Bazar günü, 2024-12-22, 8:03 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Noyabr » 17 » Təzə Kəbə, köhnə Kəbə
7:57 AM
Təzə Kəbə, köhnə Kəbə
Kəbəni xırda  görüntüyə çevirən bu nəhəng göydələnlər sözsüz ki, Ərəbistan şeyxlərinə milyonlar gətirəcək.  5 yaxud 7 ulduzlu otellər, ofis və ticarət mərkəzləri olacaq. Pul qazanmaq yaxşı işdi, amma pul qazananda da gərək kişi kimi qazanasan!
 Şəkilə diqqətlə baxın. Amma heç təəccüblənməyin. Xarici filmlərdə gördüyümüz bu fantastik proyekt hələ həyata keçirilməsə də, yaxın gələcəkdə onun reallığa çevrilməsi nəzərdə tutulur.  Səudiyyə dövləti bu istiqamətə nəhəng qrantlar ayırır və tam ciddiyyətlə onu həyata keçirmək niyyətindədir.  Sağ tərəfdə gördüyümüz xırda nöqtə Allahın evidir.  Müsəlmanların müqəddəs qibləgahı olan Kəbə. O Kəbə ki, osmanlıların son dövrünədək ətrafında  ondan hündür nə bina tikilərdi, nə də məscid. Amma Ali-Səudun hakimiyyətə gəlişi ilə hər şey dəyişdiyi kimi, bu məsələyədə baxış tamamilə dəyişdi. Bir vaxtlar Həzrət İbrahim (ə) oğlu İsmail (ə) ilə birlikdə  bu müqəddəs məkanın təməlidi  qoyarkən ağıllarına belə gəlməzdi ki, özünü Peyğəmbər (s) sünnətinin davamçısı adlandıran Səudiyyə məmurları müsəlmanların  müqəddəs tarixini bax belə məhv edəcəklər.  Onsuzda heç bir tarixi abidə qalmayan dünyanın bu qədim şəhərində həm bəşəriyyətin, həm də müsəlman dünyasının  qızıl həriflərlə yazılmalı olan müqəddəs tarixi beləcə milyonların güdazına gedir. 1- ci şəkilə diqqət yetirin. Bu, Nur dağında Peyğəmbərə (s.ə.s) ilk vəhyin nazil olduğu Hira mağarasıdır. Bir vaxtlar Peyğəmbərin (s) qədəm qoyduğu yerlərdə indi meymunlar meydan sulayır.  Görünür, milyonlarla dollara başa gələn yeni lahiyə ərəblərin başını əməlli başlı qarışdırıb. O qədər başları qarışıb ki, Hira mağarası kimi qədim tarixi abidəni öz "rəssamlıq" zövqü ilə bazəyən zəvvarların belə bu işdən çəkindirməyə ağllarına belə gətirmirlər.  Dünyanı ələk-fələk etsək görəsən dinə, tarixinə və adət-ənənəsinə bu qədər laqeyd ikinci millət tapmaq olarmı?!

 



(Hira  mağarası)











(Nur dağı)











(Yeni proyekt)












(Yeni proyekt)



Category: Diger me'lumatlar | Baxış: 825 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]