Cümə axşamı, 2024-11-21, 7:39 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Dekabr » 1 » Bizi belə öyrədiblər
6:33 AM
Bizi belə öyrədiblər

Şeyx Tusi "Əmali" kitabında Məhəmməd ibn Əhməddən (öz atasının əmisindən) nəql edir: 

Bir gün İmam Hadinin (ə) görüşünə getdim. Ərz etdim:
- Ey mənim ağam! Bu kişi (yəni Mütəvəkkil) məni özündən uzaqlaşdırıb və mənim dolanışığımı kəsib, dərdə-qəmə salıb. Bunların hamısını mənim sizə bağlılığıma görə etmişdir. Bilirəm ki, əgər siz ona sifariş etsəniz, məni qəbul edəcək. Xahiş edirəm, ona deyin ki, mənim barəmdə nəzərini dəyişsin. 
İmam buyurdu: "İnşallah, istəyinə çatarsan". Elə ki, axşam oldu, Mütəvəkkilin adamları bir-birinin ardınca evimə gəldilər və məni Mütəvəkkilin yanına dəvət etdilər. Saraya çatdıqda Fəth ibn Xaqanın dayanıb məni gözlədiyini gördüm. Məni görən kimi dedi: 
- Nə üçün bu axşam evində deyildin? Mütəvəkkil səni tapdırmaq üçün artıq məni yorub. Sonra evə daxil oldum. Mütəvəkkil öz yerində oturmuşdu. Məni görüb dedi: 
- Ey Əbu Musa, işimin çoxluğu üzündən səni yaddan çıxarıram. Sən nə üçün yada salmırsan? Sənin hüququndan vermədiyimiz qədəri de, indi ödəsinlər. 
Mən onların mənə verməli olacaqlarından yadımda qalanını dedim. Mütəvəkkilin göstərişi ilə bunların hamısını ikiqat ödədilər.
Qapıdan çıxanda Fəth ibn Xaqandan soruşdum ki, İmam Hadi (ə) bura gəlmişdi? Dedi ki, yox. Dedim, məktub göndərmişdi? Dedi, yox.
Ondan ayrılıb evə tərəf yollandım. Fəth ibn Xaqan da mənim ardımca gəlib dedi: 
- Heç şəkkim yoxdur ki, İmam Hadidən (ə) sənə dua etməsini istəmisən. O da səni dua edib. Səndən istəyirəm ki, o həzrətdən məni dua etməsini xahiş edəsən.
İmam Hadinin (ə) xidmətinə çatdıqda, İmam buyurdu: 
- Ey Əbu Musa, çöhrəni şad və razı görürəm. 
Dedim: 
- Ey mənim ağam! Bu sizin bərəkətinizdən olubdur. Amma mənə dedilər ki, siz onun (Mütəvəkkilin) yanına getməmisiniz və heç nə istəməmisiniz. 
İmam (ə) buyurdu: 
- Allah-taala bilir ki, biz mühüm işlərdə heç vaxt Ondan başqasına sığınmırıq, çətinliklərdə və bəlalarda Ondan başqasına etimad etmirik. Bizi belə öyrədiblər ki, hər vaxt Ondan bir şey istədik, qəbul edir. Qorxuruq ki, biz Ondan üz döndərək, O da bizdən üz döndərsin.

haqyolu.com


Category: Diger me'lumatlar | Baxış: 624 | Added by: Ənfal | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]