır? Bəs dünya nədir və onu necə tanıyıb həyatımızı necə qurmalıyıq?
Bunun üçün onun həqiqətini anlayıb dinimizin göstərişlərinə uyğun hərəkət etməliyik. İslam iki dünya varlığını bildirərək birini digərinin başlanğıcı, əkin yeri olduğunu bildirir. İslam bu dünyanı fani və keçib gediləcək bir yol olduğunu, axirətin isə əbədi və səadət məkanı olmasını bəyan edir. İnsan bu dünyaya gəlməyib ki, bir neçə il ömür sürüb sonra da ölüb getsin. İnsanın yaranma hədəfi budur ki, elm və əməllə tərbiyələnib həqiqi kamala çatsın. Bu keçib gediləcək məkanın nemətləri həqiqi hədəfə çatmaq üçün vasitə olaraq yaradılıb. Onlar hədəf yox, hədəfə çatıb ilahi səadətə qovuşmağa köməkçidir. Dünyaya meyl göstərib ona bağlanmaq insanı məhvə və zəlalətə aparır.
Hz Əli (ə) buyurub: "Nəbadə dünyanı sevəsiz, çünki dünyanı sevmək hər bir günahın və bəlanın başlanğıcıdır."
Bəli, dünya Allah-təalaya yaxınlaşmaq üçün bir körpü rolunu oynayır. Buradan keçdiyin zaman ərzində nə qədər azuqə toplasan, hədəfə daha yaxın olmağa imkan verəcək. Yenə Həzrət buyurur: "Dünya sizin əbədi eviniz olmaq üçün yaradılmayıb, əbədi həyatda yaşamaq üçün saleh əməllə azuqə toplamaq yeridir. Dünyadan köçməyə tələsin və bu səfərə miniklər hazırlayın."

2. Dünya və axirətin müqayisəsi.
"Sizə verilən hər hansı bir şey fani dünya malıdır. Allah yanında olan (axirət mükafatları) isə daha yaxşı və daha baqidir. O kəslər üçün ki, iman gətirib öz Rəbbinə təvəkkül edərlər..." (Şura, 36)
Yəni dünyaya aldanmayın. Dünya tezliklə sönüb gedəcək nur, suyun üzərindəki buxar, solub məhv olacaq bir gülə bənzər.
 Onun gözəlliyi, cəlb ediciliyinə aldanmayın. Allaha iman gətirənlər qiymətli bir şeyi qiymətsiz və dəyərsiz bir şeyə satmaz. Çünki dünya bəlalar evi, çətinliklər bataгlığıdır. "Yoxsa axirətdən vaz keçib dünya həyatına razı oldunuz?
 Halbuki dünya malı axirət yanında (axirətlə müqayisədə) yalnız cüzi bir şeydir" (Tövbə, 38)
Allahı Rəsulu (s) da dünya ilə axirəti müqayisə edərkən belə buyurur: "Allaha and olsun ki, dünya axirətin müqabilində buna bənzəyir ki, sizlərdən biri üzüyünü dəryaya batırıb çıxardıqda orada nə qədər suyun qaldığına nəzər salsın. Görsün onunla nə qədər miqdarda su götürə bilib?
"Bir nəfər Əmirəl-Möminindən (ə) dünyanı vəsf etməsini istədikdə Həzrət (ə) buyurdu: "Nə təsvir edim o evi ki, kim ona möhtac olsa, hüznlü olar. Hər kim ondan ehtiyacsız olsa, fitnəyə giriftar olar. Halalında hesab, haramında əzab var."
Hz. Loğman (ə) oğluna nəsiщət edərkən buyurur: "Oğlum, dünyanı axirətə sat ki, hər ikisini əldə edəsən. Axirəti dünyaya satma ki, hər ikisini əldən verərsən."
İmam Həsən Müctəbа (ə) dünya barədə belə buyurub: "Ey dünya ləzzətlərindən bəhrələnənlər, bu ləzzətlər qalaн deyil. Həqiqətən məhv olub gedəcək kölgəyə bel bağlamaq axmaqlıqdır."
İmam Müctəba (ə) dünyanı kölgəyə bənzədir. Çünki, kölgə zahirdə hərəkətsiz olsa da həqiqətdə hərəkət edəndir. Onu zahiri gözlə müşahidə etmək mümkün deyil. Bəlkə batini, bəsirət gözü ilə onun hərəkətdə olduğunu, bir gün yox olub gedəcəyini görmək olar.

