Şənbə günü, 2024-12-21, 10:01 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » 2011 » Dekabr » 01

"MUXTARNAMƏ" ARTIQ SATIŞDA

lk olaraq "Muxtarnamə” bədii serialın ilk 15 seriyası seyrçilərə təqdim edilib. Alıcılar bir DVD albomunda 15 seriyanı 5 manata əldə edə biləcəklər.

 "Həzrəti Yüsif (ə)” serialından sonra dünayaya səs salmış daha bir serialın ana dilimizdə seyrçilərə təqdim edilməsi gözlənilirdi. Söhbət Azərbaycanda çoxlarının yolunu gözlədiyi "Muxtanamə” serialından gedir. Serialın Azərbaycan dilində səsləndirilmiş peşəkar dublyajı artıq tamamlanıb və serialın ilk 15 seriyası artıq satışa çıxarılıb. Bu haqda dublyajı həyata keçirən "Salam Studo” kino şirkətindən bildiriblər.

 

Kateqoriya: Diger me'lumatlar | 1234 | Elave etdi: Ənfal | Tarix: 2011-12-01 | Sherhler (2)

Özündən başlamayan cihad…

"Cihad təqvanın libasıdır” – buyurur Əmirəlmöminin (ə). Qurani-kərimin Əraf surəsində də bu ifadə işlədilir. 
Nədir təqva? Ruhi və əxlaqi çirkinliklərdən paklıq! Həqiqi mücahid həqiqi təqvaya sahib olandır. Həsəd, təkəbbür, hərislik, paxıllıq hisslərini ayaq altına almış insan Mən bütünü ayaq altına almışdır və əsil mücahiddir. 
Maidə surəsində buyurulur ki, iman gətirib yaxşı işlər görənlərə pis əməllərdən çəkindikləri təqdirdə halaldan daddıqları şeylərə görə günah tutulmaz və Allah yaxşı iş görənləri sevər!
Kateqoriya: Diger me'lumatlar | 806 | Elave etdi: Ənfal | Tarix: 2011-12-01 | Sherhler (0)

İslam öz həyatını yaşayana toxunmur

Bu gün İslamla vuruşan neo-ateistlər dində düşüncə azadlığının olmadığını iddia edərək deyirlər ki, bir şəxs Allaha inanmır inanmasın, bu onun öz işidir. Lakin İslam belə bir şəxsi təkamül yolundan çıxmış fərd, kafir, azğın hesab edir. Əslində isə düşüncə azadlığına qarşı olan elə ateistlərin özləridir. 
Allaha inanmamaq, Allahı inkar etməkdən fərqlidir. Amma Allaha inananla inanmayan arasında təzad yoxdur. Təzad eyni mövzu üzərində bir-birinə zidd fikirdir. Lakin Allaha inanmayan şəxslə Ona inanan şəxsin mövqeyi eyni mövzuda deyil. 
Kateqoriya: Diger me'lumatlar | 793 | Elave etdi: Ənfal | Tarix: 2011-12-01 | Sherhler (0)

 Bizi belə öyrədiblər

Şeyx Tusi "Əmali" kitabında Məhəmməd ibn Əhməddən (öz atasının əmisindən) nəql edir: 
Bir gün İmam Hadinin (ə) görüşünə getdim. Ərz etdim:
- Ey mənim ağam! Bu kişi (yəni Mütəvəkkil) məni özündən uzaqlaşdırıb və mənim dolanışığımı kəsib, dərdə-qəmə salıb. Bunların hamısını mənim sizə bağlılığıma görə etmişdir. Bilirəm ki, əgər siz ona sifariş etsəniz, məni qəbul edəcək. Xahiş edirəm, ona deyin ki, mənim barəmdə nəzərini dəyişsin. 
İmam buyurdu: "İnşallah, istəyinə çatarsan". Elə ki, axşam oldu, Mütəvəkkilin adamları bir-birinin ardınca evimə gəldilər və məni Mütəvəkkilin yanına dəvət etdilər. Saraya çatdıqda Fəth ibn Xaqanın dayanıb məni gözlədiyini gördüm. Məni görən kimi dedi: 
Kateqoriya: Diger me'lumatlar | 625 | Elave etdi: Ənfal | Tarix: 2011-12-01 | Sherhler (0)