Bazar günü, 2024-12-22, 9:04 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Dekabr » 1 » İslam öz həyatını yaşayana toxunmur
6:37 AM
İslam öz həyatını yaşayana toxunmur


Bu gün İslamla vuruşan neo-ateistlər dində düşüncə azadlığının olmadığını iddia edərək deyirlər ki, bir şəxs Allaha inanmır inanmasın, bu onun öz işidir. Lakin İslam belə bir şəxsi təkamül yolundan çıxmış fərd, kafir, azğın hesab edir. Əslində isə düşüncə azadlığına qarşı olan elə ateistlərin özləridir. 
Allaha inanmamaq, Allahı inkar etməkdən fərqlidir. Amma Allaha inananla inanmayan arasında təzad yoxdur. Təzad eyni mövzu üzərində bir-birinə zidd fikirdir. Lakin Allaha inanmayan şəxslə Ona inanan şəxsin mövqeyi eyni mövzuda deyil. Çünki inanmayan şəxs ola bilər ki, ümumiyyətlə heç Allahın olub-olmaması barədə düşünmür. Amma Allahı inkar edən Onun barəsində düşünür və olmadığına iddia edir. İslamın Allaha inanmayana sərt münasibəti yoxdur. Bir şəxs imamlardan birinin yanına gəlib deyir ki, məndə hər şeyə qarşı şübhə yaranıb, hətta Allaha! İmam isə belə cavab verir: ”Bu əsil imana gedən yoldur.” Lev Tolstoy kimi bir çox inanc əhli olan insanların Allaha inanmadığı vaxtlar olub. Onu demək istəyirəm ki, İslam kafir deyəndə Allaha inanmayanı yox, Allahı inkar edəni nəzərdə tutur. Elə bir şəxs ki, heç bir dəlili olmadan Allahı inkar edir. Elə kafir sözünün mənası da "inkar edən”dir.
Bəs ateist hansı dəlilə əsasən Allahı inkar edir? Allahı qəbul edən insan müəyyən dəlillərə görə Allahın var olduğunu deyir. Allaha inanmayan, Onun olub-olmamasını bilməyən də heç bir dəlili olmadığı üçün Allaha inanmır. Amma Allahı inkar edən, Onun yox olduğunu idda edən hansı dəlilə əsasən bu sözü deyir? Yoxsa o bu əzəmətli kainatda movcud olan hər bir şeyin izahını tapıb və Allahdan heç bir əsər görməyib? Məsələn, ona məlum olub ki, okeanın dərinliklərindəki son dərəcə heyrətamiz canlıları sən demə insanlar yaradıbmış və yaxud ilin fəsillərini dünya yaranandan bu günə kimi sinoptiklər dəyişirmiş. 
Fərz edək ki, üç nəfər hər gün evə daxil olarkən yeni bir əşya ilə rastılaşırlar. Birncisi deyir ki, bunu qonşu gətirib bura qoyub, çünki mən həmin əşyanı onun evində görmüşəm. İkincisi deyir ki, mən bu barədə heç nə deyə bilmərəm. Üçüncüsü isə deyir ki, yox bunu heç kim gətirməyib. Üçüncü şəxin öz iddidası üçün heç bir dəlili yoxdur, o sadəcə inkar edir, heç bir əsası olmadan, özünün gətirdiyini də deyə bilmir. Bəs başqasının gətirməməsinə nə əsası var? İkinci şəxsin cavabı məntiqidir. O bu barədə heç nə bilmədiyini deyir. Üçüncü şəxsin cavabı isə ən yaxşı halda məntiqsizlikdir. Ateist də üçüncü şəxs kimidr. O deyir ki, Allah yoxdur. Nəyə əsasən? Allahı inkar etmək bir halda məntiqli ola bilər ki, insan kainatdakı hər bir movcud, hadisə barəsində Allaha aid olmayan izah versin. İnsanın öz-özündən yarandığını fərz etsək belə, Allahı inkar edə bilmərik. Çünki insan kainatın kiçik bir hissəsidir. Bəs fəsilləri kim dəyişir, bir damcı spermadan ana bətnində insan yaradan kimdir? Və elmə məlum olmayan sonsuz suallar. Əgər insanın qəlbində həqiqətə, doğruluğa azca meyil olsa o kainatdakı sirli varlıqlar, hadisələr barəsində düşünəcək, axtarış aparacaq. Lakin ateist, Allahı inkar edən şəxs düşüncə düşmənidir. O düşnmək, axtarış aparmaq istəmir. Birbaşa deyir ki yoxdur, vəssəlam! Kafir Quranda da müəmmalı bir ayə görəndə onu başa düşməyə çalışmaq əvəzinə, dərhal inkar edir. "Yovşanın” yazarları kimi Cəbrail mələyinin sürətini işıq sürəti ilə hesablayr və ayənin məntiqsiz olduğunu deyir. Halbuki düşüncə əhli olan şəxs Eynşteynin zamanın nisbiliyi kimi nəzəriyyələri haqda fikirləşib ən azından şübhə edərdi, inkar yox. Məntiqli insan ağlına zidd olanı qəbul etmir. Amma nadan insan, ağlının dərk etmədiyi hər şeyi inkar edir! (Bu iki hal arasında böyük fərq var) Şekspir demişkən bu dünyada elə şeylər var ki, onu sizin fəlsəfənizdə heç yuxuda da görmək olmaz.
Bəs nə üçün ateist, kafir Allahı inkar edir? Çox səbəbi ola bilər. Birini Dostoyevski deyib: ”Allah olmasaydı bütün qadağalara icazə olardı.” Bəziləri sərhədsiz yaşamaq, bütün pisliklərə əl bulaşdırmaq üçün Allahı inkar etməyə məcbur olurlar. Çünki o nələrəsə, həmcinsbazlığa, başqasının namusuna, var-dövlətinə tamah salmağa, başqalarından üstün olmaq istəyinə və tamahkar insanın arzuladığı bir çox şeylərə qadağa qoyur. (Əlbəttə Dostoyevskinin sözünün daha dərin mənası da var)

Şamxal

haqyolu

Category: Diger me'lumatlar | Baxış: 794 | Added by: Ənfal | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]