3. Dünya məhəbbətinin mərhələləri.
Hz. Əlidən (ə)  soruşurlar ki, Allahın yanında ən fəzilətli əməl hansıdır?Həzrət buyurur: "Allaha və Rəsuluna tapındıqdan sonra dünya ilə düşmənçilikdən fəzilətli bir əməl yoxdur!" Sonra sözünə əlavə edərək buyurur: "Dünyaya məhəbbətin bir neçə mərhələsi var. İlk olaraq Allaha "təkəbür"-lə günah edildi. Şeytan Allahın əmrindən boyun qaçırıb təkəbbür etdi və kafirlərdən oldu. Sonra "həris". Allah Adəm və Həvvaya o ağaca toxunmamağı buyurmuşdu. Amma onlar ehtiyacları olmadığı şeyə tərəf getdilər. Bu, onların övladları üçün də qiyamətə qədər belədir. 
İnsanların istədikləri bir çox şeyə ehtiyacları yoxdur. "Həsəd" günah edilən üçüncü şey oldu. Adəmin (ə) övladlarının gözünü tutdu. Qardaşına qarşı həsəd edib onu öldürüldü. Onun günahının başlanğıcı həsəd oldu."Həmçinin qadınlara sevgi, dünyaya sevgi, rəyasət sevgisi, söz sevgisi, böyüklük sevgisi, sərvət sevgisi, rahatlıq sevgisi. Bu yeddi xislət bütövlüklə dünya sevgisinin içində toplanır. Buna görə Peyğəmbərlər (ə) bunu nəzərə alıb buyurublar: "Hər bir xətaların başlanğıcı dünya sevgisidir.
"İmam Sadiq (ə) dünyanı dəryaya oxşadaraq buyurur: "Susuz ondan nə qədər içsə, daha çox susuyar вə bu susuzluq onu ölümə kimi çəkər. Dünya sevgisi insanı azdırıb əbədi həlakətə salar. 

4. Dünya əhli kimlərdir?
Merac gecəsində Peyğəmbər (ə) Allah-təalaya ərz etdi: "Pərvərdigara mənə elə bir əməl hiayət et ki, sənin dərgahına yaxınlaşmağa səbəb olsun. Nida yetişdi: "Gecə gündüz, gündüz gecə ibadət et.Peyğəmbər soruşdu : "Nə cür?" Nida yetişdi : "Belə ki, yuxun namaz olsun və heç vaxt qarnını tam doyurma.
"Ardınca buyurur: "Ey Əhməd! Mənim məhəbbətim fəqirlərin və məhrumların məhəbbətidir. Onlarlayaxınlıq edib həmməclis ol ki, mən də sənə yaxın olum. Dünyapərəst varlıları özündən uzaqlaşdır vəonların məclislərindən uzaq ol. Ey Əhməd! Dünya bəzəklərinə və dünyapərəstlərə qəzəblən. Axirətvə axirət əhlinə məhəbbət et. Allahın Rəsulu (ə) ərz etdi: "Dünya və axirət əhli kimlərdir?
"Nida gəldi: "Dünya əhli o kəslərdir ki, çox yeyər, çox gülər, çox yatаrlar. Hirslənər və az-azsevinərlər. Heç kimdən üzr istəməzlər. Onlardan üzr istənildikdə bağışlamаzlar. Allahın itaətindətənbəl, günah etməkdə şücaətli оlаrlаr. Əcəllərinin yaxınlaşdığına baxmayaraq uzun arzulara sahibоlаrlаr. Heç vaxt öz əməllərinin hesabını anlamаzlar. Camaat üçün xeyirləri az оlаr. Dünya əhliAllahın şükrünü yerinə yetirməz və müsibətlərdə səbirli оlmаzlаr. Həmişə öz arzularındandanışаrlar. Çoxlu cəhаlət və axmaqlıqda оlаrlar. Öz ustadları qarşısında təvazökаrlıq etməz və özlərini ağıllı bilərlər. Оnlаr agahların yanında nadan və axmaqdırlar. Allah-təala bizləri dünyayaqalib gəlib ondan axirət üçün istifadə edənlərdən qərar versin.

  ihq.az
Category: Diger me'lumatlar | Baxış: 897 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]